Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

"Ədəbiyyat tədrisi: ənənə və müasirlik"

 

Bəşəriyyətin inkişafında və tarixi maddi və mənəvi dəyərlərin qorunub saxlanılmasında və çağdaş dövrdə qaynaq kimi rol oynamasında nəsillərin sınağından çıxmış, özünün əhəmiyyətini təsdiqləmiş ənənələr milli faktorlardan olduğunu təsdiqləyir. Bu gün, qloballaşmalar dövründə, Təhsil əsrində belə təlim, tədris və tərbiyə proseslərində dövlət və hökumətin qayğısı, dünya qurumlarının dəstəyi ilə reallaşdırılan islahatlar məhz maarif, təhsil sahəsində ənənələrə və müasir texnologiyalara əsaslanır. Odur ki, ümumiyyətlə tədrisdə ənənələrin və müasir metodların mahiyyət və məzmununun, müasir dünya təcrübəsi fonunda şərhi və təhlili aktuallıq kəsb edir. Bu istiqamətdə elmi-pedaqoji və metodik araşdırmaların aparılması və bunların praktik faktlar əsasında dərs vəsaiti kimi ümumiləşdirilməsi faydalıdır.

Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Yusif Aslanovun "Ədəbiyyat tədrisi: ənənə və müasirlik" dərs vəsaiti (elmi redaktoru ADPU-nun dosenti S.Hüseynoğlu, rəyçilər pedaqoji elmlər doktorları, professorlar Ş.Mikayılov və R.Hüseynzadə, dosentlər A.Məmmədov və F.Yusifovdur) məhz bu ehtiyacı ödəmək baxımından hazırlanmışdır.

ADPU-nun dosenti B.Muradov "Ön söz"də müstəqil ölkə üçün yaradıcı, təşəbbüskar vətəndaşların tərbiyə edilməsi vəzifəsinin təsiri ilə təhsildə köklü dəyişikliklər aparıldığını, əsas fənlərdən biri kimi ədəbiyyat tədrisi metodikası elminin yeni axtarışlara yönəldildiyini qeyd etmişdir. Ön sözün müəllifi fənlərin məzmunu və öyrədilməsi ilə bağlı tədqiqatlarda ənənəvi təlimin faydalı nəticələrinin diqqətdən kənarda qalmadığını xüsusi vurğulamışdır. Bu da qələmə alınıb ki, ənənələr nəzərə alınmaqla yanaşı, bu istiqamətdə yeni texnologiyalar da işlənib hazırlanmalıdır.

Dərs vəsaiti iki fəsildən ibarətdir. Müəllif çoxsaylı ədəbiyyat müəllimlərinin ehtiyacını nəzərə olaraq birinci fəsli "Ədəbiyyat dərslərinin təşkilinin elmi-metodik əsasları" adlandırmış, birinci yarımfəsildə  ədəbi təhsildə, ədəbi-bədii inkişafda mühüm vasitə olan ədəbiyyat dərsləri tədqiq olunmuşdur. Y.Aslanov ədəbiyyat tədrisi tarixinə retroloji nəzər salmış, ədəbiyyat öyrədilməsinin ilk müəlliminin xalq olduğunu təsdiq etməklə, ədəbiyyatın bədii mədəniyyətdə rolunu təhlilə çalışmış, ədəbiyyat tədrisinin inkişaf mərhələlərinə aydınlıq gətirmişdir. Y.Aslanov didaktika sahəsində ədəbiyyata istinad etməklə ədəbiyyat dərslərinin inkişafını təsvir, dərslərin əsas xüsusiyyətlərini ümumiləşdirərək təhlil etmişdir.

Birinci fəslin ikinci yarımfəslində dərsə verilən müasir tələbləri və dərsə yeni yanaşmanın başlıca istiqamətləri əsas tədqiqat predmeti kimi alınmışdır. Son 10 il ərzində professor Ş.Mikayılovun, dosentlər S.Hüseynoğlu, B.Həsənli və F.Yusifovun əsərlərində ədəbiyyat dərslərində təlim texnologiyaları, fəal/aktiv təlimin nəzəri və praktik məsələləri şərh olunmuşdur.

Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Y.Aslanov mövcud qaynaqlara əsaslanmaqla ədəbiyyat müəlliminə verilən mənəvi-psixoloji tərəfləri təsvir etmiş, elmi fikirlər əsasında ədəbiyyat dərslərində elmilik, ideyalılıq, dərsin intensivləşdirilməsi, emosionallıq, dərsdə texniki vasitələrdən istifadə, fənlərarası və fəndaxili əlaqələri mühüm tələblər kimi vacib saymışdır. Dərs vəsaitində pedaqoji ədəbiyyatdakı ümumiləşdirmələrə istinadən dərsə verilən: hər bir dərs məntiqi və psixoloji cəhətdən tam olmalıdır; şagirdlər fəal olmalıdırlar; dərslərdə müxtəlif üsul və vasitələrdən istifadə edilməlidir; dərsdə kollektiv və fərdi iş uzlaşdırılmalıdır kimi ənənəvi tələblərlə yanaşı, dərsdə yüksək təhsil və tərbiyə səmərəsi əldə edilməlidir kimi müasir tələblər qeyd olunmuşdur. Bu baxımdan kitabda verilən ayrı-ayrı dərs nümunələri uğurla seçilmişdir.

Birinci fəslin üçüncü yarımfəslində ədəbiyyat dərslərinin tipləri və formaları elmi-pedaqoji və metodik ədəbiyyat əsasında təhlil və təqdim olunmuşdur.

Sonrakı yarımfəsildə ədəbiyyat dərslərində yeni təlim texnologiyaları geniş araşdırmalara istinad olunmaqla şərh edilmişdir.

Ədəbiyyat tədrisinin mühüm tərkib hissələrindən biri ədəbiyyatımızı yaradan sənətkarların xalqın mədəniyyəti və tarixi ilə sıx bağlı olan tərcümeyi-hal materiallarının öyrədilməsidir. Azərbaycanda tərcümeyi-hal materiallarının tədrisi elmi-metodik baxımdan Ə.Qarabağlı, C.Əhmədov, A.Babayev, A.Hacıyev, F.Yusifov, S.Hüseynoğlu və b. tərəfindən araşdırılmışdır. Yusif Aslanovun dərs vəsaitinin ayrıca bir fəsli - 75 səhifəlik hissəsi tərcümeyi-hal materiallarının öyrədilməsi yollarına həsr olunmuşdur. Özünə qədərki mənbələri diqqətlə öyrənmiş müəllif birinci yarımfəsildə tərcümeyi-hal tədrisinin elmi-metodik əsaslarını işləmiş, bu tədris materiallarının təlim-tərbiyəvi əhəmiyyətini bir daha qiymətləndirməyə çalışmışdır.

Mövcud ədəbiyyat proqramının tələblərini nəzərə alan vəsait müəllifi V-VII siniflərdə öyrədilən bioqrafik materiallarının məzmunu ilə X-XI siniflərdə tərcümeyi-hal materiallarının məzmunu arasında fərqi nəzərə alaraq hər bir mərhələ üçün faydalı və səmərəli öyrətmə priyom və vasitələrini dərs nümunələrində qələmə almışdır.

10 çap vərəqi həcmində olan kitabın (Bakı: ADPU-nun nəşriyyatı, 2011) sonunda nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı verilmişdir.

Ədəbi irsin öyrədilməsində ədəbiyyat dərslərinin rolu tarixi prosesin inkişaf mərhələlərinə uyğun olaraq araşdırıldığı, dərsə verilən müasir tələblərin, təhsil sisteminə yeni yanaşma istiqamətlərinin son tədqiqatlar əsasında dəqiqləşdirildiyi dərs vəsaiti filoloq tələbələr, magistrant və ədəbiyyat müəllimləri, tədqiqatçılar üçün faydalı olacaqdır. 

Ş.MƏMMƏDOV,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru,

E.ƏBDÜLOV,
ADPU-nun dissertantı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov