Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

Tarix dərslərində Heydər Əliyev irsinin öyrədilməsinə geniş yer verilir

 

Aprelin 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Xətai - Suraxanı bölməsinin tarix fənni üzrə  seminarı keçirilib. Seminarda Xətai-Suraxanı bölməsinin metodistləri və tarix müəllimləri iştirak ediblər.

Seminarda Xətai - Suraxanı bölməsinin metodistləri K.Həsənova, M.Şərifov və tarix müəllimləri çıxışlarında qeyd ediblər ki, Heydər Əliyev irsinin öyrənilməsi müəllimlərin ən önəmli vəzifələrindən biridir. Hər bir müəllim müasir Azərbaycan dövlətinin banisi  Heydər Əliyevin siyasi irsini öyrənməli və onu dərslərində  tətbiq etməlidir.

Çıxış edənlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar məktəblərdə milli  vətənpərvərlik tədbirlərinin keçirilməsi və ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafında göstərdiyi misilsiz xidmətlərindən danışıblar.

Sonra Bakıdakı 171 nömrəli orta məktəbin  tarix müəllimi Həcər Əlişova çıxış edərək qeyd edib ki, dövlətin yaranmasında, təşəkkülündə şəxsiyyət  doğrudan da çox böyük rol oynayır. Bu,  öz müstəqil dövlətini yaradan ölkələr üçün daha çox xarakterikdir.

Bildirildi ki, ikinci dəfə xalqın iradəsi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin təminatçısı və dövlətinin qurucusu kimi gördüyü tarixi işlərdən biri də vahid Azərbaycançılıq ideologiyasını yaratmağıdır. Heydər Əliyevin əsas məqsədi dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında birləşdirmək və qüvvəsini dövlətçiliyimizin inkişafına sərf etməkdən ibarət idi.

Bakıdakı 257 nömrəli məktəbin müəllimi  Bəxtiyar İsrafilov, 55 nömrəli məktəbin müəllimi Zümrüd Həzrətquliyeva, 95 nömrəli məktəbin müəllimi Nigar Əliyeva və 265 nömrəli məktəbin müəllimi Elçin Mirzəbəyovun da mövzu ilə bağlı maraqlı çıxışları dinlənilib.            

Şakir CƏFƏROV 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov