Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

İkitərəfli əməkdaşlığa dair saziş imzalandı

 

Azərbaycan Universiteti və Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) arasında ikitərəfli əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən tərəflər təlim və maarifləndirmə, beynəlxalq əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi, informasiya mübadiləsi, qanunvericilik-normativ baza və ictimai fəaliyyət olmaq üzrə dörd sahədə əməkdaşlıq edəcəklər.

Tərəflər maliyyə sektoru üçün kadr hazırlığının keyfiyyətinin artırılması və işəgötürənlər üçün daha hazırlıqlı kadrların hazırlanması istiqamətində tədris proqramları üzrə məsləhətləşmələrin aparılması, təhsil və təlimin səviyyəsinin artırılması məqsədilə birgə "dəyirmi masa"ların keçirilməsi, universitet müəllimləri və ABTM-nin ekspertləri üçün birgə təlimlərin təşkil edilməsi, birgə elmi konfransların, seminarların, müzakirələrin, məsləhətləşmələrin, forum və "dəyirmi masa"ların keçirilməsi, Azərbaycanda maliyyə savadlılığının artırılmasına yönəldilmiş birgə tədbirlərin təşkili sahələrində razılığa gəliblər.

Beynəlxalq əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi sahəsində müəllim və ekspertlərin, habelə maliyyə sektorunun inkişafına yardım edəcək layihələrin hazırlanması və maliyyələşdirilməsi üçün mənbələrin birgə axtarılıb tapılması, Azərbaycan maliyyə bazarı üçün kadrların hazırlanması sahəsində beynəlxalq maliyyə təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulması istiqamətində səylərin göstərilməsi, diplom və sertifikatların yerli və beynəlxalq akkreditasiyası üçün səylər göstərilməsi, qarşılıqlı surətdə xarici tərəfdaşların tapılmasında, birgə layihələrdə təmsil olunmaqlarına köməklik göstərilməsini də tərəflər öhdələrinə götürüblər.

İnformasiya mübadiləsi sahəsində isə universitetin və  ABTM-nin İnternet səhifələrində linklər qoyulması, müntəzəm informasiya mübadiləsinin aparılması nəzərdə tutulur.

Tərəflər qanunvericilik-normativ baza və ictimai fəaliyyət sahəsində də əməkdaşlıq edəcəklər. Belə ki, Azərbaycanda maliyyə sektoru üçün kadrların hazırlanması və  maliyyə bazarının fəaliyyətini tənzimləyən qanunvericilik bazasının inkişafı üzrə birgə təkliflərin hazırlanması, Azərbaycanda maliyyə sektoru üçün kadrların hazırlanmasına  yönəlmiş birgə layihələrin həyata keçirilməsi məqsədilə tərəflərin maraqlarının qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarında, həmçinin Azərbaycanın kommersiya və digər ictimai qurumlarında dəstəklənməsi üzrə qarşılıqlı yardımın göstərilməsi, tərəflərin yaratdığı qurumların (şuraların, komitələrin, işgüzar qrupların və s.) fəaliyyətində qarşılıqlı iştiraka təşəbbüs göstərilməsi də nəzərdə tutulur. 

Venera ŞƏRİFZADƏ,
Azərbaycan Universitetinin Mətbuat katibi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov