Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Aprel 2011 - �13

 

 Rusiyalı alim Moskva Dövlət Universitetinin Bakı filialında məruzə edib

 

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinin ümumi fizika və kondensasiya halı fizikası kafedrasının müdiri Dmitri Xoxlov aprelin 5-də M.V.Lomonosov adına MDU-nun Bakı filialında ölkənin aparıcı fizikləri qarşısında "Terahers şüalanma. Fizika və tətbiq imkanları" mövzusunda məruzə etmişdir.

Əvvəlcə MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva çıxış edərək, filialla şəxsən tanış olmaq üçün Azərbaycana səfər etmək təşəbbüsünə görə rusiyalı alimə minnətdarlığını bildirmişdir. Rektor demişdir ki, MDU-nun ümumi fizika kafedrasının əməkdaşları lap bu yaxınlarda Bakı filialının tələbələri ilə məşğələlər keçmişlər. Biz Azərbaycan və Rusiya alimlərinin görüşünün məhz M.V.Lomonosov adına MDU-nun Bakı filialında baş tutmasından məmnunuq.

Fundamental elmlərin humanitar problemlər və məsələlərlə təmasda olduğunu vurğulayan N.Paşayeva demişdir ki, elmi tərəqqi heç də həmişə bəşəriyyət üçün yalnız xoşbəxtlik gətirmir. Bu yaxınlarda Yaponiyada baş vermiş faciə buna misaldır. Odur ki, belə görüşlər, elmi əməkdaşlığın, yüksək məqsədlərə xidmət edən insanların yaxınlaşması həmişə faydalıdır.

Nərgiz xanım vurğulamışdır ki, tanınmış Rusiya fizikinin Bakıya gəlişi dialoq üçün, təkcə elmi deyil, həm də ictimai-etik yönümlü mühüm problemlərin müzakirəsi üçün yeni perspektivlər və imkanlar açır.

İki ölkənin alimləri arasında əlaqələrin bir müddət əvvəl çox geniş olduğunu xatırladan Dmitri Xoxlov həmin əlaqələrin bərpa olunmasının əhəmiyyətini vurğulamışdır.

Bakıda MDU-nun filialının açılmasının bu istiqamətdə çox əhəmiyyətli bir addım olduğunu vurğulayan alimin fikrincə, bu istiqamətdə növbəti addım daha sıx kooperasiyanın yaradılması və gənc kadrların birgə yetişdirilməsi olmalıdır. O demişdir: "Elm beynəlmiləldir. Kooperasiyanın yaradılması çox əhəmiyyətlidir, çünki heç bir elmi iş təkcə bir ölkədə aparılmır".

Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov iki ölkənin alimlərinin birgə tədqiqatlar aparmalarının əhəmiyyətindən danışaraq demişdir ki, rusiyalı həmkarlarla qarşılıqlı maraq nöqtələri tapa bilsək, bu, hər iki tərəf üçün faydalı olacaqdır. Azərbaycan alimləri birgə tədqiqatlara öz töhfələrini verə bilərlər.

M.Kərimov diqqəti gənc azərbaycanlı alimlərin MDU-da və Rusiyanın digər elmi mərkəzlərində staj keçmələri imkanlarına cəlb etmiş, MDU-nun Bakı filialının açılmasının həm kadrların hazırlanması, həm də təcrübə və bilik mübadiləsi aparılan belə tədbirlərin təşkili baxımından əhəmiyyətini vurğulamışdır.

Sonda qonaq MDU-nun Bakı filialının yeni kompleksinin maketi ilə tanış olmuşdur.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov