Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

M.V.Lomonosov adına MDU-nun Bakı filialında "Açıq qapı günü" 

 

AzərTAc xəbər verir ki, mayın 14-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında "Açıq qapı günü" keçirilmişdir.

MDU-nun Bakı filialının elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri namizədi, dosent Azad Tağızadə tədbiri açaraq qeyd etmişdir ki, "Açıq qapı günü" abituriyentlərə və onların valideynlərinə bu ali məktəbdə tədris olunan ixtisaslar, qəbul imtahanları haqqında məlumat almaq üçün geniş imkanlar verir. O bildirmişdir ki, Bakıda MDU-nun filialının açılması azərbaycanlıların bütün dünyada məşhur olan bu nüfuzlu ali məktəbdə keyfiyyətli təhsil və diplom almasına imkan yaradır. A.Tağızadə demişdir: "Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin qərarı ilə Azərbaycanda da belə bir ali məktəb açılmışdır və indi bizim gənclər MDU-da işləyən, dünyanın ən tanınmış müəllimlərindən dərs alırlar".

MDU-nun Bakı filialında dörd fakültə - filologiya, kimya, riyaziyyat və kompüter elmləri və psixologiya fakültələri fəaliyyət göstərir. MDU-nun filologiya fakültəsinin dekanı, professor Marina Remnyova filologiya fakültəsi haqqında abituriyentlərə məlumat vermişdir. M.Remnyova qeyd etmişdir ki, həmin fakültə iki şöbədən ibarətdir: rus dili və ədəbiyyatı və roman-german filologiyası şöbələri. Professor xatırlatmışdır ki, MDU-nun üç filialı fəaliyyət göstərir - Sevastopolda, Astanada və Bakıda. Lakin M.Remnyova onu da vurğulamışdır ki, filologiya fakültəsi məhz Bakı filialında mövcuddur. Bu fakültə Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə açılmışdır. Bakı filialının MDU-nun digər filiallarından əsas fərqi bundan ibarətdir.

MDU-nun Bakı filialının filologiya fakültəsinin kuratoru Valeriya Baqryantsyeva bu fakültəyə qəbul haqqında ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, filologiya fakültəsinə cəmi 25 yer, o cümlədən italyan dili və ədəbiyyatı üzrə 9 yer, ingilis dili və ədəbiyyatı üzrə 9 yer, rus dili və ədəbiyyatı üzrə 7 yer ayrılmışdır. Fakültədə məşğələlər əsasən MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır.

Tanınmış alim, həmvətənimiz, MDU-nun diskret riyaziyyat kafedrasının müdiri, professor Oqtay Qasımzadə tədbirə toplaşanlara riyaziyyat və kompüter elmləri fakültəsi haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, Bakı filialında bu fənləri MDU-da fəaliyyət göstərən nüfuzlu riyaziyyat məktəbinin məzunları olan dünyanın ən məşhur riyaziyyatçıları tədris edirlər. Professor Anatoli Kambarov isə qeyd etmişdir ki, bu fakültədə cəbr, riyazi analiz, analitik həndəsə, proqramlaşdırma, iqtisadiyyatda riyazi metodlar və başqa fənlər öyrənilir. Tələbələr burada riyazi və proqram təminatı, informasiyanın qorunması sahələri üzrə ixtisaslaşa bilərlər.

Filialın psixologiya fakültəsində psixoloqlar və psixologiya müəllimləri hazırlanır. Psixologiya elmləri namizədi Andrey Kilemnikov qeyd etmişdir ki, bu fakültənin məzunları gələcəkdə biznes sahəsində, məktəbdə, ordu qurumlarında praktiki psixoloqlar kimi işləyə, eləcə də elmi və pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

MDU-nun Bakı filialında ən müasir avadanlıqla təchiz edilmiş 5 laboratoriya fəaliyyət göstərir. Bu barədə MDU-nun kimya fakültəsinin dekan müavini, professor Sergey Karlov məlumat vermişdir. O, abituriyentləri həmin fakültəyə daxil olmağa çağıraraq onları əmin etmişdir ki, Azərbaycanda bu kadrlara həmişə tələbat olacaqdır, çünki burada inkişaf etmiş neft-kimya sənayesi vardır və bu proses yüksələn xətt üzrə davam edir. Professor qeyd etmişdir ki, fakültədə fiziki kimya, üzvi kimya, neft kimyası və digər ixtisasları seçmək olar.

MDU-nun Bakı filialının qəbul komissiyasının məsul katibi olan S.Karlov bildirmişdir ki, filial bu il dörd fakültəyə qəbul elan edir. O qeyd etmişdir ki, imtahanların nəticələri 100 ballıq sistem üzrə qiymətləndiriləcəkdir. Bu halda maksimum bal toplamış abituriyent ali məktəbə qəbul edilir. Məsul katib əlavə etmişdir ki, imtahanlara Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş test imtahanlarında 300 və daha çox bal toplamış abituriyentlər buraxılacaqdır. Daha sonra o demişdir ki, imtahanlar yazılı şəkildə keçiriləcək və 4 saat davam edəcəkdir.

Xatırladaq ki, MDU-nun Bakı filialına daxil olmaq üçün qəbul sınaqlarında iştirak etmək arzusunda olanlar qəbul komissiyasına TQDK-nın test imtahanlarında topladıqları ballar haqqında arayışı, orta təhsil haqqında sənədin əslini, şəxsiyyət vəsiqəsini və 3x4 sm ölçüdə 8 fotoşəkil təqdim etməlidirlər. Filialda təhsil Azərbaycan vətəndaşları üçün pulsuzdur. Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu veriləcəkdir. MDU-nun Bakı filialına sınaqlardan uğurla keçməyən abituriyentlər heç bir məhdudiyyət olmadan respublikanın digər ali məktəblərinə qəbul olmaq üçün TQDK-nın keçirdiyi müsabiqədə iştirak edə bilərlər. Filiala daxil olmaq üçün imtahanlar iyulun sonu - avqustun əvvəlində keçiriləcəkdir.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov