Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

"Heydər  Əliyev  və  Naxçıvan"

 

Naxçıvan  Dövlət  Universitetinin beynəlxalq  münasibətlər və xarici dillər  fakültəsində   Azərbaycan  xalqının  ümummilli  lideri,  görkəmli  dövlət xadimi  Heydər  Əliyevin  anadan  olmasının 88-ci  ildönümü  münasibətilə  "Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası" mövzusunda ingilis dilində I ümumuniversitet  bilik  yarışması keçirilib. Yarışmada  ali  məktəbin  beynəlxalq  münasibətlər və xarici dillər,  pedaqoji, sosial  idarəetmə  və  hüquq, iqtisad, incəsənət, tarix-filologiya, fizika-riyaziyyat, tibb  fakültələrinin  hər  biri  5 nəfərdən ibarət  olan komandaları iştirak ediblər.

Yarışmadan  əvvəl  çıxış edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli  belə  tədbirlərin   tələbələrin  dünyagörüşünün, ulu öndərin zəngin irsi nümunəsində gələcək həyat və fəaliyyətlərinin Vətən naminə yönləndirilməsində yardımçı olacaq biliklərlə zənginləşdirmək baxımından əhəmiyyətli  olduğunu  vurğulayıb, komandalara  uğurlar  diləyib.

Beynəlxalq   münasibətlər   və  xarici  dillər fakültəsinin dekanı, filologiya  elmləri üzrə  fəlsəfə  doktoru,  dosent  Qurban Qurbanlı  çıxış edərək burada  məqsədin  ümummilli   lider,  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  həyat və fəaliyyətinə dair zəngin irsə gənc nəslin daha dərindən yiyələnməsinə  köməklik göstərməkdən, gənc nəslə azərbaycançılıq, dövlətçilik,  vətənpərvərlik,   xalqın tarixi keçmişinə  hörmət,  ehtiram və  digər milli mənəvi  dəyərlərlə  bağlı   ideyaları  aşılamaqdan ibarət olduğunu bildirib, yarışmanın şərtləri  haqqında  məlumat  verib. 

Sonra yarışmaya start verilib.  İKT  tətbiqi  ilə  təşkil olunan  yarışma 2 mərhələdə  keçirilib.  Komanda  kapitanları və  komanda  üzvləri  haqqındakı  məlumatlardan, verilmiş  2  dəqiqə  ərzində mövzu ətrafındakı  ev tapşırıqlarından sonra başlanan  yarışma mərhələlərində  komandaların  cavabları  5  pilləli  sistemlə  (100-500 balla)  qiymətləndirilib. Hər  mərhələdə  suallar çətinlik dərəcəsinə  görə  uyğun  balla  qiymətləndirilib.  Ümumilikdə   100   sual  təqdim  olunub.  Yarışmada iki komanda ilə təmsil olunan  beynəlxalq  münasibətlər  və  xarici  dillər  fakültəsinin komandaları  yüksək  intellekt  və  hazırcavablıq   nümayiş  etdirərək  I və II yerlərdə, III  yerdə  isə  pedaqoji  fakültənin  komandası qərarlaşıb. Qalib komandalar  I, II və III  dərəcəli  diplomlarla təltif  olunublar.

Universitetin  elmi  işlər üzrə  prorektoru, fizika-riyaziyyat elmləri  üzrə  fəlsəfə doktoru Anar Kazımov təəssüratlarını bölüşərək  yarışmanın  yüksək təşkilinə  görə   minnətdarlığını bildirib, qalib komandalara diplomlar təqdim edib. 

Nərmin CƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov