Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

"Sosrealizm bizə nə verdi?" kitabının təqdimatı

 

Martın 17-də Bakı Slavyan Universitetində tanınmış yazıçı-alim Elçinin "Sosrealizm bizə nə verdi?" kitabının təqdimat mərasimi oldu.

Alimlərin, müəllimlərin, tələbələrin və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev açaraq, xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevi ötən əsrin 60-cı illərindən bu günədək Azərbaycan ədəbiyyatında orijinal dəst-xətti olan nasir, ədəbiyyatşünas, dramaturq, ssenarist və tərcüməçi kimi dəyərləndirdi. Vurğuladı ki, Elçinin bu gün təqdimat mərasiminə toplaşdığımız  "Sosrealizm bizə nə verdi?" əsəri ədəbi tariximizin ən vacib məsələlərindən birinin həlli baxımından uğurlu bir elmi təşəbbüsdür. Kitabda sosializm realizminin ədəbiyyatımızın tarixində və ictimai fikrində rolu, mövqeyi, əhəmiyyəti və uğursuz taleyi müfəssəl bir şəkildə araşdırılıb. Elçin müəllim bu əsərdə Azərbaycan sovet ədəbiyyatının qazandığı nailiyyətləri və digər məsələləri göstərə bilib.

Tədbirdə BSU-nun professorları Məmməd Qocayev, Rəhilə Qeybullayeva, Bədirxan Əhmədov, Rəhilə Quluyeva, Tehran Əlişanoğlu, Flora Nacıyeva, Nizami Tağısoy, AMEA-nın akademiki Arif Həşimov, BSU-nun dosenti Rüstəm Kamal, BSU-nun tərcümə kafedrasının müdiri, şair Etimad Başkeçid, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və digər çıxış edənlər əsərin əhəmiyyətini, ədəbiyyatımızın dünəni ilə bağlı dəyərli və obyektiv bir araşdırma olduğunu bir daha iştirakçıların diqqətinə çatdırdılar.

Mərasim iştirakçılarına təşəkkür edən Elçin bildirdi ki, ötən əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin böyük bir hissəsi sosializm realizmi ədəbi metodunun hökm sürdüyü bir dövrdə yaradılıb. O dövrdə nəşr olunmuş ədəbi nümunələrə qiymət verməyin vaxtı çatıb. Eyni zamanda biz o dövrdə yazılmış nə varsa üstündən xətt çəkə bilmərik. Şübhəsiz ki, zəif əsərlər yazılıb, ədəbiyyatımıza güclü zərbələr vurulub. Bununla belə, etiraf etməliyik ki, həmin dövrdə gözəl ədəbi nümunələr də işıq üzü görüb, müəyyən mənada ədəbiyyatımız, mədəniyyətimiz inkişaf edib, yeni janrlar yaranıb. Bu kitabı yazmaqda əsas məqsədim həmin dövrə obyektiv qiymət vermək, Azərbaycan ədəbiyyatının itirdiklərini və qazandıqlarını düzgün təhlil etmək olub.

Elçin müəllim çıxışının sonunda mərasim iştirakçılarını və bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik etdi. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov