Martın
5-də Bakıdakı 164 nömrəli orta məktəbdə "Mən
Vətənin daşıyam" adlı ədəbi-bədii tədbir
keçirildi. Tədbirdə məktəbin müəllim-şagird
kollektivi ilə bərabər bəstəkar Tahir Əkbər,
şair Ənvər Əhməd, vətənpərvərlik mahnılarının
mahir ifaçısı Şəmistan Əlizamanlı və digər
qonaqlar iştirak edirdilər. Tədbir məktəbdə
fəaliyyət göstərən "Kimlik" şagird studiyasının
və onun rəhbəri Şəhla Gündüzün təşkilatçılığı və
iştirakı ilə hazırlanmışdır.
Azərbaycan
Respublikasının Dövlət himninin sədaları altında
başlayan tədbirdə öncə müasir Azərbaycan
gəncliyinin simvoluna çevrilmiş Milli Qəhrəman
Mübariz İbrahimov və Fərid Əhmədovun həyat və
döyüş yollarını əks etdirən videoklip nümayiş
etdirildi. Bu klip iştirakçılarda dərin
təəssürat yaratdı.
Tədbirdə
kompozisiyaların əsas mövzusu üçün "Oğru" adlı
maraqlı bir başlıq seçilmişdir. Bu başlıq
altında keçirilən mini-tamaşada Şəhla Gündüzün
araşdırdığı dəqiq tarixi faktlarla Azərbaycan
mahnılarının, musiqi alətlərinin, milli
mətbəximizin və xalçaçılıq sənətimizin milli
ornamentlərini bədnam erməni qonşular tərəfindən
necə oğurlandığı əks olunurdu. Tamaşada dahi rus
şairi A.S.Puşkinin "Tı vor, tı rab, tı armyanin"
kimi sitatları səsləndirildi. İştirakçılara
ermənilərin iyrənc ideyası və xisləti dəqiq və
məzmunlu şəkildə bir daha çatdırıldı.
"Kimlik"
studiyasının üzvü VIII sinif şagirdi İzel
Zeynalova musiqisi A.Zeynallıya, sözləri
C.Cabbarlıya məxsus olan "Ölkəm" romansını və
bəstəkar T.Əkbərin vətənpərvərlik mövzusunda
bəstələdiyi mahnıları ifa etdi. Onun ifası
iştirakçıları heyrətləndirdi.
Şagirdlərin
ifasında Üzeyir Hacıbəyovun "Arşın mal alan"
tamaşasından səhnələşdirilmiş kompozisiya
iştirakçılar tərəfindən alqışlandı.
Çıxış edənlər
belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal
kimi qiymətləndirərək bu işdə zəhməti olanlara,
xüsusilə məktəbin direktoru Kəmalə Qədirovaya və
"Kimlik" şagird studiyasının rəhbəri Şəhla
Gündüzə minnətdarlıqlarını bildirdilər.
Niyazi RƏHİMOV |