Mayın
10-da Bakıdakı 55 nömrəli orta məktəbdə
ümummilli lider Heydər Əliyevin anadan olmasının
88-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə
birgə Xətai Rayon İcra Hakimiyyətinin təhsil,
səhiyyə, mədəniyyət şöbəsinin böyük məsləhətçisi
Tofiq Məmmədov, Xətai rayonunda yerləşən
məktəblərin direktorları və digər şəxslər
iştirak edirdilər. Azərbaycan Respublikasının
Dövlət himni səsləndikdən sonra iştirakçılar ulu
öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik
sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Vahid Dəmirov bildirdi ki, dərin zəkası, zəngin
biliyi, qətiyyəti, ciddiliyi, daxili və xarici
siyasətdəki uğurları, Azərbaycanın müstəqilliyi
və bütövlüyünü qorumaq məharəti, elm,
mədəniyyət, incəsənət və təhsilə göstərdiyi
diqqət, qayğı Heydər Əliyevi ictimai xadim,
müdrik bir şəxsiyyət kimi ürəklərdə yaşadır. Bu
gün ümummilli liderin siyasəti onun layiqli
davamçısı möhtərəm Prezident cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Son illər
təhsilə göstərilən diqqət və qayğıdan danışan
V.Dəmirov bu işdə Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban xanım
Əliyevanın rolunu yüksək qiymətləndirdi.
Təhsilimizin dünya təhsil sisteminə sürətli
inteqrasiyasından söz açan V.Dəmirov bu işdə
göstərdikləri köməkliklərə görə təhsil naziri
Misir Mərdanova və Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyevaya
minnətdarlığını bildirdi.
Sonra Xətai RİH-in təhsil, səhiyyə, mədəniyyət
şöbəsinin böyük məsləhətçisi Tofiq Məmmədov
çıxış edərək tədbir iştirakçılarına ömrünü,
taleyini, bütün varlığını xalqına bağışlayan
əvəzolunmaz şəxsiyyət, xalqımızın ümummilli
lideri Heydər Əliyevin həyat yolu, misilsiz
xidmətləri haqqında geniş məlumat verdi.
Digər çıxış edənlər ulu öndərin misilsiz
xidmətlərindən söz açdılar.
Sonra şagirdlərin ifasında Azərbaycan və
ümummilli lider Heydər Əliyevə aid mahnılar
səsləndirildi, şeirlər söyləndi.
Niyazi RƏHİMOV |
|