Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Rusiya Federasiyası universitetlərində işləmək üçün qrant alınması üzrə ikinci müsabiqə elan olunub

 

Rusiya Federasiyası hökuməti ölkənin ali məktəblərinə xarici alimlərin cəlb olunması üçün növbəti dəfə vəsait ayırıb. Universitetlərdə işləmək üçün qrant alınması üzrə ikinci müsabiqə elan olunub.

Qrantların ayrılmasında və xarici mütəxəssislərin cəlb olunmasında məqsəd RF universitetlərində beynəlxalq tipli tədqiqat laboratoriyaları yaratmaq, yüksək səviyyəli mütəxəssislər hazırlamaq və perspektivli elmi nailiyyətlərin istehsalata tətbiqidir.  Müsabiqənin nəticələrinə görə, qalib ildə 4 aydan az olmayaraq yerində bilavasitə laboratoriyaya və elmi tədqiqatlara rəhbərlik etməlidir.

Bir il əvvəl RF hökuməti bu məqsədlər üçün 12 milyard rubl ayırıb. Bu vəsaitdən 5,33 milyard rubl artıq birinci müsabiqənin qaliblərinə çatıb. Müsabiqənin birinci mərhələsinə 507 ərizə daxil olub. Onların arasından yalnız  40 aparıcı alim qalib elan olunub. Onlar qrant üzrə hökumət şurası üzvlərinin səslərinin yarıdan çoxunu qazana biliblər. 20 qalib RF vətəndaşıdır, 6 nəfər ikili vətəndaşlığa malikdir. Xarici mütəxəssislər arasında 10 nəfər ABŞ nümayəndəsi  var. 7 nəfər Almaniya Federativ Respublikasını təmsil edir. Qaliblərdən 4 nəfər biologiya, tibb, fizika və biotexnologiya sahələrində fəaliyyət göstərəcək.  13 tədqiqatçı Moskva ali məktəblərində işləyəcək, onlardan 6 nəfər M.V.Lomonosov adına Moskva Dövlət Universitetini,  6 nəfər Sankt-Peterburq Universitetini seçib.

Ayrılmış 12 milyard rubldan qalan hissə ikinci müsabiqənin qaliblərinə çatacaq. RF elm və təhsil naziri Andrey Fursenkonun sözlərinə görə, müsabiqənin keçirilməsi rusiyalı  və xarici alimlərin arzusu əsasında baş tutub. İkinci müsabiqədə əvvəlki yarışmada iştirak etmiş, lakin 40 qalib arasına düşə bilməmiş mütəxəssislər də iştirak edə bilərlər. İkinci turun qalibləri 2011-2013-cü illər üzrə elmi tədqiqatlar üçün 150 milyon rubl alacaqlar.  Müsabiqədə iştirak üçün ərizələr iyunun 16-a kimi qəbul olunacaq. Qaliblərin adlarının isə cari il oktyabrın 1-ə kimi açıqlanması vəd olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov