Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - �16 

 

Uşaq evinin sakinləri hər zaman öz üzərilərində diqqət və qayğı hiss edirlər

 

Azərbaycanda son illər gənc nəslin sağlam böyüməsi, yüksək təlim-tərbiyə alması istiqamətində uğurlu tədbirlər həyata keçirilir, nəzərəçarpan işlər görülür. Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı  bir sıra sərəncam və dövlət proqramları, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan layihələr xoşbəxt gələcəyimizin qurucuları olacaq uşaqların sağlam böyümələrinə, yüksək təhsil almalarına imkan və şərait yaradır. Xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyətində önəmli məsələlərdən birini valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək etmək, onların cəmiyyətə gərəkli bir vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək təşkil edir. Bu istiqamətdə işlər Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində həyata keçirilir. Həmin proqrama müvafiq olaraq görülən tədbirlər nəticəsində bu tip müəssisələrin bir çoxu yenidən qurulmuş, əsaslı təmir olunmuş, yeni inventar və avadanlıqlarla təchiz edilmişdir. Belə müəssisələrdə ailə ocağından məhrum uşaqlar üçün ev şəraitinə maksimum yaxın olan bir mühit yaradılıb. Onu da qeyd edək ki, proqram çərçivəsində artıq xeyli işlər görülüb və bu ardıcıl olaraq davam etdirilməkdədir.

Bu gün ölkəmizdə fəaliyyət göstərən uşaq evləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın daim diqqət və qayğısını öz üzərilərində hiss edirlər. Məhz  bu diqqətin, qayğının və xeyirxahlığın nəticəsidir ki, Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində yerləşən 2 nömrəli uşaq evinin sakinləri də artıq neçə illərdir özlərinin xoşbəxt, qayğısız günlərini yaşayırlar. Azərbaycanın birinci xanımı dəfələrlə adıçəkilən müəssisədə olub və buradakı şəraitlə hər zaman maraqlanıb.  

2 nömrəli uşaq evinin direktoru Sevda Hacıyeva bizimlə söhbəti zamanı Mehriban xanım Əliyevanın hər gəlişinin uşaqlar üçün əsl bayrama çevrildiyini söylədi. Elə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın gələcəyimiz sayılan uşaqlara sevgisini, qayğı və diqqətini buradakı uşaqlara olan isti münasibətindən də aydın görmək olur. 

Direktor onu da sevinc hissi ilə qeyd etdi ki, uşaq evi nəyə nail olubsa, bu, ilk növbədə millət vəkili Mehriban xanım Əliyevanın bizə doğma münasibəti və yüksək qayğısı hesabınadır.  Fondun prezidenti Suraxanıya hər gəlişi zamanı mütləq bizim uşaq evinə baş çəkir. Uşaq evinin sakinləri olan uşaqlar onu doğmalarından çox istəyirlər. Mehriban xanım Əliyeva  bizim himayədarımızdır. Xeyirxah əməllər sahibi olan bizim hörmətli millət vəkilimizin uşaq evinə gəlişi, uşaqlarla səmimi ünsiyyəti müəssisəmizin tarixində ən yaddaqalan hadisəyə çevrilir. Bu il aprelin 5-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yenidən uşaq evinə gəlişi də bizim sevincli günlərimizdən biri kimi yaddaqalan oldu.

Sevda xanım məlumat üçün bildirdi ki, 2000-ci ildən fəaliyyət göstərən 2 nömrəli  uşaq evi Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində yenidən qurulub. Müəssisədə 3 yaşından 16 yaşınadək 126 nəfər  yetim və valideyn himayəsindən məhrum uşaq təlim-tərbiyə alır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun himayəsi altında olan bu uşaq müəssisəsini daim diqqət mərkəzində saxlayıb. Fondun dəstəyi ilə burada təmir və abadlıq işləri aparılıb, müəssisə  ən müasir avadanlıqlarla, kompüterlərlə təmin olunub. Uşaq evinə Fondun növbəti hədiyyəsi burada əsaslı yenidənqurma işlərinin aparılması olub. Belə ki, əsas korpusda yerləşən uşaq evi, məktəbəqədər  və məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulan "Günərzi qayğı mərkəzi", kitabxana, akt salonu, yeməkxana, psixoloq, loqoped, stomatoloq kabinetləri yüksək  səviyyədə təmir olunub, həyətdəki əyləncə və idman meydançaları təzələnib. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə kompüterlər, plazma televizorları, kondisionerlər hədiyyə edilib.

Onu da qeyd edək ki, Təhsil Nazirliyinin 10 sentyabr 2008-ci il tarixli 1046 nömrəli  əmri ilə 2 nömrəli uşaq evində  "Günərzi qayğı mərkəzi" yaradılıb. Adıçəkilən mərkəz risk qrupuna daxil olan, yeganə valideyninin günün çox hissəsini işdə keçirən aztəminatlı ailələrin məktəbəqədər və məktəbyaşlı  uşaqları üçün gün ərzində təmin edilən qayğı növüdür. Mərkəzin yaradılmasında məqsəd uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır. Mərkəzin fəaliyyətə başlaması ilə uşaq evinə ölkənin digər bölgələrindən olan uşaqların qəbulu dayandırılmışdır. Burada uşaqlara psixoloq və loqoped xidmətləri də göstərilir. Mərkəzdə hər bir uşaq üçün ayrıca fərdi qayğı planı hazırlanır və plana uyğun olaraq uşaqla iş aparılır. Əsas məqsəd isə "Günərzi qayğı mərkəzi"ndə hər bir uşağa göstərilən qayğı nəticəsində onun cəmiyyətə inteqrasiyası və sosial adaptasiyasını təmin etməkdir. Uşaqlar həmçinin maraq və bacarıqlarına əsasən  mərkəzdə yaradılmış müxtəlif dərnəklərə cəlb olunublar. Hazırda mərkəzin xidmətlərindən 80 nəfər məktəbəqədər və məktəbyaşlı uşaq istifadə edir. Həmin uşaqlar dövlət uşaq müəssisələrinə düşmək riski altında olanlardır.

Artıq altıncı dəfə bu uşaq evinə gələn Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyeva "Günərzi qayğı mərkəzi" ilə yaxından  tanış olaraq balacaların təhsilləri ilə maraqlanıb. Fondun prezidentinə "Günərzi qayğı mərkəzi" haqqında geniş məlumat verilib. Bildirilib ki, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən  uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ  qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na uyğun olaraq  Xəzər və Suraxanı rayonları pilot rayonlar kimi seçilib. Bununla bağlı respublikada ilk dəfə olaraq pilot layihə  2009-cu ilin yanvarından 2 nömrəli uşaq evində həyata keçirilir. Pilot layihənin əsas məqsədi gələcəkdə risk qrupuna aid ailələrin uşaqlarının, habelə tək valideyni olan, valideynləri əlil olan ailələrin övladlarının "Günərzi qayğı mərkəzi"nə qəbul edilməsidir. Bu uşaqlar mərkəzdə 12 saat ərzində qalır, asudə vaxtları təşkil olunur. Onlar məktəblərə aparılır və gətirilir, mərkəzdə gün ərzində qidalanır, axşamlar isə evlərinə qayıdırlar.

Mehriban xanım Əliyeva görülən işlərdən razı qaldığını bildirmiş və müəssisənin daha nəyə ehtiyacı olduğunu soruşmuşdur. Uşaq evinin direktoru qeyd etdi ki, yeni yaradılan xidmətin inkişaf etdirilməsi üçün əlavə bir korpusa da ehtiyacımızın olduğunu biləndə hörmətli millət vəkilimiz bu məsələnin də həll olunacağını söylədi. Uşaqlarla səmimi söhbəti, mehribançılığı və qayğıkeşliyi ilə onların qəlbində silinməz izlər qoyan millət vəkili  Mehriban xanım Əliyeva mərkəzlə tanışlığı zamanı bura cəlb olunan uşaqların ailələrindəki sosial vəziyyətlə də maraqlanıb.

Sevda Hacıyeva onların himayədarı olan Mehriban xanımın  uşaqların asudə vaxtlarının daha səmərəli təşkili, gəzintilərə, əlamətdar tədbirlərə, ekskursiyalara rahat gedib-gəlmələri üçün böyük bir arzunu da həyata keçirdiyini  minnətdarlıq hissi ilə qeyd etdi. Belə ki, Mehriban xanım Əliyeva budəfəki gəlişində də buranın sakinlərini sevindirdi, uşaq evinə  Fondun adından 28 yerlik avtobus hədiyyə etdi.

Hər zaman Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğı gördüklərini söyləyən uşaq evinin direktoru rəhbərlik etdiyi müəssisədə böyüyən, tərbiyə alan uşaqların xalqımıza layiq vətəndaş kimi yetişməsində var qüvvələrini əsirgəməyəcəklərini və onlara göstərilən etimadı bundan sonra da layiqincə doğruldacaqlarını  bildirdi.    

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov