Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Atam 9 mayı səbirsizliklə gözləyirdi

 

Hər dəfə may  ayı yaxınlaşdıqca ürəyimi çox qəribə hisslər bürüyür. Yadıma çox da uzaq olmayan, lakin mənim üçün əlçatmaz olan qayğısız uşaqlığım - atalı günlərim düşür.

Bu günlərdə atam fərəhlənər, xüsusi geyinər, cəbhə xatirələrini bir-birinə calayarq  9 May - Qələbə gününü səbirsizliklə gözləyərdi. Həmişə deyərdi ki, bəlkə də mən az adamlardanam ki, çağırış vəsiqəsini özüm özümə gətirmişəm. 

Atam - Mahmudov Behbud Mahmud oğlu 1924-cü ildə Ucar rayonunun Qulabənd kəndində anadan olmuşdur. Qulabənd kənd orta məktəbini "əla" qiymətlərlə başa vurmuşdur. Müharibə başladığından təhsilini davam etdirə bilməmiş, o zamankı kənd sovetində katib vəzifəsində çalışmışdır. O zaman müharibəyə gedənlərin siyahısını atam rayon mərkəzindən gətirər, kənd camaatı da köhnə məktəb binasının qabağına yığışaraq, kimin adının çəkiləcəyini gözləyərmiş. Atam da, siyahıda öz adını görüncə bərkdən öz adını söyləmişdir. Beləliklə, 1942-ci ildən 1946-cı ilə kimi Mozdokdan  Berlinə qədər döyüş yolu keçmişdir. Bu müddət ərzində göstərdiyi qəhrəmanlıqlara görə çoxlu orden və medallarla təltif olunmuşdur.

1944-cü ildə sol qolundan yaralanan atamın biləyinə qəlpə batıb, o biri üzdən çıxıbmış.  Qan itirməsin deyə qolunu qaytanla bağlamış, təxminən 3-4 saat bağlı qalıbmış. Müalicə olunduğu hospitalda bir erməni həkimi atamın qolunun dibindən kəsilməsini təklif etsə də, yəhudi həkim buna razı olmamışdır.

1946-cı ildə müharibədən qayıdır. Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olur, işləyir, ailə həyatı qurur.

Müharibə yeli atamın da taleyinə əsdi. Lakin onun rəşadəti, qəhrəmanlığı, qəzəb və nifrət dolu qələbə ehtirası sanki ruhuna hopmuşdu. Beynəlxalq imperializmə qarşı, militarizm, faşizmin müxtəlif formada baş qaldırmasına qarşı olan müsəlləhlik hər bir sahədə özünü göstərirdi.  Düz ilqarlı, məqsədyönlü arzuların və əməllərin mənzilinə gedən yollar həmişə çətin olsa da, bu yolların enişi, yoxuşu, çala-çuxuru atamı həyatı boyu  qorxutmurdu.

1977-1978-ci illərdə Ucar rayonunun Qulabənd kənd orta məktəbində direktor vəzifəsində çalışır. Həmin müddət ərzində məktəbin həm təlim, həm də bütün təşkilati işlərində xeyli irəliləyişlər baş verir. Məktəb sanki ikinci evi idi. Yalnız bütün işlərin qaydasında olduğuna əmin olduqdan sonra evə qayıdardı.

Övlad kimi atamı evdə, ailədə necə qayğıkeş görürdümsə, işdə də bir iş yoldaşı kimi öz peşəsinə bağlılıq, şagirdləri öz övladlarından ayırmayan əsl müəllim kimi tanıyırdım.

1988-ci ildə öz səhhətiylə əlaqədar vəzifəsindən imtina edərək müəllim kimi çalışır.

Kitab əlindən heç düşməzdi, daim mütaliə edərdi. Xüsusilə, tarixi kitablara daha çox meyilli idi. Oxuduqca, sovet  sisteminin  saxtalaşdırdığı Azərbaycan tarixindəki nöqsanlara görə narahatlıq keçirərdi. Xəstə yatdığı müddətdə əvvəlki kimi mütaliə edə bilməyən atam Azərbaycanın tarixilə bağlı kitablardan birinin səhifəsini qatlayıb mənə verdi və dedi: "Qızım, özümü piss hiss edirəm, qalsın, sonra oxuyaram". Lakin...lakin, nə sonra, nə də heç vaxt o yarımçıq qalan kitabı oxuya bilmədi. Görünür, oxuna bilməyən səhifələr şərəfli ömrün sona yaxınlaşdığını xəbər verirmiş...

Onun hər addımını  xatırladıqca, yalandan uzaq qaçan, düzlüyü ən yüksək keyfiyyət hesab edən  bu zəhmətkeş, həyatsevər insanın timsalında əsl insanlıq etalonu hiss edirəm, hiss etdikcə isə atamı daha çox anlayıram...

O, hər zaman ümummilli lider, dahi öndər Heydər Əliyev şəxsiyyətinə öz vurğunluğundan danışardı. Çox maraqlanardı bu dahi şəxsiyyətin siyasi addımlarıyla və çox da inanırdı ki, məhz Heydər Əliyev xalqın gələcəyi üçün böyük işlər görəcək.

Məncə, müəllim ömrü ən uzunömürlü, ən şərəfli bir ömürdür. Çünki hər şagirdin qəlbində yaşayır. Mən xoşbəxtəm ki, atamın şərəfli müəllimlik yolunu davam etdirirəm.  

Arizə MAHMUDOVA,
Bakıdakı 124 nömrəli  məktəbin riyaziyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov