Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə ötən ay 1707 müraciət daxil olub

 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: [email protected]) cari ilin martında  1707 müraciət daxil olub.

Müraciətlərin 1575-i telefonla, 132-si elektron poçt vasitəsi ilə qəbul edilib. Əksəriyyəti (1490 müraciət) sorğu və məlumat xarakterli olan müraciətlər əsasən ümumtəhsil məktəblərinə, məktəbəqədər təhsil müəssisələrinə, ali və orta ixtisas təhsili ocaqlarına aiddir. Məktəbdənkənar və texniki peşə təhsili müəssisələri, eləcə də xaricdə təhsil məsələləri ilə bağlı müraciətlər də daxil olub.

Sorğu xarakterli müraciətlər təhsil sisteminin demək olar ki, bütün sahələrini əhatə edir. Azərbaycan Respublikasının təhsil sistemində tətbiq olunan proqramlar, beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumtəhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi ilə bağlı sorğular üstünlük təşkil edib. Təhsil sənədlərinin alınması və nostrifikasiyası, buraxılış imtahanlarının, fənn olimpiadalarının təşkili və nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumtəhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, birinci siniflərə şagird qəbulu ilə əlaqədar müraciətlərin sayı da artıb. Həmçinin müəllimlərin dərs yükünün bölünməsi, məktəbli formasının tətbiqi, birinci siniflərdə əlifba bayramının təşkili və digər məsələlər barədə sorğular qeydə alınıb və cavablandırılıb.

Şikayət xarakterli müraciətlərin təhlili göstərir ki, onların böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 78, digər şəhərlərin ümumtəhsil məktəblərindən 15 (Gəncədən 7, Sumqayıtdan 6, Mingəçevir və Şirvan şəhərlərinin hər birindən 1), Abşeron rayonundan 10, Şəki və Qusar rayonlarının hər birindən 4, Lənkəran, Lerik, Tərtər rayonlarının hər birindən 3, Ağdaş, Neftçala, Saatlı, Şamaxı, İmişli, Göygöl, Qobustan, Beyləqan, Sabirabad, Ağcabədi, Goranboy, Masallı, Qəbələ rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 2 və Şabran, Şəmkir, Cəlilabad, Samux, Xocavənd, Gədəbəy, Ağsu, Daşkəsən, Tovuz, Siyəzən, Quba, Bərdə, Laçın, Kürdəmir, Ağdam, Biləsuvar, Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin  hər birindən 1 şikayət xarakterli müraciət daxil olub.

Ümumtəhsil məktəbləri ilə bağlı müraciətlər əsasən tədris prosesinin təşkili, dərs yükü, müəllimlərin şagirdlərə münasibətdə yol verdikləri nöqsanlar və bayramlarda hədiyyələrin alınması ilə əlaqədar narazılıqlardan ibarətdir. Müraciətlərin araşdırılması zamanı 35 faiz müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, 40 faiz müraciətdə qeyd olunan faktlar isə öz təsdiqini tapmayıb.

Dəqiq və ünvanlı müraciətlər üzrə aparılmış araşdırma nəticəsində qaldırılmış məsələlər öz həllini tapıb, iki ümumtəhsil məktəbinin müəllimi haqqında inzibati cəza tədbiri həyata keçirilib. Belə ki, müvafiq müraciət əsasında İ.Əfəndiyev adına Elitar gimnaziyanın informatika müəllimi Əliyar Baxışovun şagirdlərin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verdiyi müəyyənləşdirilib və tədris ocağının rəhbərliyi tərəfindən ona töhmət verilib. Digər bir müraciətin araşdırılması nəticəsində isə şagirdlərə 1 manat fond pulu gətirmək tapşırığı vermiş Xəzər rayonundakı 183 nömrəli məktəbdə V sinfin rəhbəri İ.Hacıyevaya ciddi xəbərdarlıq edilib.

"Qaynar xətt"ə məktəbəqədər təhsil müəssisələrindən 9, lisey tipli məktəblərdən 5, internat-məktəblərdən 2, məktəbdənkənar tərbiyə müəssisələrindən 2 şikayət qəbul edilib. Dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 12, özəl ali və orta ixtisas təhsili müəssisələri ilə əlaqədar 24 müraciət qeydə alınıb.

Məktəbəqədər müəssisələrlə bağlı şikayətlərin böyük əksəriyyəti bu təhsil ocaqlarına qəbul və iş rejimi ilə əlaqədardır.

Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə imtahan nəticələrindən narazılıq, təqaüdlərin gecikdirilməsi, müxtəlif növ nəşrlərin satışı və digər məsələlər əks olunub.

Dekanlıq tərəfindən külli miqdarda vəsait tələb olunduğunu bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu fakültəsinin V kurs tələbəsi Sənan Yusifovun müraciəti ilə əlaqədar aparılmış araşdırma nəticəsində fakt təsdiqini tapmayıb və müvafiq materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Ötən ay özəl ali təhsil müəssisələri ilə bağlı 24 şikayət daxil olub. Onlardan 1-i Azərbaycan Kooperasiya Universiteti, 2-si Odlar Yurdu Universiteti, 21-i isə Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədardır. Azərbaycan Kooperasiya Universitetində kitab satışının təşkili, Odlar Yurdu Universitetində diplomlara görə rüsum tələb olunması, Azərbaycan Beynəlxalq Universitetinin sabiq tələbələrinin sənədlərinin verilməsi zamanı çoxsaylı problemlərin yaradılması ilə bağlı müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb.

Beləliklə, martda "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin 91,5 faizi müsbət cavablandırılıb və qaldırılmış məsələlər müvafiq qaydada həllini tapıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov