Hər il aprelin 14-də Azərbaycan xalqının
görkəmli oğlu, ictimai-siyasi xadim Nəriman
Nərimanovun doğum gününün respublikamızın bir
çox idarə və təhsil müəssisələrində deyd
olunması bir ənənə şəklini alıb. Elə bu
münasibətlə aprelın 12-də Xudat şəhər
N.Nərimanov adına 2 nömrəli tam orta məktəbdəki
"Nəriman Nərimanov xatirə muzeyi"ndə ənənəvi
tədbir keçirilib. Mərasim iştirakçıları
N.Nərimanovun məktəbin həyətində tuncdan
ucaldılmış abidəsi önünə tər çiçəklər düzüblər.
Məktəbdə 1983-cü ildən fəaliyyət göstərən xatirə
muzeyi ilə tanış olan qonaqlar öyrəniblər ki,
burada 3 mindən çox eksponat nümayiş etdirilir.
Məktəbin akt zalında keçirilən tədbiri muzeyin
təşkilatçı rəhbəri Nəzakət Kərimova açaraq
muzeyin məktəblilərin vətənpərvərlik
tərbiyəsindəki əvəzsiz rolu, hər ilin aprel
ayının ikinci həftəsinin "Nərimanov həftəsi"
kimi keçirilməsi, burada Nəriman Nərimanovun
həyatı, fəaliyyəti və zəngin irsindən bəhs edən
dərslərin aparılması və ekskursiyaların təşkil
olunması barədə tədbir iştirakçılarına məlumat
verib.
Həmin gün tədbirdə Nəriman Nərimanovun Bakıdakı
ev-muzeyinin əməkdaşı Rəna Qəhrəmanova, Xaçmaz
Rayon İcra Hakimiyyətinin siyası şöbəsinin
müdiri Yaqut Mənsimova, N.Nərimanovun qohumu,
Bakıdakı ev-muzeyinin direktoru Kamilə Hüseynova,
Xaçmaz RTŞ-ın müdiri Mədinə Nurməmmədova çıxış
ediblər. Mərasimin sonunda Kamilə Hüseynova
N.Nərimanovun iri portretini, üzərində
Nərimanovun şəkli olan döş nişanlarını və
kitablarını məktəb muzeyinə bağışlayıb.
Sonda muzeyin bir qrup fəal üzvlərinə fəxri
fərmanlar təqdim edilib.
ƏDALƏT |