Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

Magistrantların I beynəlxalq konfransı

 

Bakı Slavyan Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş  "Humanitar elmlərin aktual problemləri" mövzusunda magistrantların I beynəlxalq konfransı keçirilib. Bakı Slavyan Universitetinin təşəbbüsü ilə təşkil olunan tədbirdə Azərbaycan universitetlərinin nümayəndələri ilə yanaşı Rusiya, Belarus, Gürcüstan, Türkiyə, Koreyadan olan magistrantlar da iştirak ediblər.

Konfransda Naxçıvan Dövlət Universitetinin magistrantlarından Azərbaycan dili ixtisaslaşması üzrə II kurs tələbəsi  Röyal Məmiyev və bu sətirlərin müəllifi universitetimizi təmsil ediblər.

Tədbirin ilk günü iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, ümummilli liderin abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Konfransın açılış mərasimində Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Məmməd Əliyev, Kutaisi Dövlət Universitetinin magistrantı Elizabet Adeişvili, Naxçıvan Dövlət Universitetinin təmsilçilərindən bu sətirlərin müəllifi, BSU-nun magistrantı Pərvin Eyvazov, İstanbul Kültür Universitetinin magistrantı Aysel Hüseynova çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.  Digər universitetlərin tələbələri Bakı Slavyan Universitetinin maddi-texniki bazası ilə tanış olublar.

Sonra konfrans öz işini 4 bölmədə - dilçilik, ictimai elmlər, ədəbiyyatşünaslıq və pedaqoji elmlər bölmələrində davam etdirib. Bölmələrdə ümumilikdə 249 tezis müzakirə edilib.

Konfransın bağlanış mərasimində Bakı Slavyan Universitetinin rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü Kamal Abdullayev çıxış edib. Konfrans iştirakçılarının və qonaqların çox mühüm müzakirələr apardıqlarını bildirən rektor Azərbaycanda elmin inkişafında ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərini qeyd edib.  Daha sonra bölmə rəhbərləri hesabat veriblər. Əldə edilən nəticələr müzakirə edilib, fərqlənən magistrantlara diplom və təşəkkürnamələr, hədiyyələr təqdim olunub.  

Elnur KƏLBİZADƏ,
NDU-nun I kurs magistrantı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov