Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

Müəllimlər pedaqoji ustalıqlarını "açıq dərs"lərdə nümayiş etdirdilər

 

Bakının Sulutəpə qəsəbəsindəki E.Sultanov adına 217 nömrəli tam orta məktəbdə dərslərini fəal təlimin tələbləri əsasında quran, interaktiv təlim üsullarından səmərəli istifadə edən müəllimlər çoxdur. Onlardan üçü bu sahədəki təcrübəsini aprelin 15-də müxtəlif siniflərdə apardıqları "açıq dərs"lərdə nümayiş etdirdi. "Açıq dərs"lərdə məktəbin müəllimləri ilə yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzindən, Binəqədi rayonundakı bir sıra məktəblərdən nümayəndələr də iştirak edirdilər.

Tədbirin proqramına uyğun olaraq qonaqlar əvvəlcə məktəblə, burada tədris üçün yaradılmış şəraitə tanış oldular. Direktor Bənövşə Cəfərova rəhbərlik etdiyi tədris ocağı, kurikulumların tətbiqi, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı son illər məktəbdə görülmüş işlər haqqında onlara ətraflı məlumat verdi. Sonra Azərbaycan dili və ədəbiyyat müəllimi Həqiqət Əliyevanın VIII "e" sinfində, ibtidai sinif müəllimləri Lütfiyyə Hüseynovanın, III "ç" sinfində Azərbaycan dilindən, Ülviyyə Dünyamalıyevanın II "ç" sinfində riyaziyyatdan apardıqları "açıq dərs"lər dinlənildi.

VIII "e" sinfində ədəbiyyatdan aparılan dərsin mövzusu "Mirzə Səfər" hekayəsinin təhlili idi. Təcrübəli müəllim Həqiqət Əliyeva qruplarla iş formasından, işgüzar səs-küy, söz assosiasiyaları, əqli hücum, rollu oyunlar, diskussiya kimi fəal təlim üsullarından, İKT-dən bacarıqla istifadə etdiyi dərsdə öncə təşkilati hissəyə qısa vaxt ayırdı. Hər birində 6 şagird olan 4 qrupun liderləri davamiyyət haqqında məlumat verib təmsil olunduqları "Zirvə", "Kəpəz", "Şəfəq", "Zəfər" qruplarını qısa şeir parçaları ilə təqdim etdilər. Sonra dərsin motivasiyanın yaradılması - dərketmə mərhələsi üzrə iş aparıldı. Müəllim bir neçə şagirdə əsərin planını oxutdurdu. Əsərin məzmunu ilə bağlı tərtib olunmuş suallar proyektor vasitəsi ilə lövhədə əks etdirildi. Qrupların hər biri özlərinə ünvanlanmış 3 suala cavab verdi. Şagirdlərin cavabları yoldaşları tərəfindən edilən əlavələrlə daha da dolğunlaşdırıldı və dəqiqləşdirildi, beləliklə, əsərin məzmunu tam əhatə olundu.

Sonra müəllim şagirdlərin qarşısına belə bir problem sualı qoydu: "Hekayədə təsvir olunan hadisə, sizcə, hansı dövrdə baş vermişdir? Həmin dövr haqqında nə bilirsiniz?".

Sualları cavablandıran şagirdlər hekayədə təsvir olunan hadisənin baş verdiyi dövr haqqında öz fikir və mülahizələrini bildirdilər, hekayənin müəllifi Ə.Haqverdiyev, onun əsərləri haqqında danışdılar. Müəllim isə öz şərhində şagirdlərin fikirlərini inkişaf etdirərək hekayənin yazıldığı dövr və şərait haqqında daha geniş məlumat verdi.

Hekayənin ayrı-ayrı məqamları üzərində də iş getdi. Şagirdlər müəllimin "Mirzəyə hər yerdə ehtiram göstərilirdi" cümləsi haqqında düşünmüşsünüzmü" sualına da düzgün cavab verərək Mirzə Səfərə göstərilən ehtiramın səbəbini onun düz işləməsi, rüşvət almaması ilə əlaqələndirdilər.

Sonra "Papaq" bədii filmindən fraqmentlər nümayiş olundu, şagirdlər Həsən ağa ilə Mirzə Səfərin dialoqunu səhnələşdirdilər. Daha sonra müəllim şagirdlərlə Mirzə Səfərlə Həsən ağanın xarakterik xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verən "Kim tez tapar" oyunu keçirdi. Şagirdlər verilmiş iki sxem üzrə hər iki surətə xas xüsusiyyətləri qeyd etdilər.

Dərsin yaradıcı tətbiqetmə mərhələsində müəllim şagirdləri krossvord üzərində işlətdi və yekunda onların fəaliyyətlərini lövhədən asılmış xüsusi qiymətləndirmə cədvəli üzrə qiymətləndirdi.

İbtidai sinif müəllimi Lütfiyyə Hüseynovanın III "ç" sinfində Azərbaycan dilindən "açıq dərs"i də həmkarlarının və qonaqların böyük marağına səbəb oldu. "Kərpickəsən qocanın hekayəti" mövzusunda dərs görkəmli sənətkarımız Bülbülün ifasında Üzeyir Hacıbəylinin məşhur "Sevgili canan" romansının dinlənilməsi ilə başlandı.

Müəllimin mahnının müəlliflərinin kimliyi, onların hansı əsərlərini tanıdıqları barədə verdiyi sualları cavablandıran şagirdlər Üzeyir Hacıbəyli, Nizami Gəncəvi haqqında kifayət qədər məlumatlı olduqlarını nümayiş etdirdilər.

N.Gəncəvinin poemaları haqqında növbə ilə məlumat verən qruplar həmin poemaların adları ilə adlandırıldı.

"Kərpickəsən qoca və cavan" hekayəsindən bir səhnəni əks etdirən şəkil lövhədən asılaraq hekayə üzərində iş aparıldı. Müəllim özü hekayəni ifadəli oxuduqdan sonra onu hissə-hissə şagirdlərə də oxutdu. Oxunmuş hər hissənin təhlili aparıldı. Müəllim dərsin fənlərarası inteqrasiya imkanlarından da faydalanaraq "kərpickəsən" sözünü quruluşuna görə şagirdlərə təhlil etdirdi.

Daha sonra müəllim hekayənin mahiyyətini açmağa kömək edən suallarla qruplara müraciət etdi  və alınan cavabları  ümumiləşdirərək həmin əsərində Nizaminin insanları öz halal zəhməti ilə dolanmağa çağırdığını bildirdi. Bu məsələnin indi də aktual olduğunu deyən müəllim, hazırda ölkəmizdə korrupsiyaya, rüşvətxorluğa qarşı geniş mübarizə aparıldığını bildirməklə əsəri müasir həyatımızla bacarıqla əlaqələndirdi.

Dərsin növbəti mərhələsində şagirdlərə iş vərəqləri paylanaraq onlara mövzu ilə bağlı atalar sözləri yazmaq təklif olundu. 5-10 dəqiqə ərzində şagirdlər müstəqil işləyərək tapşırığı yerinə yetirdilər və onun təqdimatını etdilər. Sonra 3 şagird hekayəni səhnələşdirdi.

İbtidai sinif müəllimi Ülviyyə Dünyamalıyevanın II "ç" sinfində riyaziyyatdan "Təqvim" mövzusunda "açıq dərs"i də çox maraqlı keçdi. Müəllim "Təqvim", "Saat", "Həftə", "İl" adlandırılan qrupları təqvimə, adlarını daşıdıqları zaman vahidlərinə dair çox maraqlı hazırlanmış iş vərəqləri üzərində müstəqil işlətdi. Hər qrup öz təqdimatlarında təqvim və zaman vahidləri haqqında dolğun məlumat verdilər. Dərslik üzərində iş aparıldı. Qruplara təqvimlər paylanaraq onlar əsasında şagirdlər həftənin günləri, ilin ayları, hansı ayların neçə gün olması və s. kimi çoxsaylı sualları cavablandırdılar, məsələ və misallar həll etdilər.

Dərslər başa çatdıqdan sonra onların müzakirəsi aparıldı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin direktor müavini Sitarə Məmmədova, mərkəzin Nəsimi-Binəqədi bölməsinin müdiri Həvva Əsgərova, 83 nömrəli məktəb-liseyin direktoru Yaqut Sadıqova, 297 nömrəli məktəbin ədəbiyyat müəllimi Şəhla İmanova və başqaları çıxış edərək dinlədikləri dərsləri, müəllimlərin və şagirdlərin hazırlığını yüksək qiymətləndirdilər, müəllimlərin dərslərdə interaktiv təlim metodları və üsullarından geniş və düzgün istifadə etdiklərini, fənlərarası inteqrasiyaya diqqət yetirdiklərini, çox zəngin resurslar hazırladıqlarını qeyd etdilər, bəzi tövsiyələr verdilər. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov