Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

Şahmat məktəbinin uğurları

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin yetirmələri bu ilin ilk günlərindən müxtəlif yaş qrupu üzrə iştirak etdikləri yarışlarda uğurlu nəticələr əldə ediblər.

Təsadüfi deyildir ki, yanvarın 11-dən 19-na kimi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin kütləvi idman tədbirləri planına əsasən 14 yaşlı oğlanların və qızların arasında keçirilən Bakı şəhər çempionatında 2 nömrəli UGŞİM-nin yetirməsi Ramazan Süleymanlı fəxri IV yeri tutaraq respublika birinciliyində iştirak etmək üçün vəsiqəyə sahib olub. Eyni zamanda yanvarın 22-dən 30-na kimi 16 yaşlı oğlanların və qızların arasında keçirilən Bakı şəhər birinciliyində isə 2 nömrəli UGŞİM-nin yetirməsi Məryəm Eyyubzadə şəxsi əmsala görə II yeri tutaraq  gümüş medala layiq görülüb və respublika birinciliyində iştirak etmək hüququ qazanıb. Həmçinin fevralın 14-dən 19-na kimi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi Bakı şəhər komanda çempionatında da 2 nömrəli UGŞİM-nin yığma komandası II yeri tutaraq kubok, medal və diplom ilə təltif olunub.

Martın 1-dən 10-na kimi 12 yaşlı oğlanlar və qızlar arasında keçirilən Bakı şəhər birinciliyində də 2 nömrəli UGŞİM-nin yetirmələri Ayşən Əliyeva və İsmayıl Şahəliyev bütün rəqiblərini geridə qoyaraq Bakı şəhər çempionatının qalibləri olublar və respublika birinciliyinə vəsiqə qazanıblar. Elə həmin tarixdə müxtəlif yaş qrupundan olan oğlanlar və qızlar arasında keçirilən 64 xanalı dama üzrə Azərbaycan birinciliyində 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin yetirmələri 13 yaşlı Faris Kərimzadə I yeri, 13 yaşlı Anar İsmayılov III yeri və 10 yaşlı Fatimə Əfəndi III yeri tutublar. Qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

İnanırıq ki, şahmat məktəbinin yetirmələri bundan sonra da respublika və beynəlxalq yarışlarda uğurlar qazanacaq, Azərbaycan şahmatının inkişafına yeni-yeni töhfələr bəxş edəcəklər. 

ƏDALƏT

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov