|
|
|
"Tərəqqi"
liseyinin şagirdləri "İntellekt" olimpiadasının gümüş medallarını
alıblar |
|
|
|
Mayın
6-da Heydər Əliyev adına Müasir Təhsil
Kompleksində məktəblilərin IV "İntellekt"
olimpiadası keçirilib. Ulu öndərimiz Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr
edilmiş "İntellekt" olimpiadasında Bakı
şəhərinin 20 seçilmiş məktəbindən 21 komanda
iştirak edib. Komandalar ana dili, riyaziyyat,
biologiya, coğrafiya, ingilis dili və kimya
fənləri əhatə olunmaqla "Sürət", "Məntiq" və "Diqqət"
nominasiyaları üzrə yarışıblar.
İştirakçı 20 məktəb sırasında olan İltifat
Hacıyev adına "Tərəqqi" texniki-humanitar
liseyini olimpiadada VIII "a" sinfinin
şagirdlərindən ibarət komanda təmsil edib.
Komandanın üzvləri Baba Abbasov, Dünya Yaqubova,
Sevgili Rüstəmov və Gültəkin Zülfüqarova yüksək
bilik və hazırlıq nümayiş etdirərək olimpiadada
"Məntiq" nominasiyası üzrə II yerə layiq görülüb
və gümüş medallarla təltif olunublar. Qaliblərə
medallarla bərabər sertifikatlar, diplomlar və
digər hədiyyələr də təqdim olunub.
Y.ƏLİYEV |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|