Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - �16 

 

İfa üzrə I Respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Təhsil Nazirliyinin əmrinə əsasən bu ilin mart-aprel aylarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə I Respublika müsabiqəsi keçirilib.

Əsas məqsədi ilk peşə-ixtisas təhsili müəssisələri şagirdləri ilə xalq mahnılarının və Azərbaycan bəstəkarlarının əsərlərinin öyrənilməsi istiqamətində aparılan işləri yaxşılaşdırmaq, gənc nəslin vətənpərvərlik və mənəvi-estetik tərbiyəsini yüksəltmək, xüsusi istedada malik olan tələbə-gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, istedadlı yeniyetmə və gənclərin ifaçılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək olan müsabiqə şeir, mahnı və xalq çalğı alətlərində ifa nominasiyalarını əhatə edib. Müsabiqə 3 mərhələdə keçirilib. I mərhələdə iştirakçını ilk peşə-ixtisas təhsili müəssisəsində yaradılmış münsiflər heyəti müəyyənləşdirib.

Mart ayında 10 zonada təşkil olunan II mərhələdə hər nominasiya üzrə I və II yerləri tutan gənclər sonuncu - respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin finalı aprelin 5-də Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evində keçirilib və qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.

Şeir nominasiyası üzrə 3 nömrəli Bakı Peşə Liseyinin III kurs şagirdi Aysel Şirəliyeva I yerə layiq görülüb. Beyləqan Peşə Məktəbinin şagirdi Firuzə İbrahimova II, 2 nömrəli Bakı Peşə Liseyinin şagirdi Aslan Salmanov isə III yeri tutublar. Ağcabədi Peşə Məktəbinin I kurs şagirdi İlahə Hüseynova şeir nominasiyası üzrə IV - həvəsləndirici yerə layiq görülüb.

Mahnı nominasiyasında I yerin sahibi 12 nömrəli Bakı Peşə Liseyinin II kurs şagirdi Çinarə Heybətova olub. 3 nömrəli Sumqayıt Peşə Liseyinin şagirdi Xalid Ağazadə II, Beyləqan Peşə Məktəbinin III kurs şagirdi Əzizə Abdullayeva III, Dövlət Dəmir Yolu liseyinin 8-ci sinif şagirdi Jalə Quliyeva isə IV nəticə göstəriblər.

Xalq çalğı alətlərində ifa nominasiyasında  isə yerlər belə bölüşdürülüb: I yer - Təbriz Orucov (Şəmkir Peşə Liseyinin III kurs şagirdi); II yer - Əhməd Səfərli (9 nömrəli Bakı Peşə Liseyi); III yer - Vüsal Dövlətov (1 nömrəli Sumqayıt Peşə Liseyinin III kurs şagirdi); IV yer - Elvin Laçınov (Dövlət Dəmir Yolu liseyinin I kurs şagirdi).

Aprelin 27-də Bakı Sosial-Pedaqoji Kollecində qaliblərə mükafatların təqdim olunması mərasimi keçirildi. Mərasimi Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov açaraq iştirakçıları təhsil naziri adından salamladı və qalibləri təbrik etdi. A.İbrahimov ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ilk dəfə keçirilmiş müsabiqənin mühüm əhəmiyyət kəsb etdiyini, müsabiqə zamanı xeyli istedadlı yeniyetmə və gəncin aşkara çıxarıldığını bildirdi və müsabiqənin təşkili və keçirilməsində əməyi olanlara minnətdarlıq etdi.

Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov da qalibləri təbrik edib onlara gələcəkdə daha böyük uğurlar arzuladı.

Sonra ifa müsabiqəsinin qaliblərinə mükafatlar - diplomlar və hədiyyələr təqdim olundu.

Tədbir müsabiqə qaliblərinin ifasında konsert proqramı ilə davam etdi.

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov