Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

Əlavə 1 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
11 may 2011-ci il tarixli, 795 nömrəli əmrilə təsdiq edilmişdir

Respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə reqlament

 

1.  Respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə, kompüter proqramı tətbiq olunmaqla həyata keçirilir. Müsabiqədə pedaqoji profilli bütün ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, müvafiq dövlət təhsil sənədi (diplom) almış müəllimlər iştirak edə bilərlər.

2. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 3 mərhələdə keçirilir: I mərhələdə  müsabiqədə iştirak etmək üçün elektron ərizə vermiş namizədlərin təhsil və nailiyyət göstəriciləri müəyyənləşdirilmiş meyarlar əsasında (Əlavə 4), kompüter proqramı vasitəsilə qiymətləndirilir, II mərhələdə namizədlərlə test imtahanı, III mərhələdə isə müsahibə keçirilir.

3. İşə qəbulu həyata keçirmək üçün nazirliyin İnternet saytının (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində "Respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin vakant yerlərə işə qəbulu üzrə reqlament", "Vakant yerlər barədə məlumat", "Elektron ərizə forması", "Müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları", "Namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat", "Test suallarının cavablandırılmasına dair təlimat", "Nümunəvi test sualları (hər bir ixtisas üzrə)" və "Şəxsi kabinet" yerləşdirilir.

4. Müsabiqədə iştirak etmək üçün İnternet vasitəsilə elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu hər il 01-15 iyul tarixlərində aparılır. Elektron ərizələrin doldurulması üçün əvvəlcə "Vakant yerlər barədə məlumat", "Elektron ərizə forması", "Namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat" ilə tanış olmaq lazımdır. Qarşısında (H-1)1 və (H-2)2  işarəsi olan vakant yerlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarına əsasən pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş dövlət sifarişinə əsasən kənd məktəblərində həvəsləndirmə tədbirlərinin tətbiqini nəzərdə tutan yerlərdir.

5. Hər bir namizəd ixtisası üzrə ən çoxu 4 vakant yer seçə bilər. Eyni zamanda namizəd elektron ərizəsində "Nazirlik tərəfindən digər ixtiyari yer təklif olunduqda razıyam" qeyd edərsə, keçid balını topladığı halda müsabiqədən sonra boş qalan vakant yerlərə yerləşdirmədə iştirak edə bilər.

6. Elektron ərizəsi təsdiqlənmiş namizədlər 21-25 iyul tarixlərdə kod və parol vasitəsilə "Şəxsi kabinet"ə daxil olaraq müsabiqəyə buraxılması, test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat əldə edirlər.

7. Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar imtahan təşkil edilmir və onların şikayətlərinə baxılmır.

8. Test imtahanında hər bir namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramı (kurikulumu) çərçivəsində tərtib edilmiş 25 test, fənnin tədrisi metodikasına aid 5 test, məntiq və ümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 test sualı verilir. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir və verilmiş vaxt ərzində icra olunduqdan dərhal sonra düzgün cavabların sayına uyğun bal kompüterdə göstərilir.

9. Test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün ümumi testlərin 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur.

10. İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə kompüter proqramı vasitəsilə həyata keçirilir.

11. Namizədlər "Şəxsi kabinet"ə daxil olmaqla müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin yekununa uyğun topladığı ümumi bal və müsabiqənin III mərhələsində iştirak barədə məlumat əldə edirlər.

12. Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər "Şəxsi kabinet"də qeyd olunan vaxtda şəxsi işini (elektron ərizəsi, diplom(lar) və ona əlavə(lər), şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əvvəllər işləyibsə, əmək kitabçası və elektron  ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin surətini) təsdiq olunmaq və müsahibədən keçmək üçün müsabiqə komissiyasına təqdim edirlər.

13. Elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda həmin namizədin sənədləri təsdiqlənmir və onun müsabiqə nəticələri ləğv olunur.

14. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizədlər olduqda, müsabiqə komissiyası bütün halları araşdırmaqla və onlarla aparılan müsahibənin nəticəsinə uyğun qərar qəbul edir.

15. İşə qəbul üzrə müsabiqənin nəticələrinə görə boş qalan yerlər barədə nazirliyin İnternet saytının "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində məlumat verilir. Müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq seçdiyi vakant yerə işə qəbul ola bilməyən müəllimlərin ən çox bal toplayandan başlayaraq uyğun ixtisas üzrə boş qalan yerlərə (əgər elektron ərizəsində Təhsil Nazirliyi tərəfindən təklif olunan yerə razı olduğunu qeyd edibsə) yerləşdirilməsi aparılır.

16. Müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq seçdiyi vakant yerə işə qəbul oluna bilməyən müəllimlərə tədris ili ərzində yaranacaq vakant yerlər təklif edilə bilər. Tədris ili başa çatdıqdan sonra onlar bu hüququ itirirlər.

17. Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilən müəllimlər müəyyənləşdirildikdən sonra onların siyahısı nazirliyin İnternet saytında yerləşdirilir, müvafiq siyahılar və şəxsi işlər rəsmi məktubla aidiyyəti üzrə yerli təhsili idarəetmə orqanlarına və nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilir.

18. Nazirliyin məktubuna əsasən məktəb direktoru ilə işə götürülən müəllim arasında əmək müqaviləsi bağlanılır və işə qəbul mövcud qanunvericiliyə uyğun rəsmiləşdirilir.

19. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə test imtahanları başa çatdıqdan sonra, bir həftə ərzində baxılır.


1. Rayon mərkəzlərindən 20 km-dək məsafədə yerləşən kənd ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisəsində davam etdirən gənc mütəxəssislərə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq olunur:

* yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım;

* 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi;

* yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi;

* torpaq sahələrinin ayrılması;

* ipoteka kreditlərinin verilməsi. 

2. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən kənd ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisəsində davam etdirən gənc mütəxəssislərə yuxarıda göstərilən həvəsləndirmə tədbirləri ilə yanaşı hər ay əməkhaqqına 70 (yetmiş) manat məbləğində əlavə olunur.

 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov