Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

Spartakiadaya yekun vuruldu

 

Mayın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  "Səda" tədris teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş professor-müəllim heyəti arasında keçirilən IV spartakiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan universitetin Bədən tərbiyəsi və idman kafedrasının müdiri, professor, əməkdar məşqçi Ağayusif Qurbanov ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət olduğunu, idmana və incəsənətə böyük diqqət və qayğı göstərdiyini iştirakçıların nəzərinə çatdırdı. Bildirildi ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqı üçün böyük lider idi və o, siyasətə də elə lider kimi gəlmişdi. Çağdaş tariximizdə Azərbaycan dövlətinə böyük bir zaman kəsiyində başçılıq etmiş Heydər Əliyevin dövlətçilik tariximizdə qoyub getdiyi irs bu gün də, sabah da öyrənilməlidir.

Universitetin gördüyü işlər və IV spartakiada haqqında hesabat verən A.Qurbanov belə tədbirlərin keçirilməsində ADMİU-nun  rektoru, professor, əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevin böyük xidməti olduğunu söylədi.

Sonra ADMİU-nun prorektoru, professor Rafiq Sadıqov universitetin rektoru Timuçin Əfəndiyevin adından IV spartakiadanın qaliblərinə mükafatları təqdim etdi.

2010-2011-ci tədris ilində universitetin ölkədaxili və beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlərə görə sənətşünaslıq fakültəsi I yerə, rejissorluq sənəti fakültəsi II yerə, rəssamlıq fakültəsi isə III yerə layiq görülüb.

Mükafatlandırılanlar sırasında Azərbaycanın bir qrup tanınmış incəsənət ustaları ilə yanaşı "Azərbaycan müəllimi" qəzetinin də adı var. Qəzetimiz universitetin tədbirlərini işıqlandırdığına və Azərbaycan gəncliyində milli duyğuları aşıladığına, təhsilimizin yüksəlməsindəki xidmətlərinə  görə mükafata layiq görülmüşdür.

Hər bir mükafatçıya üzərində ulu öndərin əksi olan medal və Fəxri diplom təqdim edildi. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov