Azərbaycan məktəblilərindən ibarət yığma
komandası aprelin 29-da Polşanın Krakov
şəhərində keçirilən şahmat üzrə məktəblilərin
VII dünya çempionatında iştirak etmişdir.
Çempionatda 6 yaş qrupu üzrə 36 ölkədən 420
şahmatçı mübarizə aparmışdır. 24 şahmatçı ilə
təmsil olunan komandamızın üzvlərindən Ucar
rayon Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova
və Sumqayıt şəhər Şahmat Məktəbinin yetirməsi
Fərid Aslanov qızıl, Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri İzzət
Kənan və Oğuz Abışlı gümüş, Aqil Piriverdiyev
isə bürünc medal qazanmışlar.
Digər şahmatçılarımızdan Lənkəran şəhər Şahmat
Məktəbinin yetirmələri Cavidan Babazadə 4-cü,
Murad Rzayev 6-cı, Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirmələri Ülvi Sadıxov, Vüqar
Əsədli və Fateh İmanov 6-cı, Zaqatala Şahmat
Məktəbinin yetirməsi Xədicə Xəlilova isə 7-ci
yerə çıxmışlar. Qalan şahmatçılarımız yarış
cədvəlinin ortalarında yer almışlar.
Komandamızın rəhbəri beynəlxalq dərəcəli hakim
İbrahim Məmmədov və Lənkəran şəhər Uşaq-Gənclər
Şahmat Məktəbinin direktoru İdrak Dadaşov
yarışda hakim kimi təmsil olunmuşlar.
Rəşad ZİYADOV |