Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

Yeni əməkdaşlıq müqaviləsi imzalanıb

 

Bakı Dövlət Universitetində YUNESKO-nun dəstəyi ilə 2011-ci il BMT tərəfindən  elan edilmiş "Kimya ili" çərçivəsində Almaniyanın NETZSCH (Neç) qrupu və həmin qrupa daxil olan "Wesemann İnternational" (Vezerman) Məhdud Məsuliyyətli Cəmiyyətin istehsal etdiyi cihazlarla tanışlıq məqsədilə seminar keçirilmişdir.

Seminarın açılışında çıxış edən rektor, akademik Abel Məhərrəmov YUNESKO-nun "Kimya ili" çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən danışıb. Rektor NETZSCH (Neç) qrupu və bu qrupa daxil olan firmaların təkcə Almaniyada deyil, bütün dünyada  istehsal etdiyi malların keyfiyyətinə və səmərəliyinə görə öz əhəmiyyətli yerini həmişə qorumasına diqqət çəkib. Bildirib ki, qrupa daxil olan firmalar tərəfindən istehsal olunan termiki analiz cihazları keyfiyyətə nəzarət və elmi-tədqiqat işlərində, xüsusilə polimer, neft və kimya sənayesində, qeyri-üzvi və tikinti materialları sahəsində, ətraf mühit kimyasında, bərk maddələrin, sulu məhlulların termofiziki xassələrinin öyrənilməsi istiqamətlərində yüksək müvəffəqiyyətlə istifadə olunur.

Daha sonra NETZSCH-ın (Neç) Şərqi Avropa üzrə satış meneceri Lex Gersiq, qrupa daxil olan "Wesemann İnternational" (Vezerman) Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Valentin Fişer, NETZSCH-ın (Neç) Azərbaycan təmsilçisi Gülçin Abbaszadə çıxış edərək qrupun istehsal etdiyi malların keyfiyyətindən, qrupa daxil olan firmaların istehsal etdiyi cihazlara olan maraqdan bəhs ediblər.

Qeyd edək ki, seminar iştirakçıları Bakı Dövlət Universitetinin kimya fakültəsində olub, bu qrupun və ona daxil olan firmaların istehsalı olan STA-449 F3 Yupiter kütlə - spektrometrlə birləşdirilmiş derivatoqrafın işə salınmasında iştirak edib, onun iş prinsipi ilə tanış olublar.

Sonda onu da qeyd edək ki, seminarda BDU ilə NETZSCH qrupu arasında yeni əməkdaşlıq  müqaviləsi imzalanıb.  

Mətbuat və informasiya şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov