Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Fənn olimpiadalarının qalibləri mükafatlandırıldı

 

Mayın 5-də Təhsil Nazirliyində IX-XI sinif şagirdləri arasında keçirilmiş fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi oldu.

Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavinləri, müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, görkəmli alim və ziyalılar, bir sıra dövlət və ictimai qurumların, ümumtəhsil müəssisələrinin rəhbərləri, müsabiqə qalibləri və KİV təmsilçiləri iştirak edirdilər.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov mərasimi açaraq iştirakçıları salamladı və belə bir vacib məqamı diqqətə çatdırdı ki, bu tədbir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünün qeyd olunduğu günlərə təsadüf edir və bu bizi çox sevindirir. Çünki Azərbaycana rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev istedadlı gəncləri, məktəbliləri və tələbələri həmişə diqqət mərkəzində saxlayırdı və bu gün həmin siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra tədbir iştirakçılarına məktəblilər arasında keçirilmiş fənn olimpiadaları haqqında ətraflı məlumat verən Misir Mərdanov bildirdi ki, bilik yarışları istedadlı şagirdlərin aşkara çıxarılmasında xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, onların arasında sağlam rəqabətin yaranmasına, keyfiyyətli təhsil almağa marağın güclənməsinə səbəb olur. Məktəblilərin fənn olimpiadaları mövcud qaydalara uyğun olaraq 3 mərhələdə təşkil olunur. Cari tədris ilində olimpiadaların I rayon (şəhər) mərhələsi 2010-cu ilin dekabrında, II rayon (şəhər) mərhələsi 2011-ci ilin yanvarında, respublika mərhələsi isə 2011-ci ilin martında keçirilib.

Respublika üzrə 347052 nəfər IX-XI sinif şagirdindən 29322 nəfəri I turda, 11123 nəfəri II turda, 1132 nəfəri isə respublika turunda iştirak edib.

7 fənn - Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçirilən bilik yarışlarında ümumilikdə 1132 iştirakçıdan 30 nəfəri I yer, 40 nəfəri II yer, 66 nəfəri III yer və 256 nəfəri IV yerə layiq görülüb. Sabirabad rayonu N.Gəncəvi adına şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Emil Aslanlı IX sinif şagirdləri ilə birgə Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadada iştirak edib və onun biliyi II yerə layiq görülüb.

Nazir diqqətə çatdırdı ki, yekun turunda Naxçıvan Muxtar Respublikasının, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, İsmayıllı, Şəmkir, Tovuz, Qusar, Balakən, Zaqatala, Kürdəmir, Neftçala, Cəlilabad, Qazax rayonlarının şagirdləri daha fəal iştirak ediblər. Əvvəlki illərdə olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən özəl türk liseylərinin şagirdləri daha yaxşı nəticə göstəriblər. Təhsil Nazirliyinin nəzdindəki Heydər Əliyev adına liseyin, akademik Zərifə Əliyeva adına tam orta məktəbin, Bakı Avropa liseyinin, fizika-riyaziyyat və informatika təmayüllü liseyin, 6 nömrəli məktəb-liseyin, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziyanın, "Zəngi" liseyinin, "Elitar" gimnaziyanın, "Tərəqqi" liseyinin, 132-134 nömrəli təhsil kompleksinin və kimya - biologiya təmayüllü liseyin şagirdləri də son turda fərqləniblər.

Naxçıvan MR üzrə Naxçıvan şəhəri 705 nömrəli hərbi hissə tam orta məktəbinin, Naxçıvan şəhəri Heydər Əliyev adına, 2, 8 və 12 nömrəli, Şərur rayonu şəhər 1 nömrəli, Muğanlı kənd, Babək rayonu Məmmədrza Dizə və Didivar kənd, Şahbuz rayonu Kükü kənd, Kəngərli rayonu Qarabağlar kənd 2 nömrəli tam orta məktəblərinin şagirdlərinin olimpiada nəticələri də qənaətbəxş olub.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri isə daha yaxşı nəticə göstəriblər. Belə ki, 9 iştirakçıdan 8-i (1 nəfər I, 2 nəfər II, 1 nəfər III, 4 nəfər IV yer) mükafata layiq yer tutub.

Fənn olimpiadaları qaliblərinin ümumtəhsil məktəbləri şagirdlərinin ən qabiliyyətliləri olduqlarını deyən Misir Mərdanov bildirdi ki, onlar bizim gələcəyimizdir və hər birimizin ən mühüm vəzifələrindən biri belə istedadlı gənclərə xüsusi qayğı ilə yanaşmaq, onların öz istedadlarını nümayiş etdirməsi və təkmilləşdirməsi üçün şərait yaratmaqdır.

Təhsil naziri Misir Mərdanov çıxışının sonunda qalibləri, onların valideynlərini və şagirdlərin hazırlığında, biliklərə dərindən yiyələnməsində xüsusi əməyi olan müəllimləri təbrik etdi, məktəblilərə elmin çətin, lakin şərəfli yollarında inamla addımlayaraq daha böyük uğurlar, yeni-yeni nailiyyətlər qazanmağı arzuladı. Nazir eyni zamanda çox çətin bir işi öhdələrinə götürərək obyektiv seçim aparan, olimpiadaların keçirilməsi, materialların hazırlanması, işlərin yoxlanılması və yerlərin müəyyənləşdirilməsində xüsusi əmək sərf edən münsiflər heyətlərinin sədrləri və üzvlərinə minnətdarlığını bildirdi.

Sonra çıxış üçün söz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəyə verildi.

Ümummilli lider Heydər Əliyevin gənclərə həmişə xüsusi diqqət yetirməsindən söz açan M.Abbaszadə xatırlatdı ki, hələ 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra ulu öndər ilk dəfə olaraq azərbaycanlı gəncləri keçmiş SSRİ-nin ən böyük və nüfuzlu ali məktəblərinə göndərməyə başlamışdı.

TQDK-nın sədri qeyd etdi ki, yalnız istedadla hansısa uğur əldə etmək mümkün deyil. Elə xoşbəxt insanlar var ki, onlar elmlə məşğul olmağı bacarırlar. Siz də onların sıralarına qoşulmaq üçün öz üzərinizdə çox çalışmalısınız. Sizə istedad verilibsə, elmlə məşğul ola biləcəksiniz. Bu uğurunuz isə elmi fəaliyyətə atılan ilk addımdır.

Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova artıq ikinci dəfə Təhsil Naziriyində yaranmış gözəl ənənənin şahidi olduğunu deyərək bildirdi ki, ənənə təkcə keçmişdə yaranmış və bu günə gəlib çatmış irs deyil. Hər bir nəsil  özünün ənənəsini yaradır. Millət vəkili gənclərə müraciətlə dedi: "Sizin bugünkü biliyiniz, bacarığınız, uğurunuz təkcə şəxsi rifahınıza xidmət edən bir məqam deyil. Bu, ümumdövlət sərvətidir. Bu dövlətin sabahı üçün məsuliyyət hissi duymaq, bu dövlətin sabahkı tərəqqisini təmin etmək üçün əlinizdə olan ən böyük vasitədir".

R.Aslanovanın sözlərinə görə, ən güclü və qüdrətli o dövlətdir ki, hər bir insanın bilik və bacarığını aşkar edərək onu cəmiyyət üçün önəmli, gərəkli, böyük bir şəxsiyyət olduğuna inandıra bilsin. Bu baxımdan, gənclərin istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi ilə bağlı yaranan ənənələr, bu istiqamətdə atılan addımlar göstərir ki, dövlətin gənclər siyasəti çox uğurlu  bir siyasətdir.

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov hamını salamlayaraq qalib adını qazanmış gəncləri təbrik etdi və bu tədbirin ölkəmiz üçün çox əlamətdar olan bir vaxtda - ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində keçirildiyinə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirdi.

Abel Məhərrəmov qeyd etdi ki, son zamanlar bütün dövlətlərin səviyyəsi və reytinqi onların hərbi qüdrəti və ya iqtisadiyyatı ilə deyil, məhz elmi və təhsili ilə ölçülür. Yəni gələcək elm və təhsilin əlindədir. Elmi daha çox inkişaf etmiş dövlət cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Bu gün Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu siyasət uğurla həyata keçirilir.

Sonra olimpiada qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Qaliblərə diplom və hədiyyələr təqdim olundu. Onlar təhsil naziri ilə xatirə şəkli çəkdirdilər. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov