Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

Qaliblər şəhər birinciliyinə vəsiqə qazandılar

 

İyulun 6-dan 11-dək Bolqarıstan Müəllimlərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə müəllimlərin VII beynəlxalq idman yarışları keçiriləcəkdir. Ənənəyə çevrilən bu yarışlarda Avropa ölkələri ilə yanaşı, respublikamızın da müəllimləri iştirak edəcəkdir.

Qeyd olunanlar nəzərə alınaraq, müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinə yiyələnmələri məqsədilə Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri arasında voleybol, mini-futbol, şahmat və stolüstü tennis üzrə yarışların keçirilməsi qərara alınıb.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi bu yarışları ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və onun xatirəsinə ehtiram əlaməti olaraq respublika orta təhsil məktəblərinin müəllimləri arasında keçirilməsini məqsədəuyğun hesab edir.

Bu məqsədlə ATİAHİRK-nın Yasamal rayon komitəsi və Yasamal Rayon İcra Hakimiyyəti 53 nömrəli məktəbin nəzdində rayonun orta təhsil məktəblərinin müəllimləri arasında şahmat idman növü üzrə yarış keçirdi. Yarış iştirakçıları bir dəqiqəlik sükutla ulu öndərin xatirəsini yad etdilər.

Yarışın açılışında iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rafiq Həmidlv, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Səbail,Yasamal, Qaradağ rayonları üzrə metodisti, həm də yarışın baş hakimi Müzəffər Həsənov, ATİAHİRK-nın Yasamal rayon komitəsinin sədri Elçin Həmidov iştirakçılara uğurlar arzuladılar.

Orta məktəblərdə işləyən 14 nəfər müəllim bu yarışlarda iştirak etdi. Maraqlı və gərgin keçən bütün görüşlərdə 21 nömrəli orta məktəbin gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri Niyazi Səlimov 1-ci, 18 nömrəli orta məktəbin tarix müəllimi isə 2-ci yerləri tutdular. Onların hər ikisi şəhər birinciliyinə vəsiqə qazandılar. Həm qaliblər, həm də iştirakçılar mükafatlandırıldılar. 

Məmməd MUXTAROĞLU

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov