Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

Ulu öndərə həsr olunmuş "açıq dərs"

 

Bakıdakı 35 nömrəli tam orta məktəbin V "b" sinfində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "açıq dərs" keçirildi.  

Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində ulu öndərin həyat və fəaliyyətinin bəzi məqamlarını əks etdirən fotolardan ibarət sərgi ilə tanış oldular. Təhsil ocağının direktoru Rəna Naibova  iştirakçıları müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə məktəbdə görülən işlərlə tanış etdi.

V "b" sinfində təşkil olunan "açıq dərs"də əvvəlcə şagirdlərin ifasında Dövlət himni səsləndi və ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ulu öndərə həsr olunmuş  film nümayiş olundu.

Məktəbin tarix müəllimi Zinaida Musayeva   tarixi mənbələrə əsaslanaraq Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışdı. Sonra  bilik yarışması başladı.  Yarışma üçün seçilmiş suallar ulu öndərin həyatı, fəaliyyəti və əsasən Azərbaycanın 30 ildən çox tarixi haqqında idi.  Sinif üç qrupa bölünmüşdü. Şagirdlər ilk mərhələdə verilmiş müxtəlif sualları cavablandırdılar.

Şagirdlərin yarışmada fəallığı və maraqlı fikirlər söyləməsi onların ulu öndərə olan sevgisindən irəli gəlirdi. Hər qrupa münsiflər heyəti tərəfindən verilən qiymət yazı lövhəsində qeyd olunurdu.

Növbəti mərhələdə müəllim əsas mövzunu üç hissəyə bölərək hər qrupa bir mövzu verdi.  Birinci  qrupun şagirdlərinə Heydər Əliyevin həyatı haqqında məlumat toplamaq tapşırıldı. Şagirdlərdən İsmixan və Xavər mövzunu daha ətraflı izah edərək yüksək hazırlıq nümayiş etdirdilər. İkinci qrupun şagirdləri ümummilli liderin Azərbaycan  KP MK-nın  birinci katibi işlədiyi illərdə ölkədə gedən quruculuq işlərindən, xalqımızın maddi rifahının yüksəlməsində göstərdiyi əvəzsiz xidmətlərindən danışdılar. Şagirdlər  Heydər Əliyevin böyük  lider və tarixi şəxsiyyət   kimi qəbul olunmasında onun hələ sovet dövründə gördüyü işlərin müstəsna rol oynadığını vurğuladılar.  Üçüncü qrupun şagirdləri isə bu ölməz siyasətçinin müstəqil Azərbaycanın qurucusu  kimi fəaliyyətindən söz açdılar. Qeyd edildi ki, 1990-cı ilin 20  Yanvarında xalqına qarşı törədilən qanlı faciəyə öz etiraz səsini  bir vətəndaş kimi bütün dünyaya çatdıran  Heydər Əliyev sonralar ölkənin müstəqilliyini təmin edən ümummilli liderə çevrilmişdi.

III mərhələ isə intellektual mərhələ idi. Burada ulu öndərin müəyyən bir qərarının tarixini və ya hər hansı bir tarixin konkret  hadisəylə bağlı olduğunu göstərmək üçün hər üç qrupa tapşırıq verildi. Yenə də şagirdlər öz yüksək hazırlıqlarını nümayiş etdirdilər.

Qonaqlar dərsin  gedişindən razı qaldıqlarını, şagirdlərin bilik səviyyəsinin yüksək olduğunu bildirdilər.  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov