Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Britaniya Şurası

 

Ümumi məlumat 

Dünyanın 109 ölkəsində fəaliyyət göstərən Britaniya Şurası (British Council) təhsil və mədəniyyət sahəsində əməkdaşlığa dəstək verir. İngiltərədə xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçib. Təşkilatın baş himayədarı Ülyahəzrət Kraliça və himayədarı Əlahəzrət Uels şahzadəsidir. Onlar dünyanın müxtəlif yerlərindən olan insanlara Böyük Britaniyanın təhsil imkanlarından istifadə etməyə şərait yaradır və Birləşmiş Krallıq ilə digər ölkələr arasında səmərəli əlaqələrin qurulmasına dəstək verirlər.

Qloballaşmanın geniş vüsət aldığı müasir dünyada qarşılıqlı anlaşmanın və birgə əməkdaşlığın daha aydın müstəviyə qədəm qoyması, sözsüz ki, təhlükəsiz, uğurlu və xoşbəxt gələcəyin təmin edilməsi baxımından çox vacibdir. Bu baxımdan Britaniya Şurasının elm, təhsil, incəsənət, idman, ingilis dilinin tədrisi, ekologiya sahəsində fəaliyyəti müxtəlif ölkələr və mədəniyyətlər arasında daha sıx inteqrasiyanın əsasını qoyur.

Təşkilatın Birləşmiş Krallıqda Belfast, Kardif, Edinburq, London və Mançester şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir. Britaniya Şurasının mərkəzi ofisi London şəhərində yerləşir.

Bu qurumun dünyada 222 informasiya mərkəzi və kitabxanasının 340 mindən çox üzvü var. İnformasiya mərkəzi və kitabxana 8 milyondan artıq kitab, audio-videokaset və sair vəsaitlərdən ibarət resurslara malikdir.

Britaniya Şurası Kembric Universitetinə ingilis dili imtahanları təklif etmək səlahiyyətlərinə malik yeganə mərkəzdir. Təşkilat ilə Kembric Universitetinin Yerli İmtahanlar Sindikatı arasında 1940-cı ildən uzunmüddətli əməkdaşlıq mövcuddur. Təşkilatın xarici ölkələrdə yerləşən mərkəzləri Kembric Universiteti Yerli İmtahanlar Sindikatını uğurla bitirənlərə şəhadətnamələr verir. 

Tarixi 

Britaniya Şurası Böyük Britaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə Reqinald Liper tərəfindən 1934-cü ildə yaradılıb. Təşkilatın banisi Reqinald Liper olsa da, bu quruma 1934-1937-ci illər arasında Lord Tirel rəhbərlik edib.

Britaniya Şurasının ilk adı "Ölkələrarası əlaqələr üzrə Britaniya Komitəsi" olub. Təşkilatın yaradılmasında əsas məqsəd Böyük Britaniyanı dünyada daha yaxından tanıtmaq idi. İlk vaxtlar təşkilat digər ölkələrə kitablar göndərir, xaricdə fəaliyyət göstərən İngiltərə institutlarını və ingilis dili məktəblərini dəstəkləyir, ayrı-ayrı şəxslərin Birləşmiş Krallığa səfərlərini təşkil edir, tamaşalar və incəsənət sərgilərinin təşkilini həyata keçirir. 1936-cı ildən Britaniya Şurası adlandırılan qurumun ilk xarici ölkə nümayəndəliyi 1938-ci ildə Misirdə açılıb. Həmin il Portuqaliya, Rumıniya və Polşada da təşkilatın nümayəndəlikləri fəaliyyətə başlayıb.

Ötən əsrin ortalarında dünyanın müxtəlif ölkələrində təşkilatın ofislərinin sayı əhəmiyyətli dərəcədə azaldı. Bəzi ölkələrdə bu maliyyə, bir sıra ölkələrdə isə siyasi səbəblərdən baş verdi. 1950-ci ildə Çexoslovakiya, Macarıstan və Bolqarıstan ofislərinin bağlanması ilə Britaniya Şurası Şərqi Avropada öz fəaliyyətini dayandırdı. 1952-ci ildə Çindəki nümayəndəliyin fəaliyyətinə son qoyuldu. 1956-cı ildə baş vermiş Süveyş böhranı Misir, Suriya, İordaniya, Yunanıstan və Kiprdə təşkilatın fəaliyyətinin bitməsi ilə nəticələnir.

Yalnız 1960-cı ildə Britaniya Şurası Qərbi Avropada öz fəaliyyətini genişləndirməyə nail olur. Bundan sonra təşkilat Oman, Qatar, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində öz nümayəndəliklərini açır.

Həmin dövrdən etibarən Britaniya Şurası fəaliyyət göstərdiyi ölkələrdə tədricən, ingilis dilinin tədrisindən ingilis dili müəllimlərinin təliminə keçməyə başlayıb. Kommunizmin tənəzzülündən sonra təşkilat Qərbi Avropa və keçmiş sovet respublikalarında fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirməyə nail olub.

Formal olaraq, Britaniya Şurası Böyük Britaniya Xarici İşlər Nazirliyinin bir hissəsi hesab edilir. Bununla belə, təşkilat tam müstəqil bir qurum kimi Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

2006-2007-ci illərdə Britaniya Şurasının ümumi büdcəsi 553 milyon funt-sterlinq təşkil edib. Bu məbləğin 195 milyon funtu Böyük Britaniya hökuməti tərəfindən verilib. Təşkilatın büdcəsinin qalan hissəsi isə müxtəlif ölkələrdəki ingilis dilinin tədrisi kurslarında oxuyanların ödədiyi vəsait hesabına formalaşıb. 

 Britaniya Şurası Azərbaycanda 

Birləşmiş Krallığın Azərbaycanla ikitərəfli əlaqələrinin inkişafında mühüm rol oynayan təşkilat 1993-cü ildən ölkəmizdə ingilis dili, biznes administrasiyası və idarəetmə sahələrində təlimlərə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Böyük Britaniyanın Baş naziri Con Meycor tərəfindən 23 fevral 1994-cü ildə "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş"in imzalanması ilə ölkələrimiz arasında mədəni əməkdaşlığın hüquqi əsası qoyulub. Xalqlarımız arasında dostluq münasibətlərinin, eləcə də təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıyan bu saziş əlaqələrimizin genişlənməsinə zəmin yaradıb.

1998-ci ilin mayında Britaniya Şurasının rəsmi dəvəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti Böyük Britaniyaya səfər edib. Səfər nəticəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında əməkdaşlıq haqqında saziş və niyyət memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər məktəblər və kolleclər arasında əlaqələr, ingilis dilinin tədrisi, müəllim və məktəb rəhbərlərinin mübadiləsi baxımından həyata keçiriləcək konkret tədbirləri razılaşdırıblar.

Britaniya Şurasının Azərbaycandakı fəaliyyətini aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq olar:

- Müəllimlərin təkmilləşdirilməsi üzrə seminarların keçirilməsi;

- İngilis dili müəllimlərinin Britaniyada yay məktəblərində təkmilləşmə kursları keçməsinin maliyyələşdirilməsi;

- Şirkətlər və qeyri-hökumət təşkilatları üçün idarəetmə-menecment üzrə təlimlər;

- İncəsənət və elm sahələrində görüşlər və informasiya mübadiləsi;

- Britaniyada təhsil, incəsənət və mədəniyyət haqqında seminarların təşkil olunması;

- Təhsilin maliyyələşdirilməsi, ingilis dilinin tədrisi mərkəzlərində keyfiyyətə nəzarət sahələrində mütəxəssislərin başqa ölkələrə səfərlərinin maliyyələşdirilməsi;

- Təhsil Nazirliyi ilə birlikdə ali və orta məktəblərdə müəllimlər üçün "İngilis dilinin tədrisi metodikası", "Böyük Britaniyada təhsil və mədəniyyət tarixi" mövzusunda seminarların keçirilməsi;

- Britaniya Şurası ekspertləri tərəfindən ali təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün "İngilis dilinin tədrisinin müasir metodikası" üzrə seminarların keçirilməsi;

- İngilis dilinin tədrisi üçün dərsliklərin və vəsaitlərin hazırlanması;

- İngilis dilinin tədrisi ilə məşğul olan dövlət və qeyri-dövlət təşkilatlarına tədris metodları haqqında kitabların və müəllimlər üçün ingilis dili kurslarının təşkili, onlara lüğətlərin və məlumat kitabçalarının hədiyyə edilməsi;

- İncəsənət sahəsində tədbirlərin maliyyələşdirilməsi.

Britaniya Şurası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirir. Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyasına (AzETA) dəstək layihəsi, Müəllimləri Təkmilləşdirmə layihəsi (İNSETT), Təbiət fənləri üzrə müəllimlərin təlimləri layihəsi, Britaniya Çivninq Təqaüdü Proqramı, BP Təqaüdü Proqramı, Con Smit Təqaüd Proqramı, Azərbaycan - Britaniya Məzunlar Birliyi layihəsi, "İş üçün bacarıqlar" layihəsi, "Peşə təhsili və təlimi islahatı və Azərbaycanın seçilmiş regionunda tətbiqi" layihəsi, Elm layihəsi, Universitetlər arasında əlaqələr - ekoturizm layihəsi, Məktəblər arasında əlaqələr - robotlar missiyası layihəsi, "Birlikdə yaşayaq" layihəsi, "Dostlar dəryası" layihəsi, "Avropa bacarıqları" layihəsi, "Beynəlxalq idman həyəcanı" proqramı, UK Sport - Təhsil Nazirliyi əməkdaşlığı layihəsi, Təlim modulları vasitəsilə ingilis dilinin öyrənilməsinə yardım layihəsi, İngilis dilinin onlayn tədrisi (ETTO) layihəsi çərçivəsində görülmüş işlər qarşılıqlı münasibətlərin səmərəli nəticələr verdiyini bir daha təsdiq edir.

Təhsil Nazirliyinin əməkdaşlıq istiqamətlərindən biri də təşkilatın maliyyə və təşkilati dəstəyi ilə Təhsil Nazirliyinin nümayəndə heyətinin müxtəlif beynəlxalq konfrans və seminarlarda iştirakına şərait yaradılmasıdır. Bu qurumun təşkil etdiyi səfərlər çərçivəsində Təhsil Nazirliyinin nümayəndə heyətləri, müəllimlər bir çox ölkələrdə olub, olduqca maraqlı məsələlərin müzakirəsində iştirak edib və təcrübə mübadiləsi aparıblar.

Azərbaycanda Britaniya Şurasının Təhsil Nazirliyi və digər qurumlarla səmərəli əməkdaşlığı həyata keçirilən layihələrin uğurla reallaşdırılmasına zəmin yaradır və ölkələrimiz arasındakı çoxşaxəli münasibətlərin daha da dərinləşməsinə müsbət təsir göstərir. 

Yazının hazırlanmasında Britaniya Şurasının Bakıdakı nümayəndəliyinin təqdim etdiyi rəsmi materiallardan istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov