Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

BSU Məktəb-Lisey Kompleksi V Beynəlxalq Layihə Olimpiadasında qızıl medala layiq görülüb

 

Məlum olduğu kimi,  bu il 8-19 aprel tarixlərində Bakıda "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası keçirildi. Yarışmaya 35 ölkənin məktəbli komandaları tərəfindən İnternet vasitəsilə 400-dən çox layihə təqdim edilmiş, onlardan 115-i yarışmaya qəbul olunmuşdu. Olimpiadaya təqdim olunan layihələr  4 əsas mövzu (ətraf mühit, mühəndislik, enerji və sosiologiya) üzərində qurulmuşdu. Həmin layihələrin 58-i Azərbaycanın müxtəlif regionlarındakı təhsil ocaqlarını, o cümlədən Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksini təmsil edən müəllim və şagirdlər tərəfindən hazırlanıb təqdim edilmişdi.

Bizim təqdim etdiyimiz layihə "Uşaqdan-Uşağa Ekoloji Şəbəkə" adlanırdı. Layihə beynəlxalq olimpiadanın məqsədlərini özündə əks etdirən  aşağıdakı məsələləri əhatə edirdi: Uşaqların artıq gənc yaşlarından dünyanın qlobal problemlərindən biri - ekologiyanın çirklənməsi probleminə inteqrasiyası, nəticədə onlarda ekoloji tərbiyə və mədəniyyətinin yaranması və inkişafı, həmin sahə üzrə maariflənməsi; sağlam ətraf mühitin təmin edilməsi sahəsində dövlətin öhdəliklərini əks etdirən Uşaq Hüquqları Konvensiyasının müddəaları (maddə 24.2) üzrə maariflənmə;  ətraf mühitin çirklənməsi nəticəsində baş verən fəlakətlər və törəyən xəstəliklər haqqında məlumatlanma, nəticədə sağlam həyat tərzi  və yaşayış bacarıqlarına yiyələnməyə istiqamətlənmə;  ölkədə və beynəlxalq müstəvidə sağlam ətraf mühitin qorunması sahəsində həyata keçirilən tədbirlər haqqında, bu sahədə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar barədə məlumatlanma; şagirdlərdə araşdırma və təhliletmə bacarığının yaranması və inkişafına kömək məqsədi ilə layihə çərçivəsində onlar tərəfindən sosioloji sorğunun aparılması və əldə olunan nəticələrin təhlili.

Layihə bu sətirlərin müəllifinin rəhbərliyi ilə kompleksin VII və X sinif şagirdləri Leyla Hacılı və Lalə Darcınova tərəfindən  Heydər Əliyev adına Əl Oyunları Sarayında  nümayiş etdirildi. Nümayiş zamanı iştirakçılara layihəni əks etdirən bukletlər paylandı. Olimpiada müddətində şagirdlərin ekologiyaya dair hazırladıqları  rəsm və əl işləri slaydlar şəklində işıqlandırıldı, hazırlanmış stend və maketlər böyük marağa səbəb oldu. Bununla yanaşı, olimpiadanı təmsil edən hər ölkə nümayəndəsi tərəfindən qurumuş ağaca yaşıl yarpaqla birgə öz dövlətinin bayrağının bərkidilməsi aksiyası təşkil olundu. Bu isə onların hər birinin simvolik olaraq ətraf mühitin yaşıllaşmasında iştirakını bir daha vurğuladı.  

Olimpiadada nümayiş etdirilən layihələr iştirakçı ölkələrin təcrübəli elm adamlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi. Sonda qaliblər müxtəlif nominasiyalar üzrə qızıl, gümüş və bürünc medallarla təltif olundu. Qaliblər sırasında Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksi də vardır. Biz çox sevinirik ki, təqdim etdiyimiz layihə ekspertlər tərəfindən yüksək səviyyədə bəyənilmiş və "ətraf mühit" nominasiyası üzrə qızıl medala layiq görülmüşdür. 

Gülnar RÜSTƏMOVA,
Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin biologiya müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov