Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

Akademik Arif Paşayev Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru adına layiq görülüb

 

Aprelin 15-də Azərbaycan Milli Aviasiya Akademiyasında (AMAA) bu ali təhsil ocağının rektoru, tanınmış alim, akademik Arif Paşayevin Ukraynanın A.Popov adına Odessa Milli Rabitə Akademiyasının (OMRA) fəxri doktoru seçilməsi ilə əlaqədar tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə OMRA-nın rektoru, professor Pyotr Vorobiyenko rəhbəri olduğu ali təhsil ocağının Elmi Şurasının 2011-ci il 31 mart tarixli qərarı ilə akademik Arif Paşayevə fəxri doktor adının verildiyini bildirmiş və fəxri doktor diplomunu və mantiyasını ona təqdim etmişdir. Rektor vurğulamışdır ki, A.Paşayev bu akademiyanın məzunu olmuşdur. Onun təhsil aldığı ali təhsil müəssisəsinin fəxri doktoru seçilməsi bu akademiya üçün böyük əhəmiyyət daşıyır. Eyni zamanda P.Vorobiyenko akademik A.Paşayevə simvolik olaraq onun tələbə bileti və qiymət kitabçasını da bağışlamışdır. Qeyd etmişdir ki, bu hadisə həm AMAA və OMRA arasında əməkdaşlıq əlaqələrinin, həm də Azərbaycan və Ukrayna dostluğunun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Odessa Milli Rabitə Akademiyasının yüksək fəxri adına layiq görülməsinə görə bu ali təhsil ocağının professor-müəllim heyətinə təşəkkürünü bildirən akademik A.Paşayev vurğulamışdır ki, təhsil aldığı, mütəxəssis kimi yetişdiyi akademiyanın fəxri doktoru olması onun üçün böyük şərəfdir. A.Paşayev əmin olduğunu bildirmişdir ki, bundan sonra da iki təhsil ocağı arasında əlaqələr yüksələn xətt üzrə davam edəcəkdir.

Tədbirdə iştirak edən Ukrayna Azərbaycanlıları Konqresi sədrinin müavini Oleq Krapivin akademik A.Paşayevə bu təşkilatın fəxri üzvü seçilməsi ilə bağlı ona diplom və xatirə hədiyyələri təqdim etmişdir.

Sonra qonaqlar Azərbaycan Milli Aviasiya Akademiyasının hava gəmilərinin uçuş istismarı kafedrasının dosenti, uzun illər Azərbaycanın mülki aviasiya sistemində fəaliyyət göstərmiş qocaman aviator Vitali Tarasovun 75 illik yubileyi ilə bağlı tədbirdə iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Sabir İlyasov yubilyarın 50 ildən artıq Azərbaycanın mülki aviasiya sistemində çalışdığını qeyd etmişdir. Vitse-prezident onu da əlavə etmişdir ki, V.Tarasov hazırda akademiyada ixtisaslı kadrların hazırlanmasında fəal iştirak edir.

Akademiyanın rektoru, akademik Arif Paşayev yubilyarı təbrik edərək V.Tarasovun Azərbaycan mülki aviasiyasının inkişafına töhfələrini yüksək qiymətləndirmişdir. Sonra A.Paşayev akademiya adından hədiyyə olaraq V.Tarasova "Chevrolet Niva" avtomobilinin açarını və sənədlərini təqdim etmişdir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov