Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - �12

 

Azərbaycanın Milli Qəhrəmanları

 

Yusifov Zakir Tofiq oğlu 

1956-cı il sentyabrın 29-da Bakı şəhərində anadan olub. 1974-cü ildə paytaxtdakı 194 nömrəli orta məktəbi bitirərək, Leninqraddakı (indiki Sankt-Peterburq) Sasovski adına Mülki Təyyarəçilik Məktəbinə daxil olub. 1977-ci ildə təhsilini başa çatdıraraq Yevlax aviadəstəsində fəaliyyətə başlayıb. AN-2 təyyarəsinin komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, uçuşun təşkili və təminetmə müfəttişliyinin təyyarəçi-müfəttişi vəzifələrində çalışıb, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olub. Azərbaycanda ilk hərbi vertolyot eskadrilyası Milli Qəhrəman Yavər Əliyevlə Zakir Yusifovun əməyi nəticəsində yaradılıb. Qısa zamanda Qarabağa və digər döyüş bölgələrinə uçuşlar edib, ən uğurlu uçuşunu isə Füzuli-Xocavənd istiqamətində yerinə yetirib. Tərtər, Ağdərə, Xocavənd, Şuşakənd, Füzuli döyüşləri zamanı yüzədək uçuş edib.

Z.Yusifov 1992-ci il oktyabrın 11-də növbəti uçuş zamanı - Səfiyan kəndində əməliyyat yerinə yetirərkən vertolyotu vurulub və o, qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Yusifov Zakir Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.Təhsil aldığı 194 nömrəli orta məktəb və Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır. 

Yusifov Naiq Nəsir oğlu 

1970-ci il yanvarın 5-də Tovuz rayonunun Ağdam kəndində anadan olub. 1987-ci ildə doğma kəndlərində orta məktəbi bitirib və 1988-ci ildə sovet ordusu sıralarına çağırılıb. Naiq hərbi xidmətini Gürcüstanın Texakaya şəhərində yerləşən rabitə batalyonunda başa çatdırıb və 1990-cı ildə Vətənə qayıdıb. Bir müddət sonra yerli özünümüdafiə dəstəsinə üzv yazılıb. 1992-ci il martın 24-də Tovuz  rayonunun Koxa-Nəbi kəndinə işğalçı erməni yaraqlılarının hücumu zamanı Naiq cəsur, fədakar, vətənpərvər bir əsgər kimi döyüş meydanında xüsusi qəhrəmanlıq nümayiş etdirib. O, son dərəcə gərgin, qeyri-bərabər döyüş zamanı mühasirəyə düşən yoldaşlarını təhlükəli zonadan xilas etməyə bütün gücü, bacarığı ilə səy göstərib. Amma son anda yağı düşmənin əlinə keçməmək üçün əlindəki qumbaranı gənclik eşqi ilə dolu sinəsinə sıxaraq qəhrəmancasına həlak olub. Onun Vətən uğrunda göstərdiyi bu şücayət ölkə başçısı tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Yusifov Naiq Nəsir oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Tovuz rayonunun Ağdam kəndində dəfn olunub. Vaxtı ilə təhsil aldığı orta məktəb onun adını daşıyır.

Yusifov Roman Yasəf oğlu 

1973-cü il iyulun 28-də Dəvəçi rayonunda anadan olub. 1990-cı ildə rayondakı 2 nömrəli məktəbdə orta təhsilini başa çatdırıb, 1992-ci ildə Milli Ordu sıralarında əsgəri xidmətə çağırılıb. Bir müddət Naxçıvanda hərbi təlim keçdikdən sonra Sədərək rayonuna göndərilən Roman Vətən qarşısındakı müqəddəs borcunu şərəf və ləyaqətlə yerinə yetirib. 1992-ci ilin oktyabrında xidməti borcunu yerinə yetirərkən yaralanıb. O, müalicə aldıqdan sonra yenidən əsgəri xidmətini davam etdirib. Gələcəkdə hərbiçi olmaq, Vətənin keşiyində durmaq onun ən müqəddəs arzularından olub. Roman elə həmin arzusunun da həyata keçməsinə cidd-cəhdlə çalışıb, hərbi kurs keçərək leytenant rütbəsi alıb. Taqım komandiri təyin edilib.

R.Yusifov 1995-ci il martın 17-də qeyri-qanuni silahlanmış, dövlət çevrilişinə cəhd edən bir qrup qiyamçı ilə qarşıdurma zamanı qəhrəmancasına həlak olub.

Azərbaycan  Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Yusifov Roman Yasəf oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Dəvəçi rayonunun Qalagah kəndində dəfn olunub. Təhsil aldığı 2 nömrəli orta məktəb onun adını daşıyır. 

Zülfüqarov Elxan Qaçay oğlu 

1954-cü il iyunun 29-da Füzuli rayonunun Hoğa (Üçbulaq) kəndində anadan olub. Səkkizillik təhsilini 1969-cu ildə 1 nömrəli orta məktəbdə alıb, orta təhsilini isə Yevlax şəhərindəki 1 nömrəli orta məktəbdə başa çatdırıb. 1971-ci ildə Mingəçevir Politexnik Texnikumuna daxil olub. 1972-ci ildə hərbi xidmətə çağırılıb. 1974-cü ildə xidmətini Ukraynada yerinə yetirdikdən sonra yarımçıq qalmış təhsilini davam etdirib. 1975-ci ildə Novosibirsk Şəhər Milis Şöbəsinə təyinat alaraq, orada milis baş leytenantı rütbəsinə qədər yüksəlib. 1988-ci ildə Qarabağ hadisələri ilə əlaqədar Vətənə qayıdıb. 1992-ci ildə ordu sıralarına yazılaraq bölmə komandiri kimi Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində bir çox əməliyyatlarda iştirak edib. Kapitan rütbəsinə qədər yüksələn Elxan 702 nömrəli hərbi hissədə kəşfiyyat komandirinin köməkçisi vəzifəsinə təyin edilib.

1994-cü il yanvarın 5-də növbəti kəşfiyyata yollanaraq qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirən E. Zülfüqarov Şükürbəyli kəndi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə həlak olub.

Ailəli idi. Dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 

Zülfüqarov Samir Xəlil oğlu 

1976-cı il iyulun 3-də Dəvəçi rayonunun Ağbaş kəndində anadan olub. Səkkizillik təhsilini doğma kəndlərində alıb. 1994-cü ildə Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Yaşma qəsəbəsində yerləşən hərbi hissələrdən birində xidmətini şərəflə yerinə yetirdiyi, nümunəvi bir əsgər olduğu nəzərə alınaraq ona qısamüddətli məzuniyyət verilib. Həmin vaxt ölkədə vəziyyət yenidən gərginləşib. Bir qrup cinayətkar ünsürdən ibarət silahlı dəstə hakimiyyəti ələ keçirmək üçün dövlət çevrilişi etmək istəyirdi. Bu hadisədən narahat olan Samir məzuniyyətini yarımçıq qoyaraq yoldaşlarının yanına qayıdıb. Milli Ordunun əsgərləri dövlət çevrilişinə cəhd edən qüvvələrlə üz-üzə dayandığı bir vaxtda onlarla aparılan danışıqlar nəticə verməyib.

S.Zülfüqarov 1995-ci il martın 17-də baş vermiş həmin qiyam zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda canını qurban verərək  qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Zülfüqarov Samir Xəlil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Dəvəçi rayonunun Ağbaş kəndində dəfn olunub. Dəvəçi rayon 3 nömrəli orta məktəb onun adını daşıyır və məktəbdə büstü qoyulub. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov