"British
Council", Böyük Britaniyanın Azərbaycandakı
səfirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi
ilə "Londonda keçiriləcək 2012-ci il Olimpiya və
Paralimpiya oyunlarına 500 gün qalır"
kampaniyası çərçivəsində məktəblərdə idman
həftəsi - idman festivallarının keçiriləcəyini
elan edir. Festivallar 5-14 mart tarixində Bakı
şəhərində yerləşən 10 məktəbdə keçiriləcək.
Martın 7-də
festivalın açılışı ilk olaraq Xətai rayonundakı
27 nömrəli məktəbdən start götürdü. Tədbiri açıq
elan edən məktəbin direktoru Cəmilə Ramazanova
qeyd edib ki, belə tədbirlər fiziki tərbiyənin
inkişafında əhəmiyyətli rol oynayır.
Bu işdə onlara
"British Concil"-in "Beynəlxalq İdman Həyəcanı"
layihəsi çərçivəsində təlim keçmiş fiziki
tərbiyə müəllimi Emil Qaybalıyev dəstək
göstərmişdir.
Tədbirdə
məktəbin fiziki tərbiyə müəllimləri Adil
Məhərrəmov, Zemfira Qorçuyeva, Telman
Cəbrayılov, Müşfiq Abdullayev müxtəlif idman
növlərini özündə əks etdirən "Şən startlar"
estafetinin keçirilməsində fəal iştirak
etmişlər.
Komandaların
və idmançıların rəngarəng çıxışları musiqinin və
rəqslərin sədaları altında müşayiət olunurdu.
Tədbirdə çıxış
edənlər 2012-ci ildə Londonda keçiriləcək
Olimpiya Oyunlarında Azərbaycan idmançılarını
dəstəklədiklərini bildirdilər və onlara uğurlar
arzuladılar.
İdman
həftəsinin təşkil edilməsində göstərdikləri
dəstəyə görə "British Concil", Böyük
Britaniyanın Azərbaycandakı səfirliyi, Gənclər
və İdman Nazirliyi, Təhsil Nazirliyinə və
festivallarda iştirak edəcək məktəblərə
minnətdarlıq ifadə edildi.
RƏŞAD |