Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - �16 

 

BSU-da "Humanitar elmlərin aktual problemləri" mövzusunda magistrantların I Beynəlxalq elmi konfransı

 

Aprelin 26-da Bakı Slavyan Universiteti Azərbaycanda ilk dəfə olaraq respublikanın elmi-mədəni həyatına töhfə verə biləcək möhtəşəm layihəyə imza atdı. BSU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Humanitar elmlərin aktual problemləri" mövzusunda magistrantların I Beynəlxalq elmi konfransı keçirildi.

Konfransda Türkiyə, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Çin, Cənubi Koreya kimi xarici ölkələrdən, Azərbaycan Respublikasından isə müxtəlif universitetlərdən (Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,  Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sumqayıt, Naxçıvan, Lənkəran, Gəncə Dövlət  universitetləri, Azərbaycan Diplomatiya Akademiyası, Bakı Avrasiya Akademiyası və s.) magistrantlar 112 elmi məruzə ilə çıxış etdilər. Bakı Slavyan Universitetinin  magistrantlarının payına isə 182 elmi məruzə düşdü. Konfrans öz işini "Dilçilik", "Ədəbiyyatşünaslıq", "Pedaqogika, psixologiya və metodika" və "İctimai elmlər" bölmələrində davam etdirdi.

Konfransın açılış mərasimindən əvvəl iştirakçılar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər.

Sonra konfransın plenar iclasını giriş sözü ilə BSU-nun tədris işləri üzrə prorektoru, professor Asif Hacıyev açaraq qonaqları salamladı və tədbir haqqında auditoriyaya məlumat verdi, konfransın mədəniyyətlərin və elmin inteqrasiyası yolunda əhəmiyyətli addım olduğunu bildirdi. Qeyd etdi ki, universitetimizdə yalnız auditoriyadankənar ictimai tədbirlərdə deyil, müxtəlif dərslərdə də Heydər Əliyevin dövlətimiz, vətənimiz, ölkəmiz qarşısında müstəsna xidmətləri və o cümlədən, BSU-nun yaradıcısı kimi, universitetimizə yeni həyat verən, müasir dövrün tələblərinə uyğunlaşdıran böyük dövlət xadimi kimi rolu haqqında mütəmadi məlumat verilir və öyrənilir. Ümummilli lider Heydər Əliyev irsini öyrənməyin, təbliğ etməyin bir amalı vardır. O da bundan ibarətdir ki, hər bir gənc, hər bir yeni yetişən nəslin nümayəndəsi öz fəaliyyətində, öz əqidəsində, öz gələcək işlərində ulu öndərin ideyalarına layiq olsun, dövlətimizə layiqli vətəndaş kimi formalaşsın. Azərbaycanın gələcəyi üçün var gücü ilə çalışsın. Bu tədbirdə olan çıxışların səviyyəsi, burada olan məruzələrin əhəmiyyəti də ulu öndərin xatirəsinə ən böyük hədiyyədir.

Sonra konfransın işi barədə BSU-nun elmi işlər üzrə prorektoru Məmməd Əliyev ətraflı məlumat verdi və konfransın işinə uğurlar arzuladı.

Konfransın plenar iclasında Gürcüstandan A.Sereteli adına Kutaisi Dövlət Universitetinin magistrantı A.K.Embralidze, Türkiyədən İstanbul Kültür Universitetinin magistrantı A.S.Hüseynova, Naxçıvan Dövlət Universitetinin magistrantı E.N.Kəlbizadə, Sumqayıt Dövlət Universitetinin magistrantı M.F.İsmayılova və Bakı Slavyan Universitetinin magistrantı P.E.Eyvazov çıxış edərək konfransın magistrantlar üçün əhəmiyyətindən danışdılar və bu möhtəşəm layihəyə dəstək verdiyinə görə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevə dərin təşəkkürlərini bildirdilər.

Konfrans çərçivəsində magistrantlar üçün universitetdə çalışan və magistr elmi-tədqiqat işlərinə uğurla rəhbərlik edən "Türk-Slavyan əlaqələri" elmi-tədqiqai laboratoriyasının müdiri, Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, filologiya elmləri doktoru R.Quliyeva "Dünya ədəbiyyatında arxetiplər", Ümumi və rus dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor İ.Həmidov isə "Xalqın ruhu - onun dili, xalqın dili - onun ruhudur" mövzusunda ustad dərslər də keçdilər. Daha sonra konfrans öz işini bölmələr üzrə davam etdirdi.

Ertəsi gün konfrans öz işini davam etdirdi. Yekun tədbiri giriş sözü ilə açan professor Kamal Abdullayev magistrantları salamladı və artıq yekunlaşdırılan beynəlxalq konfransın Azərbaycan təhsil sistemində əhəmiyyətindən danışdı, son dərəcə maraqlı və məzmunlu bir tədbirin keçirildiyini vurğuladı. Ulu öndərimizin xatirəsinə həsr olunmuş bu elmi tədbirdə fəal iştirak edən bütün magistrantlar yüksək səviyyədə elm və zəka nümayiş etdirdilər. Ümidvaram ki, elmin bir çox sahələri üzrə sizin indi atdığınız ürkək addımlar mətin addımlara çevriləcək və hər biriniz gələcəkdə öz sahənizdə gözəl mütəxəssis kimi yetişəcəksiniz.

Daha sonra  bölmə rəhbərlərinin məlumatları dinlənildi və məzmunlu elmi məruzələrlə çıxış etmiş magistrantlar diplomlarla, konfransın işində fəal iştirak etmiş magistrantlar isə təşəkkürnamələr ilə təltif olundular.

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov