Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - �16 

 

Bakının ümumtəhsil məktəblərinin IV-V siniflərində riyaziyyatdan test yoxlaması keçirildi

 

Aprelin 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin IV-V siniflərində riyaziyyat fənni üzrə test yoxlaması aparıldı.

Həmin gün bununla bağlı Yasamal rayonunda yerləşən 20 nömrəli məktəbdə brifinq keçirildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə Əliqızının bildirdiyinə görə, bu tədbir idarənin təşəbbüsü ilə artıq ikinci ildir ki, təşkil olunur.

Ötən tədris ilində Bakının ümumtəhsil məktəblərinin yalnız IV siniflərində riyaziyyat fənni üzrə monitorinq keçirilsə də, bu gün test yoxlamasına IV-V siniflər və həmin siniflərdə riyaziyyatdan dərs deyən müəllimlər cəlb olunublar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümum təhsil sektorunun müdiri Firidun Həmzəyevin KİV nümayəndələrinə verdiyi məlumatda qeyd olundu ki, bu gün monitorinqdə idarənin tabeliyində olan 308 ümumtəhsil məktəbinin IV-V siniflərində oxuyan 59 minə yaxın şagird və onların müəllimləri iştirak edir. Dördüncü siniflərdə test yoxlamasının aparılmasında əsas məqsəd onların ibtidai təhsil səviyyəsini hansı biliklə başa vurduqlarını öyrənməkdir. Şagirdlə yanaşı, bu həm də müəllimin əməyinə verilən qiymətdir.

2009 - 2010-cu tədris ilində şəhərin ümumtəhsil məktəblərinin IV siniflərində riyaziyyat fənnindən test yoxlaması keçirilmiş və nəticələri müzakirə olunmuşdu. Bu nəticələrə əsasən məktəblərə müvafiq tapşırıqlar verilmiş, göstəricisi qənaətbəxş olmayan 70-ə yaxın ibtidai sinif müəllimi ixtisasartırma kursuna göndərilmişdi. Cari tədris ilində V sinifdə inkişaf dinamikasının öyrənilməsi məqsədilə həmin şagirdlərin də bilik səviyyələrinin yoxlanılması qərara alınıb.

Şagirdlərin məntiqi təfəkkürünün formalaşmasında mühüm rol oynayan riyaziyyat fənni üzrə testlər hər birində 15 sual olmaqla 10 variantda tərtib edilib. Müəllimlər isə yalnız 1 variantda 15 test tapşırığını yerinə yetirəcəklər.

Suallar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hazırlanıb. Həm Azərbaycan, həm də rus bölməsi üzrə hazırlanan variantlar eynidir və onlarda proqramdan kənar heç bir sual yoxdur. Yoxlama 45 dəqiqə müddətində keçiriləcək və başlamazdan öncə 10 dəqiqə ərzində nəzarətçi müəllimlər şagirdlərə cavab kartının doldurulma qaydalarını bir daha izah edəcəklər. Cavab kartları bu gün toplanaraq idarədə optik oxuyucu cihaz vasitəsilə yoxlanacaq və bir neçə günə nəticələr müəyyənləşdirilərək məktəblərə çatdırılacaq.

Sektor müdiri diqqətə çatdırdı ki, test yoxlamasının nəticələri adi yoxlama yazı işi kimi sinif jurnalına yazılacaq və yalnız yarımillik qiymətə təsir göstərəcək. Yüksək qiymət ala bilməyənlər heç bir problemlə üzləşməyəcək.

Sonra kütləvi informasiya vasitələrinin nümayəndələri yoxlamanın gedişini izləmək üçün sinif otaqlarına dəvət olundular.

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov