Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

BSU-nun Məktəb-Lisey Kompleksində şagird-tələbə elmi konfransı keçirilib

 

Mayın 6-da Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları işığında" mövzusunda ənənəvi şagird-tələbə elmi konfransı keçirildi.

Konfransı giriş sözü ilə açan rektor, professor K.Abdullayev universitet alimlərinin konfransdan öncə qaçqın məktəblərində olmalarını, şagirdlərin elmi işlərinə rəhbərlik etmələrini vurğuladı. Rektor xüsusi qeyd etdi ki,  Azərbaycan təhsili sıçrayış dönəmindədir və bu inkişafın təməli məhz Heydər Əliyevin əməyi üzərində qurulmuşdur. Bu gün Rusiya və Belarusda "Azərbaycan dili və mədəniyyəti mərkəzləri" fəaliyyət göstərir. Orada başqa millətdən olan tələbələr azərbaycanşünaslıq ixtisasına yiyələnir və bizim dilimizi həvəslə öyrənirlər. Azərbaycanın bugünkü beynəlxalq durumuna, hökm sürən ictimai-siyasi sabitliyinə, yüksək iqtisadi potensialı və mədəni irsinə görə xarici ölkələrdə dilimizi öyrənməyə ehtiyac duyurlar. Ölkəmizin geniş perspektivlərini müşahidə edərək onlar məhz Azərbaycan üzrə mütəxəssis olmaq istəyirlər. Bugünkü milli qürurumuza görə biz ulu öndər Heydər Əliyevə minnətdarıq.

Konfransda Bakı məktəbliləri, tələbələr, qaçqın və köçkün məktəblərinin gənc istedadları ana dili ilə yanaşı xarici dillərdə də məruzələrlə çıxış etdilər. Bölmə iclaslarına universitetin alimləri və məktəb müəllimləri ilə birgə şagird və tələbələr də rəhbərlik edirdilər.

Hazırda işğal altında olan Xocavənd rayonunun Tuğ kəndində anadan olmuş, qaçqın həyatı sürən XI sinif şagirdi Fəridə Şükürovanın çıxışı konfrans iştirakçılarının diqqətini cəlb etdi. Bu kənddə hələ 125 il əvvəl ilk orta dünyəvi məktəbin yaradılması Azərbaycan xalqının qədim təhsil ənənələrindən xəbər verən önəmli fakt kimi vurğulandı.

Bakı Türk Anadolu Liseyinin direktor müavini Özgen Dikmen lisey şagirdlərinin bu konfransa böyük həvəslə qatıldıqlarını bildirdi. Həmçinin o, BSU-nun  qaçqın şagirdlərə diqqətini, onları elmi axtarışlara sövq etməsinin əhəmiyyətini qeyd etdi. Cəbrayıl rayon Çərəkən orta məktəbinin direktoru Əziz Musayev çıxışında Heydər Əliyevin qaçqın düşərgəsinə gəlişi və çadırlarda dərs keçən şagirdlərə şəxsi qayğısı haqqında ehtiramla danışdı.

Laçın, Ağdam, Xocavənd, Cəbrayıl rayonlarından gəlmiş şagirdlər BSU-nun professor-müəllim heyəti ilə, tədris-mədəniyyət mərkəzləri, muzeyi, kitabxanası, ayrı-ayrı fakültələri ilə yaxından tanış oldular.   Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olundu.  

Şəlalə HƏSƏNOVA,
BSU-nun dosenti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov