Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - �14

 

"Elektron təhsil" Respublika müsabiqəsinə start verildi

 

Aprelin 11-də Təhsil Nazirliyinin təşkil etdiyi "Elektron təhsil" Respublika müsabiqəsinə başlanılıb.

Müsabiqə "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir və "Microsoft-Azərbaycan", "İntel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, "Azerfon-Vodafone", AZEDUNET, "Ultra", HP, "Mədəd" təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqədə iştirak üçün www.musabiqe.edu.az rəsmi İnternet səhifəsində qeydiyyatdan keçmək və buradan ətraflı məlumat almaq mümkündür.

"Təhsildə İnternet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə təşkil olunan müsabiqə üzrə sənəd qəbulu mayın 25-dək davam edəcək.

 Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet texnologiyalarından istifadənin əhəmiyyətini önə çəkmək, bununla bağlı təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Qeyd edək ki, "Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları, bloqlar və digər İnternet layihələri təqdim edilə bilər. Qaliblər "Təhsildə İnternet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunacaqdır.

"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron resursların tədris prosesində əməli tətbiqinə dair metodiki materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika", "İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika", "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyaları üzrə müəyyən olunacaq.

İki mərhələdə keçiriləcək səsvermədə qaliblər peşəkarlardan və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olunacaq.

 Məlumat üçün bildiririk ki, müsabiqə artıq ikinci dəfə keçirilir. 2010-cu ildə keçirilən müsabiqəyə 810 layihə təqdim edilmiş və qaliblər 89 nominant arasından seçilmişdi.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov