Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

Qafqaz Universitetində "III Gənclik şənliyi"

 

Mayın 6-da Qafqaz Universitetində tələbələrin təşkilatçılığı və fəal iştirakı ilə "III Gənclik şənliyi" adlı tədbir keçirildi.

Tədbir çərçivəsində universitetin geniş həyətində tələbələrin bədii və intellektual yaradıcılığının məhsulu olan əsərlərdən, rəsmlərdən, əl işlərindən, maketlərdən və s. ibarət sərgilər açılmış, köşklər quraşdırılmışdı. Bu köşklərdə tələbələr qrup-qrup əylənirdilər - gitara çalır, mahnılar oxuyur, şeirlər söyləyirdilər.

Tədbirin açılışı da musiqi nömrəsinin ifası ilə oldu. Sonra universitetin rektoru Ahmet Saniç tələbələri, müəllimləri və dəvət olunmuş qonaqları təbrik etdi. A.Saniç şənliyin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunduğunu, ulu öndərin "Türk dünyasının gələcəyini gənc nəsillərdə görürəm" deməsi ilə gəncliyə böyük önəm verdiyini bildirdi. Qeyd etdi ki, Heydər Əliyev irsində Vətən sevgisi, azərbaycançılıq, xalqa bağlılıq xüsusi yer tutur. O, bunları insan üçün mənəvi əsas kimi qəbul edirdi. Dahi liderimizin mənalı həyat yolu gələcək inkişafın təminatçısı olan gənc nəsil üçün əsl nümunədir.

Meydan istedadlı tələbələrə verildi. Universitetin rəqs kollektivi, müxtəlif bölümlərini təmsil edən tələbələr rəqslər, mahnılar, şeirlər ifa etdilər.

Sonra aparıcılar universitetdə ənənəvi olaraq keçirilən "Qafqaz Universiteti ilin adamını seçir" layihəsinin nəticələri barədə məlumat verdilər. Məlumatdan bəlli oldu ki, layihə çərçivəsində aparılmış seçim zamanı "İlin elm adamı" nominasiyasına Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, "İlin idman adamı" nominasiyasına  "Neftçi" futbol komandasının baş məşqçisi Arif Əsədov, "İlin futbolçusu" nominasiyasına "Neftçi" komandasının oyunçusu Rəşad Abdullayev, "İlin şairi" nominasiyasına xalq şairi Zəlimxan Yaqub, "İlin yazıçısı" nominasiyasına AYB-nin sədri, xalq yazıçısı Anar, "İlin müəllimi" nominasiyasına Qafqaz Universitetinin elmi işlər üzrə prorektoru Niftalı Qocayev layiq görülüblər. Digər nominasiyalar üzrə qaliblərin adları da açıqlandı.

Nominantlara və ya onların nümayəndələrinə müvafiq diplomlar təqdim olundu.

Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Ramazan Ulus bayram mərasiminin iştirakçılarına təbriklərini çatdırdı. Gənc müğənnilər Sevda Yəhyayeva və Elçin Cəfərov aldıqları mükafatlara görə universitet kollektivinə minnətdarlıqlarını bildirdilər, onları mahnı nömrələri ilə salamladılar.

Sonra rektor universitetdə təşkil edilən mini-futbol, şahmat və stolüstü tennis oyunlarının qaliblərinə hədiyyələr təqdim etdi. Mərasim bədii əyləncəli konsert proqramı ilə davam etdirildi.

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov