Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Azərbaycan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə mayın 4-də Azərbaycan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib.

Konfransdan öncə tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxdılar. Tədbiri giriş sözü ilə institutun rektoru, millət vəkili, siyasi elmlət doktoru, professor Aqiyə Naxçıvanlı açaraq bildirmişdir ki, tarix boyu öz xalqının milli mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlayan, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanın ağırlığını öz çiyinlərində daşıyan fenomen şəxsiyyətlər olmuşdur. Bu şəxsiyyətlər həmişə xalqının xoşbəxt gələcəyi naminə məharətlə mübarizə aparıb, gələcəyə doğru inamla addımlamışlar. Belə bənzərsiz şəxsiyyətlərin ön sırasında şübhəsiz ki, Azərbaycanın böyük oğlu, ulu öndər Heydər Əliyev durur. Ölkəmizin dünəni, bu günü və zirvələrə doğru ucalmaqda olan sabahı bu tarixi şəxsiyyətin adı ilə qırılmaz tellərlə bağlıdır.

Professor A.Naxçıvanlı çıxışında onu da qeyd etdi ki, Heydər Əliyev, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlər üzrə əsasını formalaşdırdı. Ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirdi, sosial-iqtisadi-mədəni inkişaf xəttinin təməlini qoydu. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl, gələcək illərdə təməli daha da möhkəmlənəcək milli dövlətçilik ideologiyasını formalaşdırdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsində bu ideologiyanı Azərbaycanın sosial-iqtisad-siyasi-mədəni tərəqqisini uğurla həyata keçirə biləcək ən layiqli varisini yetişdirdi.

Tədbirdə institutun İctimai fənlər kafedrasının müdiri, tarix elmləri doktoru Qafar Cəbiyev geniş məruzə ilə çıxış etdi. O bildirdi ki, Heydər Əliyev əksər elm sahələrini kifayət qədər yaxşı bilirdi. Məruzə və çıxışlardan, ayrı-ayrı elm adamları ilə görüş və söhbətlərdən onun humanitar elmləri xüsusilə yaxşı bildiyi dərhal nəzəri cəlb edirdi. Bu, əlbəttə, hər şeydən əvvəl, ulu öndərin iti təfəkkürə, möhkəm məntiqə, fonemenal yaddaşa, geniş və zəngin dünyagörüşə malik olduğundan, ən nəhayət, onun yorulmaq bilmədən mütaliə etdiyindən xəbər verirdi.

Ulu öndərlə təmasda olmuş tarixçi alimlərin də etiraf etdikləri kimi, Heydər Əliyev Azərbaycan tarixinin bütün dövrləri ilə maraqlanırdı və bu problemləri kifayət qədər yaxşı bilirdi. Təsadüfi deyildir ki, o, hər dəfə alimlərlə görüşündə çoxcildlik "Azərbaycan tarixi", "Azərbaycan şəhərlərinin tarixi", "Azərbaycan xalqının hərb tarixi", habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini əks etdirən fundamental əsərlərin yazılması zəruriliyini dönə-dönə xatırladırdı.

Tədbirdə bir daha vurğulandı ki, Heydər Əliyev Azərbaycan xalqının dünyaya bəxş etmiş olduğu ən böyük siyasətçi, ən nüfuzlu dövlət xadimi olmaqla yanaşı, həm də, sözün əsl mənasında, qurucu və yaradıcı bir insan idi. O, müstəqil Azərbaycanın həm memarı, həm də qurucusudur. Tanınmış Amerika senatorlarından biri Heydər Əliyevi "Asiyanın Corc Vaşinqtonu" adlandırmışdır.

Sonra tədbirdə İctimai fənlər kafedrasının dosenti Namiq Əliyev və I kurs tələbəsi Türkanə Kamallı çıxış etdilər.

Tədbirdən sonra iştirakçılar institut tələbələrinin ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibəti ilə təşkil etdikləri gül müsabiqəsi, rəsm və əl işlərindən ibarət sərgi ilə tanış oldular. 

T.YUSİFOVA,
AMİ-nin Tərbiyə işləri üzrə prorektoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov