Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

İnklüziv təhsil diqqət mərkəzindədir

 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara keyfiyyətli təhsil almaq imkanı yaratmaq, onların ailələrinə dəstək vermək məqsədilə 2001-ci ilin iyulunda "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin və ya valideynlərini əvəz edən şəxslərin inklüziv təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmış, bu təhsilin təşkili və idarə olunması təsbit olunmuşdur. Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar, o cümlədən "İnteqrasiya təlimi təhsil müəssisələrində təhsilin təşkili Qaydaları haqqında" qərar qəbul edilmişdir.

Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli 20 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)" təsdiq edilmiş, Azərbaycan Respublikası təhsil nazirinin 25 mart 2005-ci il tarixli, 192 nömrəli əmrinə əsasən İnkişaf Proqramının icrası ilə əlaqədar fəaliyyət planı işlənib hazırlanmışdır.

Təhsil nazirinin müvafiq əmrinin icrasını təmin etmək məqsədilə Azərbaycan Müəllimlər İnstitutunda səmərəli işlər gedir. İlk növbədə, institut rəhbərliyi 10 nəfər əməkdaşının layihə ilə əlaqədar treninqlərdən keçməsi üçün şərait yaratmışdır. İxtisasartırma və bakalavr təhsilinin tədris-tematik planına inklüziv təhsillə bağlı mövzular salınmışdır. AMİ və onun filiallarının metodistləri və kafedra müəllimləri üçün seminarlar təşkil edilmişdir. 2010-cu il dekabrın 2-də institutun Təhsildə innovasiya kabineti "İnklüziv təhsil günün tələbidir" mövzusunda konfrans keçirmişdir. Görülən işlərin davamı olaraq aprelin 15-də həmin layihə çərçivəsində "İnklüziv təhsilin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

"Dəyirmi masa"da Təhsil Nazirliyinin müvafiq şöbəsinin əməkdaşı, AMİ-nin elmi işlər üzrə prorektoru N.Abdullazadə, Sosial Xidmətlər Təşəbbüslü qeyri-hökumət və UATA təşkilatlarının, Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin, Təhsil Problemləri İnstitutunun nümayəndələri, AMİ-nin bilavasitə inklüziv təhsillə məşğul olan müəllim və metodistləri, ümumtəhsil və xüsusi tipli məktəblərin müəllim və müəllim köməkçiləri, AMİ-nin tələbələri iştirak edirdilər.

"Dəyirmi masa"nı AMİ-nin Əlavə təhsil üzrə prorektoru Rahim Əzizov açdı.

"İnklüziv təhsilin tətbiqi zamanı əldə olunan uğurlar və qarşıda duran vəzifələr", "İnklüziv təhsil bizə nə verir", "İnklüziv təhsildə müəllim-valideyn əməkdaşlığı" və s. mövzularda  çıxışlar dinlənildi.

Çıxışlardan sonra mövzular ətrafında müzakirə aparıldı və təkliflər irəli sürüldu. Təkliflər ümumiləşdirilərək aşağıdakıların nəzərə alınması və əlaqədar təşkilatların nəzərinə çatdırılması məqsədəmüvafiq hesab edildi:

* İnklüziv təhsilə cəlb edilən məktəblərin əhatə dairəsi genişlənsin;

* Valideynlər üçün maarifləndirmə işi gücləndirilsin, bu məqsədlə mətbuat və informasiya vasitələrindən geniş istifadə edilsin;

* Televiziyada bu mövzuda söhbətlər aparılsın, reklam çarxları nümayiş etdirilsin;

* Metodik və əyani vasitələr hazırlansın;

* Uşaq bağçaları və məktəblərin qabaqcıl iş təcrübəsi öyrənilsin, ümumiləşdirilsin və yayılsın;

* İnklüziv təhsilə qoşulan məktəb və bağçalarda işləmək üçün loqoped, psixoloq və defektoloq ştatları verilsin;

* İnklüziv uşaqların təhsil alması üçün xüsusi tipli məktəblər tikilsin;

* İnklüziv təhsilə qoşulmuş məktəb və uşaq bağçaları üçün alternativ tədris proqramı hazırlansın;

* Sosial işlə bağlı kurslar təşkil edilsin;

* İnklüziv uşaqların həyatı davamlı olaraq izlənilsin.

Tarixi inkişafın bütün mərhələlərində cəmiyyətdə mövcud olan problemlər  insanları düşündürmüş və bunun həlli yollarının axtarılması dövrün vacib məsələsi hesab edilmişdir. Belə problemlərdən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlara təhsil almaq imkanı yaratmaq, onların ailələrinə dəstək verməkdir. İnklüziv təhsilin inkişafı bir çox qabaqcıl ölkələrin, eyni zamanda  Azərbaycan təhsil siyasətinin prioritetlərindəndir, bu təhsil zamanın tələbidir. 

Leyla ƏLİYEVA,
AMİ-nin Təhsildə innovasiya kabinetinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov