Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

Elimizə Novruz gəlir

 

Martın 15-də Bakıdakı 18 nömrəli məktəbdə "Elimizə Novruz gəlir" adlı bayram tədbiri keçirildi. Tədbir məktəbdə pedaqoji təcrübədə olan Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsi tələbələrinin və məktəbin təşkilatçı müəllimləri tərəfindən hazırlanmışdı.

Tədbirdə məktəbin müəllim-şagird heyəti ilə bərabər ADU-nun professor-müəllimlərindən Vəfa Bənnayeva, Vidadi Bəşirov, Oktay Abbasov, Rəhimə Babayeva, metodist Aytən Kazımova və digər qonaqlar iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, əməkdar müəllim Vaqif Hüseynli iştirakçıları bayram münasibətilə təbrik etdi. O,  milli bayramımız olan Novruzun tarixinə nəzər salaraq bildirdi ki, Novruz əsrlərin qaynağından süzülüb gələn, yaddaşlarda kök salan qədim el bayramıdır. Böyük mənəvi gücə malik olan Novruz bayramı əcdadlarımızın bizə verdiyi ən gözəl yadigardır. Bu bayram xalqın milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olub, insanları aydın və işıqlı sabaha səsləyib, onlara xoşbəxt gələcəyə inam duyğusu bəxş edir. V.Hüseynli bayramın dövlət səviyyəsində keçirilməsini müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərdən biri olduğunu bildirdi. O, ölkəmizin hüdudlarından uzaqda yaşayan soydaşlarımızın bu əziz günü qeyd etdiyini və milli dəyərlərə sadiqlik və həmrəylik duyğusunun bütün azərbaycanlıları doğma Vətənimizin inkişafı naminə daha sıx birləşdirəcəyinə əmin olduğunu bildirdi.

V.Hüseynli məktəbdə pedaqoji təcrübə keçən gənclər haqqında müsbət fikirlər söylədi. O, "açıq dərs"lərin yüksək səviyyədə keçdiyini, ingilis dili müəllimlərinin elmi və metodik səviyyələrinin qənaətbəxş olduğunu və ali məktəb tələbələri ilə keçirilən tədbirlərin şagirdlərə müsbət təsir etdiyini vurğuladı.

Tədbirdə şagirdlər Novruzla bağlı ingilis dilində müxtəlif səhnəciklər və əyləncəli oyunlar göstərdilər. Mahnılar oxundu  və şeirlər söyləndi. Sonra Novruzun əsas atributlarından olan Kosa ilə Keçəl öz duzlu-məzəli çıxışları ilə tədbir iştirakçılarında ruh yüksəkliyi yaratdılar. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov