Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

Azərbaycanın Milli Qəhrəmanları

 

Tağızadə Eldar Abdulla oğlu 

1963-cü il sentyabrın 6-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1970-1980-ci illərdə paytaxtın Nəsimi rayonundakı 164 nömrəli məktəbdə orta təhsilini başa çatdırıb. Sonra Bakı Dövlət Universitetinə daxil olub. 1985-ci ildə universitetin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Eldar Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda çalışarkən Səbail rayon DİŞ-in cinayət axtarışı bölməsi ilə əməkdaşlıq edib. 1988-ci ildə DİŞ-ə işə qəbul edilib və 1989-cu ildə Sverdlovsk şəhərində cinayət-axtarış üzrə ali ixtisasartırma kursu keçib. DİN-nin millətlərarası münasibətlər şöbəsində daha məsul vəzifəyə irəli çəkilib və ona 1991-ci ildə kapitan rütbəsi verilib. Daha sonra DİN-nin Terrorizm və Banditizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini vəzifəsinə təyin edilib.

E.Tağızadə 1992-ci il iyunun 3-də Qarabağa ezam olunub və cinayətkarları zərərsizləşdirərkən həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 nömrəli Fərmanı ilə Tağızadə Eldar Abdulla oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 164 nömrəli orta məktəb onun adını daşıyır. Bakı şəhərindəki küçələrdən birinə adı verilib.   

Tağıyev Şahin Talıb oğlu 

1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. İlk təhsilini 1956-cı ildə Bakının Bülbülə qəsəbəsindəki 208 nömrəli orta məktəbində alıb, 12 nömrəli internat-məktəbdə isə təhsilini başa çatdırıb. Şahin 1969-cu ildə Bakı Energetika Texnikumunu bitirib. O, hərbi xidmətini Novosibirskdə raket-artilleriya qoşun hissələrində yerinə yetirib və eyni zamanda orada zabitlik kursunu müvəffəqiyyətlə bitirib. Ordudan tərxis olunduqdan sonra Bakı Mayesiz Transformatorlar Zavodunda işləyib. 1992-ci ildə yeni yaradılan "Qurtuluş" batalyonuna qoşulub. Doğma Vətəni Azərbaycanın o çətin günlərində silaha sarılan Ş.Tağıyev Tərtər, Seysulan, Yarımca və Levonarxın erməni işğalçılarından müdafiəsi uğrunda gedən ağır döyüşlərdə bir vətənpərvər əsgər kimi son dərəcə fədakarlıqla iştirak edib. Onun döyüş bacarığı, yağı düşmənə qarşı aparılan hər bir döyüş əməliyyatı zamanı göstərdiyi mətinliyi və mübarizliyi nəzərə alınaraq 1992-ci ilin martında "Qurtuluş" batalyonuna komandir təyin edilib. Ş.Tağıyevin cəbhə bölgəsində göstərdiyi xidmət ölkə başçısı tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 nömrəli Fərmanı ilə polkovnik-leytenant Tağıyev Şahin Talıb oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ailəlidir. 

Teymurov Rizvan Rəhman oğlu 

1967-ci il aprelin 16-da Şuşanın Quşçular kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə doğma kəndlərində orta məktəbi bitirərək, 1985-ci ildə hərbi xidmətə cağırılıb. Rizvan əsgəri xidmətini Omsk şəhərində başa çatdırdıqdan sonra Vətənə qayıdıb. O, 1987-ci ildə Rusiyanın Arxengelsk vilayətinə gedib. 1990-cı ildə yenidən Vətənə qayıdıb. Şuşa Şəhər Daxili İşlər Şöbəsinin xüsusı təyinatlı polis dəstəsinə daxil olaraq Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində erməni yaraqlılarına qarşı aparılan qeyri-bərabər mübarizədə əsl vətənpərvər bir polis nəfəri kimi iştirak edib. O, işğalçı erməni döyüşçülərinə qarşı aparılan  əməliyyatlarda xüsusi fəallıq və əzmkarlıq göstərib. Elə bu fədakarlığı onu komandirlərinə və döyüş yoldaşlarına sevdirib.

R.Teymurov 1991-ci il dekabrın 9-da Xankəndi və Kərkicahan ətrafında erməni faşistlərinə qarşı gedən qanlı döyüşlərdə xüsusi hünər və rəşadət nümayiş etdirərək  qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şuşanın Quşçular kəndində dəfn olunub. Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır. 

Təhməzov Paşa Qurban oğlu 

1949-cu il martın 23-də Lənkəran şəhərində anadan olub.1964-cü ildə doğma şəhərlərindəki 6 nömrəli orta məktəbin səkkizinci sinfini bitirib və orta təhsilini fəhlə-gənclər məktəbində davam etdirib. Paşa əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlayıb. 1993-cü il avqustun 23-də Azərbaycanın cənub bölgəsində dövlətçiliyimizə qarşı vəziyyət gərginləşəndə P.Təhməzov da silaha sarılaraq "Talış Muğan Respublikası" adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanıb.

Paşa Təhməzov dövlətçiliyimizin qorunması, doğma Azərbaycanımızın bütövlüyü uğrunda öz canını əsirgəməyib, cinayətkar dəstə ilə baş verən qaşıdurma zamanı qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 nömrəli Fərmanı ilə Təhməzov Paşa Qurban oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Lənkəran şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Lənkəran şəhərindəki küçələrdən biri Milli Qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, "23 Avqust" meydanında büstü qoyulub. 

Yəhyayev Elşad Məmmədhənifə oğlu 

1966-cı il sentyabrın 29-da Şəki şəhərində anadan olub. İlk təhsilini 1973-cü ildə doğma rayonlarındakı 12 nömrəli məktəbdə alıb, sonra təhsilini Bakı şəhərindəki 56 nömrəli orta məktəbdə davam etdirib. 1984-cü ildə hərbi xidmətə yollanıb. 1986-cı ildə hərbi xidmətini başa çatdıraraq, 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olub. Elşad 1991-ci ildə hərbi məktəbi bitirərək, leytenant rütbəsi ilə Vətənə qayıdıb. Müraciətinə əsasən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına tağım komandiri təyin edilib. O, Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində erməni işğalçılarına qarşı gedən gərgin döyüşlərdə yüksək rəşadət göstərib.

E.Yəhyayev 1992-ci il iyunun 20-də erməni yaraqlılarına qarşı aparılan ağır döyüşlər zamanı yağı düşmənin atdığı snayperə tuş gələrək qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Yəhyayev Elşad Məmmədhənifə oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Vaxtı ilə təhsil aldığı Şəki şəhər 12 nömrəli orta məktəb qəhrəmanın adını daşıyır. Bakı şəhərindəki 56 nömrəli orta məktəbdə büstü qoyulub.

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov