Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

Lənkəran Dövlət Universitetində respublika elmi konfransı

 

Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Azərbaycanın inkişaf strategiyası və aktual elmi problemlər" mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbir iştirakçıları konfransdan əvvəl LDU-nun "Heydər Əliyev muzeyi və idarəçilik məktəbi" ilə tanış olublar.

Lənkəran Dövlət Universiteti, AMEA Lənkəran Regional Elmi Mərkəzi, AMEA İqtisadiyyat İnstitutu, Qafqaz Universiteti və Azərbaycan Turizm İnstitutunun birgə təşkil etdikləri konfransı LDU-nun rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq tədbir iştirakçılarını salamlayıb və onun məqsəd və vəzifələrindən danışıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Səmədağa Abdullayev konfransın işinə uğurlar arzulayıb.

Sonra universitetin rektoru, professor Asəf İsgəndərovun "Heydər Əliyev Azərbaycanın milli inkişaf strategiyasının banisidir" mövzusunda məruzəsi dinlənilib. Rektor məruzəsində elm və təhsil sahəsində qazanılan uğurların ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu vurğulamışdır.

Konfransda 140-dan çox məruzə dinlənilib. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranması, möhkəmlənməsi və dünya ölkələri arasında tanınmasında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində müasir Azərbaycan elmi və təhsili özünün zəngin mütərəqqi ənənələrinə, mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edib. Tədbir iştirakçıları milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirilməsində dövlət başçısı İlham Əliyevin çoxcəhətli və yorulmaz fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.

Tədbirdə respublikanın müxtəlif ali məktəblərinin, qonşu rayonların elm, təhsil müəssisələrinin və Lənkəran ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  

Hacı Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universiteti Mətbuat
və informasiya xidmətinin rəhbəri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov