Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

Amerika Bioqrafiya İnstitutunun ilk azərbaycanlı akademiki

 

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli Amerika Bioqrafiya İnstitutunun akademiki seçilmişdir. İnstitutun prezidenti cənab Evans tərəfindən imzalanan diplomda yazılır: "Akademik İsa Həbibbəyli Amerika Bioqrafiya İnstitutunun rəhbərliyi tərəfindən çoxcəhətli fəaliyyəti araşdırılaraq cəmiyyətə mühüm elmi və mədəni uğurlar təqdim etdiyinə, elm sahəsində böyük nailiyyətlər qazandığına görə görkəmli alim kim institutun akademiki seçilmişdir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, tanınmış ictimaiyyətçi, görkəmli elm xadimi, çoxsaylı elmi əsər və məqalələrin müəllifi İsa Həbibbəyli səmərəli və məhsuldar elmi fəaliyyətinə görə dünya elmi ictimaiyyətində yetərincə tanınır. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü kimi fəaliyyət göstərən İsa Həbibbəyli nüfuzlu beynəlxalq elmi təşkilat və qurumlarda da milli təhsilimizi layiqincə təmsil etməkdədir. Tanınmış alim 1999-cu ildə Türkiyənin Atatürk Araşdırma Mərkəzi üzrə Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvü, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının, 2008-ci ildə isə Birləşmiş Millətlər Təşkilatı nəzdində Beynəlxalq İnformasiyalaşdırma  Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik İsa Həbibbəyli elmi nailiyyətlərinə görə 2001-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" adına layiq görülmüş, müxtəlif vaxtlarda BMT-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnformasiyalaşdırma Akademiyası tərəfindən "İnformasiya aləminin elitası", "XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının (Mirzə Cəlilin) və Azərbaycanda müasir elmi-bədii fikrin inkişafı elmi istiqamətinin rəhbəri" mükafatları və   "Elmi istiqamətin rəhbəri" medalı ilə təltif olunmuşdur.

İsa Həbibbəylinin rektorluq fəaliyyəti, rəhbərlik və təşkilatçılıq bacarığı nəticəsində Naxçıvan Dövlət Universiteti son on beş ildə Azərbaycanda elmin, təhsilin tərəqqisinə göstərilən yüksək dövlət qayğısından bəhrələnərək hərtərəfli inkişaf etmiş,  müasir tipli bir universitet kimi formalaşmış, ölkənin qabaqcıl ali məktəblərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, dünya elm, təhsil sisteminə uğurla inteqrasiya edən bu ali məktəb elm, təhsil və yeni texnologiyaların tətbiqinin inkişafındakı mühüm nailiyyətlərinə görə 2009-cu ildə Beynəlxalq Sosial Əməkdaşlıq Korporasiyasının "Minilliyin universiteti" adlı beynəlxalq mükafatına layiq görülmüş, Asiya Universitetləri Assosiasiyasının və Avropa Rektorlar Klubunun üzvü seçilmişdir.

Görkəmli alim və ictimai xadim,  maarifpərvər ziyalı, gözəl insan, bacarıqlı təşkilatçı İsa Həbibbəylini növbəti böyük uğuru - Amerika Bioqrafiya İnstitutunun akademiki seçilməsi münasibətilə kollektivimiz və xalqımız adından ürəkdən təbrik edir, ona daha böyük nailiyyətlər arzu edirik. 

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov