Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

Təhsil müəssisələrində bayram tədbirləri keçirilib

 

Respublika İncəsənət  Gimnaziyasının ikincilərinin bahar bayramına həsr etdikləri kompozisiya  "Novruz gəlir, yaz gəlir" adlanırdı. Milli ruhda bəzədilmiş səhnədə  al- əlvan  geyinmiş  şagirdlərin əllərindəki səməni, nərgiz gülü  baharın gəlişindən xəbər verirdi.  Onlar  növbə ilə  bahar bayramı ilə  bağlı şeirlər, mahnılar ifa etdilər. Novruz bayramının tarixindən, su, od, yel, torpaq  çərşənbələriylə bağlı adət-ənənələrdən, mərasimlərdən söz açdılar.

Sonra  yazıçı Solmaz Amanovanın  "Turac"  nağılı əsasında hazırladıqları  səhnəcik   nümayiş  olundu.  Turac və  xanım rollarını ifa edən Rəvanə Rüstəmzadə  və  Fidan Cəfərova  öz çıxışları ilə hamını heyran etdilər.  Uşaqlar  "Almanı atdım xarala", "Səməni", "Çay", "Halvaçı", "Tut ağacı", "Qarabağ", "Qoy yarım gəlsin, ay nənə" kimi xalq və bəstəkar mahnılarını ifa etdilər. Bahar qızının gəlişi  isə səhnəni rövnəqləndirdi. Uşaqlar Bahar qızı ilə  "Yallı" rəqsini ifa etdilər. Gimnaziyanın  muğam sinfinin şagirdləri  də öz məharətlərini göstərdilər.

"Azərbaycan" mahnısının sədaları altında ikincilər əllərində dalğalanan üçrəngli bayraqla səhnəni tərk etdilər.

Çıxış edən qonaqlar  tədbirin ərsəyə gəlməsində  gərgin əməyi olan sinif müəllimi Xuraman Şabaniyə və bu işdə ona yardımçı olan Rüxsarə  Fəttahovaya, Aynur Bağbanlıya və digər  həmkarlarına təşəkkür edərək  xoş arzular söylədilər.

***

Bu günlərdə Bakıdakı 164 nömrəli orta məktəbdə də Novruz  bayramı ilə əlaqədar şənlik keçirildi. Məktəbin ibtidai sinif müəllimi Turan Hüseynovanın hazırladığı bayram şənliyində II "c" sinif şagirdləri  bahara  aid şeirləri, rəqsləri, əyləncəli oyunları  ilə iştirakçıların bayramını təbrik etdilər. İkincilər  Aydan, Kamilla, Fərəh "Güllər", "Bahar xanım" səhnəciyini, Tural, Sevinc, Müslüm, Abbas  Üzeyir Hacıbəylinin "Arşın mal alan", "Məşədi İbad" müsiqili komediyalarından  parçaları, Kamil, Riyad "Təndir çörəyi"  mahnı səhnəciyini nümayiş etdirdilər. Sonra Kosa ilə  Kecəl   səhnəyə gəlib tamaşaçıları  təbrik etdilər.

Şənliyin sonunda  məktəbin direktoru Kəmalə Qədirova  tədbir iştirakçılarını bayram münasibətilə  təbrik etdi. O dedi ki, Novruz  el bayramıdır. Əsrlərin qaynaqlarından süzülüb gələn,  yaddaşlarda  kök salan qədim   bir el bayramıdır.  Novruz bayramının  xalqımızın həyatındakı  rolunu yüksək qiymətləndirən  böyük dövlət xadimi,  ümummilli  lider Heydər Əliyev  demişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı  ulu əcdadlarımızın  bizə verdiyi ən  gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını,  onun daxili aləmini  bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı  ən qədim zamanlardan bəri həyat və məişətimizə  daxil olmuş, insanlara aydın və işıqlı sabaha,  xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir".

Şənliyin sonunda  məktəbin foyesində  hazırlanmış "Bahar" rəsm sərgisinə  baxış keçirildi.

***

Bakıdakı 189 nömrəli orta məktəbdə "Zəfər gətir, gəl, ay bahar!" mövzusunda  növbəti 13-cü Vətən dərsi keçirilib. Novruz bayramına həsr edilmiş Vətən dərsində məktəbdə fəaliyyət göstərən "İstedad" studiyasının şagirdləri iştirak ediblər. Öncə Dövlət himni səsləndirilib.  "İstedad" studiyasının rəhbəri Şəhla Gündüz bayram münasibətilə iştirakçıları təbrik edib, Novruz bayramının yaranma tarixindən bəhs edib.

"İstedad" studiyasının fəal üzvü, VI sinif şagirdi  Firdus Kərimzadə "Canlı bayraq" şeirini özünəməxsus tərzdə təhlil edib. İkincilər isə vətənpərvərlik mövzularında "Salam Novruz bayramı", "Bahar gəlir təbiətə", "Gəldi bahardan səda", "Ana dili" və s. şeirlər söyləyib, mahnılar ifa ediblər. Bəstəkar, musiqişünas  Kəmalə Cəmilqızının ifa etdiyi   "Yenə gəldi ilk bahar"  mahnısı  tədbiri daha da  rövnəqləndirib.  "Qanad" şagird teatrı üzvlərinin isə "Arşın mal alan" operettasından parçalar nümayiş etdirməsi  tamaşaçılarda  xoş ovqat yaradıb.

Tədbirə dəvət olunmuş 164 nömrəli məktəbin "Kimlik" studiyasının  fəal üzvləri  Nərmin Sayadzadə, Aytən Hüseynzadə  Gülxəndan  Cavadzadə   zəngin proqramlarla çıxış ediblər. Tədbirin sonunda Milli  Qəhrəman  Mübariz İbrahimov və şəhid  Fərid Əhmədovun  döyüş yolunu əks etdirən videogörüntülər nümayiş olunub.

***

Bakıdakı 1 nömrəli orta ümumtəhsil məktəbində bayram şənliyi ilaxır çərşənbədə təşkil olunmuşdu.

Tədbiri açan təhsil ocağının direktoru Elida Rzayeva şənlik iştirakçılarının bayramını təbrik etdi. Bildirildi ki, bahar öz gəlişi ilə sevinc gətirir, ürəklərdə mərhəmət, diqqət və qayğı hisslərini artırır. Xalqımız bu bayrama çox böyük  sevinclə hazırlaşır.

Şagirdlərdən Fatimə Məmmədzadə, Rəvan Adilov müəllimləri Xatirə Quluyeva və Sadiq Babayevin rəhbərliyi altında kosa-kosa oyununu nümayiş etdirdilər.   VII "a" sinif şagirdi Camal Məmmədov Novruz bayramının tarixi kökləri haqqında şənlik iştirakçılarına məlumat verdi. 

Çıxış edənlər Novruz bayramı  münasibətilə xalqımızı təbrik etdilər.

***

Martın 15-də Bakının Binəqədi rayonunda yerləşən E.Həmidov adına 267 nömrəli orta məktəbdə də  Novruz bayramı böyük təmtəraqla qeyd edildi. Dəhlizlərdə  bayram şirniyyatları və böyük səməni qoyulmuşdu.

Bayram mərasimini açan məktəbin direktoru Adilə Orucova şənlik iştirakçılarını təbrik etdi, Novruzun tarixi və adət-ənənələri haqqında danışdı.

Şagirdlər şairlərimizin, aşıqlarımızın Novruza, baharın gəlişinə həsr etdikləri şeirlərindən parçalar söylədilər, səhnəciklər göstərdilər. Onlar nənə və babalarından eşitdikləri xalq inanclarını, deyimlərini tədbir iştirakçılarına çatdırdılar.

Milli geyimli şagirdlərin ifasında rəqs nömrələri göstərildi. Kosa ilə Keçəlin məzəli rəqsləri şagirdlərdə yazla qışın görüşü təəssuratını yaratdı.

"Azərbaycan müəllimi"

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov