Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə birgə forum keçirilib

 

Mayın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) "İnformasiya cəmiyyətinin əsasları" kursu çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin tələbələri ilə birgə Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş forum keçirilmişdir.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, İKT-nin minilliyin inkişaf məqsədlərinin uğurla bərqərar olmasında getdikcə daha böyük əhəmiyyətə malik olduğunu söyləyən institutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev bu günün yaranma tarixi barədə məlumat vermişdir.

Azərbaycanda Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün ilk dəfə 2007-ci ildə qeyd edildiyini bildirən alim yeni cəmiyyətin təşəkkülü və bərqərar olmasında bilavasitə iştirak edən, İnternetin demokratik imkanlarından, innovativ mobil xidmətlərindən geniş bəhrələnən ölkəmizdə regionların qlobal şəbəkə ilə təmin edilməsi istiqamətində görülmüş işləri diqqətə çatdırmışdır. Alim həmçinin İnternetə çıxış sürəti və imkanlarının artırılması, genişzolaqlı İnternet xidmətlərinin təşkili, bir sözlə, şəbəkədən keyfiyyətli istifadə siyasətinin həyata keçirilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən davamlı kompleks tədbirlərin görüldüyünü bildirmişdir. Direktor telekommunikasiya və İKT sektorunun dinamik inkişafı üçün peyk şəbəkələrinin tətbiqi və rəqabətədavamlılığının artırılması istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğulamışdır.

Natiq müasir dövrdə dünyanın nüfuzlu informasiya texnologiyaları, universitet və mərkəzləri, elmi-tədqiqat institutları ilə davamlı elmi əməkdaşlıq əlaqələrinin yaradılması, bilik və təcrübə mübadiləsinin aparılmasında innovativ mobil texnologiyaların yaratdığı imkanlardan da söhbət açmışdır. Bununla bağlı videokonfrans və telekörpülərin əhəmiyyətindən danışan R.Əliquliyev institutun Tədris-İnnovasiya Mərkəzinin nəzdində yaradılmış və bu yaxınlarda istismara verilmiş Distant Tədris Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirmişdir. O, Naxçıvan Dövlət Universiteti, Qars Qafqaz Universiteti və İTİ arasında təşkil edilmiş videokonfransın əhəmiyyətini qeyd edərək bu kimi tədbirlərin keçirilməsinin üstünlüklərindən danışmışdır.

Tələbələrin maraq dairəsində olan çoxsaylı sualları cavablandıran alim ölkəmizdə biometrik pasportların, o cümlədən təhsil sistemində distant tədrisin tətbiqi ilə bağlı aparılan işlər, həmçinin YouTube, Facebook, Twitter kimi sosial şəbəkələrdən istifadə qaydaları haqqında da məlumat vermiş, bu məsələlərlə bağlı fikir və tövsiyələrini bildirmişdir.

Qeyd edək ki, İTİ-də BDU-nun jurnalistika fakültəsi ilə birgə informasiya cəmiyyətinin əsasları fənninin tədrisinə dair innovativ layihə 2008-ci ildən həyata keçirilir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov