Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

Litvanın Azərbaycandakı səfiri Bakıdakı 6 nömrəli məktəb-liseydə olub

 

Mayın 13-də Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas Bakıdakı 6 nömrəli məktəb-liseydə oldu. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı qonaqlar da iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülşən Orucova bildirdi ki, ölkənin göstəricisi onun yeraltı və yerüstü sərvətləri ilə  deyil, kadr potensialıdır. Bu gün   xaricdə təhsil alaraq doğma vətənə layiqli bir vətəndaş, peşəkar mütəxəssis kimi  dönən  gənclərə böyük ehtiyac var. Qeyd edək  ki, Dövlət Proqramına əsasən 2007-2015-ci illərdə 5000 tələbənin xaricdə təhsil alması nəzərdə tutulub. Məktəbimizdə  Beynəlxalq Bakalavriat proqramının qəbul edilməsi məhz Dövlət Proqramının həyata keçməsi üçün aparılan işlərdən biridir. Təhsil Nazirliyinin dəstəyi ilə məktəb Beynəlxalq Bakalavr Təşkilatının (İnternational Baccalaurate Organization) İBO  proqramını tətbiq etməyə çalışır. Bu proqram 14 ildir ki, TİSO məktəbində  tətbiq olunur. İkiillik təhsil dəyəri 71000 dollar olan bu proqram dövlət məktəbi olaraq bu məktəbdə pulsuz olacaqdır. Bu proqram hazırda Xəzər Universitetinin nəzdindəki "Dünya" məktəbində tətbiq olunur. G.Orucova bu proqramın həyata keçirilməsində əsas problemin kadrlarla bağlı olduğunu, lakin məktəbin müəllimlərinin proqramla bağlı İsveçrənin Sürix şəhərində təşkil olunmuş treninqlərdə iştirak etdiklərini bildirdi. İBO proqramının əhəmiyyətindən danışan G.Orucova qeyd etdi ki, məktəbi bitirənlər İB diplomunu alacaqlar ki, bu da onlara dünyanın 138 ölkəsindəki ali məktəblərdə təhsillərini davam etdirməyə imkan verəcək. Maksimum 45 bal toplayan şagirdlərə isə Oksford, Kembric, Harvard kimi universitetlərdə təhsil almaq imkanı verir. İB məktəb sistemi gəncləri axtarışa sövq edir, onların təfəkkürünü inkişaf etdirir. Direktor bu proqramın tətbiq olunduğu Litvadakı həmkarları ilə  əlaqələr yaratdıqlarını və yaxın günlərdə məktəbin bir qrup müəlliminin bu ölkəyə səfər edəcəyini iştirakçıların nəzərinə çatdırdı.

Tədbirdə çıxış edən Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas Litvanın təhsil sistemi haqqında iştirakçılara ətraflı məlumat verdi. Dövlətlərarası əlaqələrin gündən-günə inkişaf etdiyini, bu baxımdan təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan səfir belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Səfir 6 nömrəli məktəbdə İB proqramının tətbiq edilməsi istəyini alqışladı və öz tərəfindən lazımi dəstək göstərəcəyini bildirdi. Belə ki,  4 müəllimin 16-18 may tarixində Litvadakı İB məktəblərinə gedərək məlumat mübadiləsi və  əməkdaşlıq etmələri üçün ezam olunmalarını nəzərə çatdırdı. Məktəbin müəllim və şagirdlərinin, KİV nümayəndələrinin suallarını cavablandıran səfir görüşdən məmnun olduğunu bildirdi.

 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov