Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

Akademik Zərifə Əliyeva adına məktəbin qızıl və gümüş medalçıları

 

Bu medallar V Beynəlxalq Layihə Olimpiadasında qazanılıb  

Xəbər verdiyimiz kimi, aprelin 8-9-da Bakı şəhərində ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V  Beynəlxalq Layihə Olimpiadası keçirilib.  Olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin və "İNEPO- AVRASİYA" Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə aparılıb.  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan builki olimpiadada 35 ölkədən 300-dək iştirakçı biliklərini nümayiş etdirib. Olimpiadanın əsas məqsədi ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, onlarda ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, təbii, mədəni və tarixi dəyərlərin qorunması ruhunu yaratmaq olub.  Dörd kateqoriya - enerji, ətraf mühit, mühəndislik və sosial elmlər üzrə keçirilən beynəlxalq layihə olimpiadasında Azərbaycan məktəbliləri 5 qızıl, 8 gümüş və 14 bürünc medal qazanıblar. Bu yüksək mükafatçılar arasında Bakıdakı akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri də vardır. Bu günlərdə həmin məktəbdə olduq. Qalib şagirdlərlə, onlara rəhbərlik etmiş müəllimləri ilə görüşdük. Uğurları necə qazandıqları ilə maraqlandıq. Təqdim etdikləri layihələri ilə tanış olduq...

Yüksək mükafat qazandıran layihə 

Həmin gün bizi qızıl medal qazanmış komandanın üzvləri ilə məktəbin direktoru Məhəbbət Vəliyeva tanış etdi. İnformatika müəllimi, layihənin rəhbəri, İKT profili üzrə direktor müavini Aygün Əzizova, XI sinif şagirdi Səbinə İsayeva və X sinif şagirdi Gülnar Rəhimzadə ilə birlikdə müəllimlər otağına getdik. Elə burada məktəbin gümüş medal qazanmış komanda üzvləri - fizika müəllimi, fizika-riyaziyyat elmləri namizədi, layihənin rəhbəri Kamran Rəhimov, XI sinif şagirdləri İlkin Hüseynzadə və Lalə Əhmədova ilə də tanış olduq.

Əvvəlcə  "İNEPO-AVRASİYA" Layihə Olimpiadasının qızıl medalını qazanmış komandanın rəhbəri Aygün Əzizovanı dinlədik. O bildirdi ki, beynəlxalq layihə olimpiadasına təqdim etdiyimiz mövzu "İqlim dəyişikliyini proqnozlaşdıran modellərin qurulması" adlanır. Bu layihənin əsas məqsədi iqlim dəyişikliyini proqnozlaşdırmaq imkanı verən modellərin yaradılmasıdır. Dünyada istifadə olunan enerjinin artımını, müxtəlif qəzaları, kütləvi yanğınları və artan tələbləri nəzərə alsaq yaxın gələcəkdə havaya buraxılan qazların daha sürətlə artacağını görmək çətin deyil. Bu isə qlobal istiləşmə prosesini sürətləndirəcək. Ümumiyyətlə, qazların qlobal istiləşməyə təsirinin öyrənilməsi və müvafiq tədbirlər görülməsi günümüz üçün xüsusilə aktualdır, çünki gələcək 20 ildə atmosferə buraxılan qazların miqdarı son 200 ildə buraxılandan çox ola bilər, bu isə qlobal istiləşməni sürətləndirə bilər. Yaponiyada zəlzələ və Fukusimo Atom Elektrik Stansiyasında qəza dünyada da atom enerjisinə məhdudiyyətlərə gətirib çıxaracaq, bu isə, öz növbəsində, neft-qaz enerjisinə olan tələbatı artıracaq. Yəni qlobal istiləşmə daha da artacaq. Məqsədəuyğun olaraq qlobal istiləşməyə təsir edən faktorları öyrənmək üçün 6 model hazırlanmışdır. Təsadüfi deyildir ki, ilk dəfə olaraq 3 qazın (CO2, CH4 və N2O) birgə qlobal istiləşməyə təsiri modeli qurulmuşdur. Layihəni gələcəkdə də davam etdirərək, qlobal istiləşməyə digər qazların və aerozolların təsirinin öyrənilməsi nəzərdə tutulur, çünki bizim məktəbimizin digər şagirdləri də bunun ardıcıl araşdırılmasında çox maraqlıdırlar. Bax elə bu baxımdan beynəlxalq layihə olimpiadasına  təqdim etdiyimiz layihənin orijinallığı böyükdür. İlk dəfə olaraq məktəblilər tərəfindən belə qlobal istiləşməni proqnozlaşdıran modellər tərtib olunmuşdur. Həmin modellər məktəblərdə və ya universitetlərdə ekologiya dərsləri zamanı qlobal istiləşməni proqnozlaşdırmaq üçün istifadə oluna bilər. Qısaca bəhs etdiyim bu layihənin beynəlxalq əhəmiyyəti böyük olduğuna görə də bizim komanda birinci yeri tutdu və ən yüksək mükafata - qızıl medala layiq görüldü. 

"Bizə qızıl medalı təhsil naziri təqdim etdi" 

Səbinə İsayevanın dediklərindən:

- Əvvəlcə Aygün müəllimimin dediklərinə onu da əlavə edim ki, bu layihəni işləyərkən bizə kimya elmləri namizədi Rüfət Əzizov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yaxından köməklik göstəriblər. Eyni zamanda ABŞ-ın Kolorado ştatındakı National Oceanic and Atmospheric Administration Universitetində işləyən həmyerlimiz Rəvan Əhmədovla da əməkdaşlıq edib ondan aldığımız statistik məlumatları, modellər üçün əmsalları ora əlavə etdik. Həmin məlumatlar üzrə biz modellər yaradıb  qrafik qurduq. Bizim bu modellər müasir elmin nəticələrini məktəbə gətirməyə yardım edir. Modellərimizin sadə olmasına baxmayaraq, həm də çox dəqiqdir. Onu da deyim ki, bu qrafikləri məktəbimizin kompüter mərkəzində DELPHİ proqramlaşdırma dilində qurmuşuq. O ki qaldı bizim layihənin qızıl medala layiq görülməsinə, o günü heç vaxt unuda bilmərəm. Aprelin 8-də olimpiadanın açılışı oldu. Başqa iştirakçılar kimi Gülnarla birlikdə layihəmizi nümayiş etdirdik. Münsiflər heyəti layihəmizi diqqətlə nəzərdən keçirdi. Bizə layihəmiz barədə verilən sualları ətraflı cavablandırdıq. Aprelin 9-da isə Bakı Əl Oyunları İdman Sarayında beynəlxalq olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi oldu. Komandamızın birinci yer tutduğu və qızıl medala layiq görüldüyü elan olunanda bizimlə birlikdə mərasimdə iştirak edən direktorumuz, müavinlər və sinif yoldaşlarımız bizi sevinc dolu alqışlara, gül-çiçəyə qərq etdilər. Çox keçmədi ki, təhsil naziri Misir Mərdanov həm mənə, həm də Gülnara qızıl medalları təqdim edərək bizi və layihə rəhbərimiz Aygün müəllimi qazandığımız bu yüksək mükafata görə təbrik etdi. Onu da deyim ki, elə səhəri gün məktəbimizdə də bu münasibətlə təntənəli yığıncaq keçirildi. Bizi məktəbimizin müəllim və şagird kollektivi səmimi-qəlbdən təbrik etdi, gələcək işlərimizdə uğurlar dilədi. 

"Gümüş medal qazanmağımız bizi yeni layihələr üzərində işləməyə ruhlandırır" 

Biz həmin gün "İNEPO-AVRASİYA" Layihə Olimpiadasının gümüş medalına layiq görülmüş komandanın rəhbəri, fizika müəllimi Kamran Rəhimovla da qazandıqları uğurlar barədə söhbət etdik. O dedi:

- Bizim olimpiadaya təqdim etdiyimiz  layihə "Radioaktiv şüa zədələnmələrində zəfəran ekstraktının qoruyucu müalicəvi təsirinin öyrənilməsi" adlanır. Layihəni Azərbaycan MEA-nın Radiasiya Problemləri İnstitutu ilə birgə həyata keçirmişik. Bu layihənin işlənməsinə hələ ötən ilin noyabrından başlamışıq. Bildiyimiz kimi, radiasiyanın ətraf mühitə təsiri son dövrlərin aktual problemlərindən biridir. Bu səbəbdən də belə qərara gəldik ki, tədqiqat sahəsi kimi bu mövzunu seçək. Onu da qeyd edim ki, mən bir müddət Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda çalışmışam. Mövzunun aktual olduğu mənə yaxşı aydın idi. Elə buna görə də belə bir mövzunu seçmək qərarına gəldik. Danılmaz faktdır ki, radiasiya insan sağlamlığına öldürücü təsir etməklə böyük təhlükə törədir. Buna görə də orqanizmlərin xarici mühitin (o cümlədən radiasiyanın) zərərli təsirinə qarşı davamlılığının artırılması üçün sintetik və təbii mənşəli preparatların axtarılıb tapılması ətraf mühiti və onun komponentlərinin mühafizəsi üçün mühüm praktiki əhəmiyyət kəsb edir. Siçovullar üzərində apardığımız təcrübələrin nəticələri isə göstərdi ki, yoxlanılmış zəfəran ekstraktı heyvanlarda effektiv şüalanma dozasını azaldaraq modifikasiyaedici təsir göstərir. Beləliklə, aparılmış təcrübə Zəfəran (Crocus sativus) ekstraktının şüalanmadan əvvəl qoruyucu və şüalanmadan sonra effektiv müalicəvi təsir göstərməsini sübut edir. Əlbəttə, beynəlxalq layihə olimpiadasında ikinci yer tutaraq gümüş medala layiq görülməyimiz bizi yeni belə mühüm layihələr üzərində işləməyə ruhlandırır. Sonda bilirəm soruşacaqsınız kı, təcrübə aparmaq məqsədilə nə üçün məhz zəfəran bitkisini seçmisiniz. İstəyirəm ki, bu barədə gümüş medallı şagirdlərimdən biri olan İlkin məlumat versin. 

İlkin Hüseynzadənin dediklərindən:

- Zəfəran Azərbaycan üçün xarakterik olan bitkidir. Qədim zamanlardan zəfərandan xalq təbabətində geniş istifadə olunub. Onun dişiciklərində olan maddələr xərçəng xəstəliyinə birbaşa təsir edir. Radioaktiv şüalanma bir çox hallarda xərçəng xəstəliyi əmələ gətirdiyindən fikirləşdik ki, zəfəran radioaktiv zədələnmələrin təsirini zəiflədə bilər. Elmlər Akademiyasının laboratoriyasında, Bakının Bilgəh kəndindəki təsərrüfatlardan topladığımız zəfəran tükcüklərindən ekstrakt hazırladıq. Bunu təcrübə üçün siçovulların qarın boşluğuna müəyyən dozada yeritdik. 30 gün ərzində apardığımız müşahidələr öz müsbət nəticəsini verdi. Təcrübənin nəticələrini İnternet vasitəsilə-www.inepo-euroasia.com saytına göndərdik. Cavab aldıq ki, layihəmiz qəbul olunub. Nəhayət, aprelin 9-da layihəmizin ikinci yerə layiq görüldüyü elan olundu və sinif yoldaşım Lalə ilə mən isə dümüş medalla təltif olunduq. Bu mükafat bizi sevimli müəllimimiz Kamran Rəhimovla yeni-yeni layihələr üzərində işləməyə ruhlandırır...

Biz də sonda akademik Zərifə Əliyeva adına məktəbin beynəlxalq layihə olimpiadasında bir qızıl və bir gümüş medal qazanmış komanda üzvlərinə uğurlar diləyib onlardan ayrıldıq. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov