Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

Azərbaycanın Milli Qəhrəmanları

 

Seyidov Mirəsgər Mirabdulla oğlu 

1970-ci il fevralın 6-da Babək rayonunun Qaraxanbəyli kəndində anadan olub.1987-ci ildə Naxçıvan şəhər 39 nömrəli orta məktəbi bitirib. Mirəsgər 1988-ci ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. 1990-cı ildə hərbi xidmətini başa çatdıraraq Naxçıvana qayıdıb. İşğalçı erməni qoşunlarının Naxçıvana hücumu zamanı o da könüllü olaraq özünümüdafiə batalyonunun tərkibində vuruşub. Yağı düşmənə qarşı aparılan uğurlu döyüş əməliyyatlarında, komandirləri tərəfindən verilən mühüm döyüş tapşırıqlarının bir bacarıqlı əsgər kimi dürüst yerinə yetirilməsində xüsusi fəallıq göstərib. Mirəsgər öz mehribanlığı, qayğıkeşliyi, vətənpərvərliyi  ilə döyüş yoldaşlarının, dostlarının dərin hörmət və məhəbbətlərini qazanıb.               

M.Seyidov 1992-ci il iyunun 14-də gərgin gedən  döyüş zamanı yoldaşlarını xilas edərkən ağır yaralanıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 nömrəli Fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Naxçıvan şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı Naxçıvan şəhər 39 nömrəli orta məktəb onun adını daşıyır. 

 

Seyidov Məhərrəm Mirəziz oğlu 

1952-ci il sentyabrın 7-də Şərur rayonunun Alışar kəndində anadan olub. 1969-cu ildə doğma kəndlərində orta təhsilini başa çatdırıb və Xerson şəhərinə hərbi xidmətə yollanıb. Məhərrəm əmək fəaliyyətinə daxili işlər orqanlarında başlayıb. Bakı Xüsusi Orta Milis Məktəbini bitirib və Şərur Rayon Daxili İşlər Şöbəsində inspektor vəzifəsində çalışıb. 1990-cı ildə erməni yaraqlılarının Kərki kəndinə hücumunun qarşısını alanlardan biri də Məhərrəm olub. Həmin vaxt orada vəziyyətin son dərəcə gərgin olduğunu görən  M.Seyidov polis əməkdaşları ilə hadisə yerinə yollanıb və yağı düşmənin geri çəkilməsinə nail olub.

M.Seyidov  1990-cı ildə Sədərəyin müdafiəsi zamanı da fəallıq göstərib. O, bu döyüşlər zamanı yoldaşlarını güllə yağışı altında xilas edərkən özü qəhrəmancasına həlak olub.

Ailəli idi. Dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şərur rayonunda Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra "Qırmızı ulduz" ordeni ilə təltif edilib. Şərur şəhərində adına küçə var, tuncdan büstü qoyulub. Şərur şəhər 2 nömrəli orta məktəb onun adını daşıyır.

 

Seryogin Viktor Vasilyeviç 

1944-cü il martın 23-də Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olub. Orta təhsilini Tbilisi şəhərində alıb. Viktor 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya dəstəsinə məxsus Mİ-2 vertolyotuna pilot təyin edilib. Azərbaycanda hərbi aviasiyanın yaradılmasında onun da xüsusi xidmətləri olub. Vertolyot heyəti tərkibində Azərbaycan torpaqlarının müdafiəsi zamanı verilən bütün tapşırıqları son dərəcə ustalıqla, ləyaqətlə yerinə yetirən V. Seryogin 1992-ci il yanvarın 28-də Şuşa - Ağdam marşrutu ilə sərnişin apararkən erməni yaraqlılarının atəşinə məruz qalıb. Viktor amansız ölümlə üz-üzə qalmış şərnişinləri xilas etmək üçün alova bürünmüş vertolyotu çətinliklə də olsa təhlükəsiz zonaya yönəldə bilib. Beləliklə, itkinin qarşısı alınsa da, Viktor özü heyət üzvləri ilə birlikdə faciəli surətdə həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 

 

Slesaryov Mixail Aleksandroviç 

1955-ci il mayın 8-də Rusiyanın Smolensk şəhərində anadan olub. 1970-ci ildə Smolensk şəhər 4 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini 19 nömrəli texniki peşə məktəbində davam etdirib. 1971-ci ildə Smolensk Kənd Təsərrüfatı Texnikası Birliyində traktorçu işləməyə başlayıb. 1975-ci ildə sovet ordusu sıralarına çağırılıb. 1977-ci ildə hərbi xidmətini başa çatdıraraq göndərişlə Tbilisi Gizirlər Məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra Bakıya gələn Mixail Slesaryov 1981-1986-cı illərdə motoatıcı tağımın komandiri, 1986-1999-cu illərdə mühafizə tağımının rəisi vəzifəsində işləyib. 1999-cu ildə Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirərkən  oradakı məhbuslar arasında baş verən hadisə zamanı xüsusi qəhrəmanlıq nümayiş etdirib və kiçik leytenant rütbəsi alıb.

M.Slesaryov hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hərbi hissəsində tağım komandiri vəzifəsində çalışır.

Ailəlidir.

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 nömrəli Fərmanı ilə Slesaryov Mixail Aleksandroviç Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

 

Şahbazov Yavər Əlibala oğlu 

1973-cü il noyabrın 1-də Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. 1991-ci ildə orta təhsilini rayonun Alekseyevka kəndində "əla" qiymətlərlə başa çatdıraraq elə həmin il Şamaxı Mədəni-Maarif Texnikumuna daxil olub. Yavər 1994-cü ildə Milli Ordu sıralarına hərbi xidmətə çağırılıb. O, əsgəri borcunu yerinə yetirərkən öz nizam-intizamı, nümunəvi xidməti ilə hamının hörmətini qazanıb. Öz xidməti borcunu şətəflə, ləyaqətlə yerinə yetirən Y.Şahbazov 1995-ci il martın 13-də dövlət çevrilişinə cəhdin qarşısı alınan zaman qiyamçıların atəşi altında olan döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Şahbazov Yavər Əlibala oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Alekseyevka kəndində dəfn olunub. Alekseyevka kənd orta məktəbi onun adını daşıyır. Məktəbin önündə və Xaçmaz şəhərində büstü qoyulub. 2003-cü ildə isə Alekseyevka kəndində qəhrəmanın xatirəsinə Şəhidlər abidəsi ucaldılıb. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov