Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

Dünya universitetləri

 

Çapel-Hill Şimali Karolina Universiteti

 
  Yerləşir:  ABŞ, Şimali Karolina ştatı, Çapel-Hill şəhəri  
Yaranma tarixi: 1789-cu il
Tipi: Dövlət  
İşçi heyətinin ümumi sayı: 12500 nəfər
Tələbələrin ümumi sayı: 30000 nəfər
İllik gəlirləri: 2 milyard ABŞ dolları 
Rəsmi saytı: www.unc.edu
 

Çapel-Hill Şimali Karolina Universiteti (University of North Carolina at Chapel Hill) ABŞ-da Şimali Karolina ştatının ən tanınmış şəhəri olan Çapel-Hilldə yerləşir və ştatın ən böyük dövlət universitetidir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Çapel-Hill Şimali Karolina Universiteti 100 ən yaxşı ali məktəb arasında 78-ci yerdə olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Çapel-Hill Şimali Karolina Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 30-cu, "QS World University Rankings"in açıqlamasına görə isə 57-ci yerdə qərarlaşıb. 

Tarixi 

1789-cu il dekabrın 11-də Şimali Karolina ştatının Baş Assambleyası yeni universitet yaradılması haqqında qanun qəbul edir. 1793-cü ildə şəhər kənarındakı qədim kilsə dağıntılarının yanında universitetin ilk təməli qoyulur və artıq 1795-ci ildə Şimali Karolina Universiteti tələbələrini qəbul edir. 

ABŞ-da vətəndaş müharibəsi dövründə Şimali Karolina ştatının əhalisi çox itki verir. 1870-ci ilin dekabrından 1875-ci ilin sentyabrınadək Şimali Karolina Universiteti  fəaliyyətini bərpa etmək məqsədi ilə bağlı qalır.

1963-cü ildə bu ali məktəbdə oğlanlarla qızların birgə təhsilinə keçid baş tutur. Nəticədə Qadın Kolleci Qrinsboro Şimali Karolina Universiteti, Şimali Karolina Universiteti isə Çapel-Hill Şimali Karolina Universiteti adlandırılır.

1960-cı ildə ali məktəbin kampusunda vətəndaşların bərabər hüquqlarının təmin olunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə etiraz aksiyaları keçirilir. 1964-cü ildə "Vətəndaş hüquqları" haqqında qanun qəbul olunanadək şəhərdə kütləvi aksiya və iğtişaşlar davam edir. 

Büdcəsi və təhsil haqqı 

2010-cu ildə Çapel-Hill Şimali Karolina Universitetinin ianə fondunun gəlirləri təxminən 2 milyard ABŞ dolları təşkil edib.

2010-2011-ci tədris ilində Çapel-Hill Şimali Karolina Universitetinin bakalavr pilləsində təhsil haqqı yerli tələbələr üçün ildə 7008, əcnəbi tələbələr üçün isə 26834 ABŞ dolları olub. Magistratura və doktorantura səviyyələrində yerli tələbələrin təhsil haqqı ildə 8646, əcnəbi tələbələrin təhsil haqqı isə 24332 ABŞ dolları arasında dəyişib.

2010-2011-ci tədris ilində Çapel-Hill Şimali Karolina Universitetində oxumaq üçün bakalavr səviyyəsində yerli tələbəyə təhsil haqqı daxil olmaqla ümumilikdə 20660, əcnəbi tələbəyə isə 41140 ABŞ dolları lazım gəlib. Həmin vəsaitin 5520 ABŞ dollarına yataqxana, 1150 ABŞ dollarına kitab və dərs ləvazimatları, 750 ABŞ dollarına nəqliyyat, 926 ABŞ dollarına tibbi sığorta, 5306 ABŞ dollarına isə digər xərclər daxildir. Magistratura və doktorantura səviyyələrində təhsil alan yerli tələbələrə təhsil haqqı daxil olmaqla ümumilikdə 29984, əcnəbi tələbələrə isə 45670 ABŞ dolları tələb olunur. Bu məbləğin 11040 ABŞ dollarını yataqxana, 1150 ABŞ dollarını kitab və dərs ləvazimatları, 1404 ABŞ dollarını nəqliyyat, 926 ABŞ dollarını tibbi sığorta, 6818 ABŞ dollarını isə digər xərclər təşkil edir.

Çapel-Hill Şimali Karolina Universiteti tələbələrə ayırdığı Morhed-Kain təqaüdü ilə tanınır. Bu təqaüd təhsil haqqı, yataqxana və qida, kitab və dərs ləvazimatları və s. 4 illik xərcləri tamamilə ödəyir. Eyni zamanda ali məktəb Robertson, Trumen, Qolduoter, Mitçell, Çerçill, Fulbrayt, Marşall, Udoll, Mellon təqaüd proqramları ilə də öyünə bilər.  

Universitet bu gün

 Çapel-Hill Şimali Karolina Universitetinin kampusu 729 akr (3 km2) sahəni - Polk və MakKorkl ərazilərini əhatə edir. Polk ərazisi universitetin məzunu olmuş ABŞ-ın 11-ci prezidenti Ceyms Polkun, MakKorkl ərazisi isə universitetin nizamnaməsi olan qanun layihəsini işləmiş Samuel Eusebius MakKorklun şərəfinə adlandırılıb. Qeyri-rəsmi olaraq ali məktəbin kampusu Şimali, Mərkəzi və Cənubi şəhərciklərə bölünüb. Şimali kampusda Pit, Frenk Porter Qrem Tələbə Təşkilatı binaları, Uilson kitabxanası yerləşir. Mərkəzi kampusda Fetzer Fild, Vullen Gimnaziyası, Kenan Memorial,  Boşamer stadionları, Eddi Smit Fild, Karmaykl auditoriyası, Hökumət, Hüquq məktəbləri, Sonya Haynes Ston Qaraların Mədəniyyəti və Tarixi, Corc Uotts Hill Məzun mərkəzləri və s. binalar yerləşir.       Cənubi kampusda kişilər üçün Din Smit basketbol mərkəzi, Tibb Məktəbi, universitet xəstəxanaları, Kenan-Fleqler Biznes Məktəbi, ən yeni yataqxanalar yerləşir. Ali məktəbin ərazisindəki ən məşhur tikililərdən biri 1916-cı ildə Uilyam Şekspirin 300 illiyi şərəfinə tikilmiş açıq Meşə teatrıdır. Daşdan olan amfiteatrın səhnəsi təpənin aşağısında sıx ağacların arasında, oturacaqları isə təpədə yerləşir.

Çapel-Hill Şimali Karolina Universitetinin Yeni Peyk kampusu 2007-ci ildə Horas Uilyams aeroportunun yerində tikilib. Burada yeni elmi-tədqiqat parkı, yataqxanaların tikintisi həyata keçirilir.

Çapel-Hill Şimali Karolina Universitetinin simvollarından biri qədim Fontanın yerində tikilmiş klassik rotonda (girdə və ya yarımgirdə qübbəli kiçik bina) - Qədim Bulaq tikilisidir. Bu bina Qədim Şərq və Qədim Qərb yataqxana komplekslərinin arasında, MakKorkl ərazisinin cənubundakı qazonun yaxınlığında yerləşir. Rotondada içməli su bulağı quraşdırılıb. Deyimə görə, bu bulaqdan su içən birinci kurs tələbəsini bütün təhsili boyu uğurlar gözləyir. Ali məktəbin digər simvolu isə Davie-Pappel - 300-375 yaşı olan qovaq ağacıdır. Digər deyimə görə isə bu ağac mövcud olduqca Çapel-Hill Şimali Karolina Universiteti də çiçəklənəcək və inkişaf edəcək. Bunun üçün ağac betonla möhkəmləndirilib və troslarla ətraf ağaclara birləşdirilib.

Çapel-Hill Şimali Karolina Universitetində 14 məktəb, eləcə də İncəsənət və Dəqiq Elmlər Kolleci fəaliyyət göstərir. Universitet 77 bakalavr, 107 magistr, 69 doktorluq və 6 peşə proqramı təklif edir. 

İncəsənət və Dəqiq Elmlər Kolleci universitetin ən böyük akademik bölməsidir. Kollec Afrika və Afro-Amerika tədqiqatları, Amerika, Asiya tədqiqatları, İngilis və müqayisəli ədəbiyyat, German, Roman, Slavyan dilləri və ədəbiyyatları, Linqvistika, Antropologiya, İncəsənət, Dramatik incəsənət, Klassika, Musiqi, Fəlsəfə, Psixologiya, Sosiologiya, İlahiyyat, Kommunikativ tədqiqatlar, Tarix, Biologiya, Kimya, Dəniz elmləri, Şəhər və regional planlaşdırma, İqtisadiyyat, Coğrafiya, Geologiya elmləri, Aerokosmik tədqiqatlar, Kompüter elmləri, Riyaziyyat, Fizika və astronomiya, Fiziki tərbiyə və idman elmləri, Hərbi elmlər, Hərbi-dəniz elmləri, Siyasi elmlər, İctimai siyasət, Statistika və əməliyyatlar tədqiqatları, Qadın tədqiqatları fakültələri, Afrika, Qədim Dünya tədqiqatları, İncəsənət və Dəqiq Elmlər Fondu, Karolina Asiya, Yaxın Şərq və Müsəlman Mədəniyyəti, Yəhudi Tədqiqatları, Karolina Sahibkarlıq Təşəbbüsü, Cəmiyyət Birliyi, Avropa, Slavyan, Avrasiya və Şərqi Avropa tədqiqatları, Şəhər və Regional Tədqiqatlar, Uinston Haus Avropa Tədqiqatları, Ceyms Conston Bakalavr, Əlillərin Tədrisi, Luis Harris Verilənlər Arxivi, Parr Etika,  Pleymeyker, Cinsi Tədqiqatlar mərkəzləri, İncəsənət və Humanitar Elmlər, Amerika Tədqiqatları, Açıq Dram institutlarından ibarətdir. 

Stomatologiya Məktəbi Stomatoloji ekologiya, Diaqnostika elmləri və ümumi stomatologiya, Endodontiya, Cərrahiyyə stomatologiyası, Ağız və üz-çənə cərrahiyyəsi, Ortodontiya, Uşaq stomatologiyası, Parodontologiya, Protezləşdirmə fakültələrindən ibarətdir. Məktəbdə bakalavr səviyyəsi üzrə Diş gigiyenası, Stomatoloji gigiyena, Ümumi stomatologiya üzrə təhsilin davam etdirilməsi, Stomatoloji yardım, Ağız və üz-çənə cərrahiyyəsi, magistratura səviyyəsində Endodontiya, Stomatoloji gigiyena təhsili, Stomatoloji cərrahiyyə, Ağız və üz-çənə cərrahiyyəsi, Ortodontiya, Uşaq stomatologiyası, Paradontologiya, Protezləşdirmə, doktorluq səviyyəsi üzrə Ağız biologiyası, Ağız epidemiologiyası, doktorluqdansonra isə  Ağız xəstəliklərinin kliniki tədqiqatları proqramları təklif edilir.

Eşelman Əczaçılıq Məktəbində Tibbi kimya və təbii məhsullar, Molekulyar əczaçılıq, Farmakoterapiya və eksperimental terapiya, Əczaçılıq nəticələri və siyasəti, Əczaçılıq təcrübəsi və eksperimental təhsil departamentləri, İnteqral Kimyəvi Biologiya və Dərman Kəşfləri, Dərman Çatdırılması Nanotexnologiya, Əczaçılıqda Pedaqoji Üstünlük mərkəzləri, Farmakogenomika və İndividual Terapiya İnstitutu fəaliyyət göstərir. 

Tibb Məktəbində fundamental elmlər üzrə Qarışıq tibbi elmlər, Biokimya və biofizika, Biotibbi mühəndislik, Hüceyrə və inkişaf biologiyası, Hüceyrə və molekulyar fiziologiya, Genetika, Mikrobiologiya və immunologiya, Patalogiya və laborator tibb, Əczaçılıq, Sosial tibb departamentləri, kliniki elmlər üzrə isə Anesteziologiya, Dermatologiya, Təcili tibbi yardım, Ailə tibbi, Tibb, Nevrologiya, Neyrocərrahiyyə, Qidalanma, Mamalıq və ginekologiya, Oftalmologiya, Ortopediya, Otolarinqologiya, baş və boyun cərrahiyyəsi, Patalogiya və laborator tibb, Pediatriya, Fiziki tibb və reabilitasiya, Psixiatriya, Radiasiya onkologiyası, Radiologiya, Cərrahiyyə departamentləri, 50-dən çox elmi-tədqiqat mərkəzi, institut və xəstəxana mövcuddur.

Tibb Bacısı Məktəbinə Səhiyyə, Ailə sağlamlığı, Yaşlı və geriatrik sağlamlıq, Tədqiqat, Əməkdaşlıq və təcrübə bölmələri daxildir. Məktəbdə tədqiqatlar əsas beş sahə üzrə aparılır: Profilaktika, xroniki xəstəliyin və digər xəstəliklərin müalicəsi, Səhiyyə və xəstələrin müalicə nəticələrinin keyfiyyətinin yüksəldilməsi, Anlayış, biodavranış, xəstəlik və sağlamlığın genetik əsasları, Elmlərə innovativ yanaşma və onun təcrübədə istifadəsi.

Gillinqs Qlobal İctimai Səhiyyə Məktəbinin Biostatistika, Ekologiya və texnika, Epidemiologiya, Sağlamlıq üzrə davranış və tibbi məlumatlandırma, Səhiyyə siyasəti və idarəetməsi, Ana və uşaq sağlamlığı, Qidalanma, Səhiyyə üzrə liderlik proqramı departamentləri, 20-dən çox institut, laboratoriya və elmi-tədqiqat mərkəzi mövcuddur.

Pedaqogika Məktəbində ümumtəhsil məktəblərində müəllim çatışmazlığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi, kənd yerlərində təhsilin keyfiyyəti, kiçik yaşlı uşaqların inkişafı və digər məsələlər üzrə tədqiqatlar həyata keçirilir. Burada Kənd Təhsilinin İnkişafı üzrə Milli Elmi-Tədqiqat, Elmin İnkişafı mərkəzləri,  Frank Porter Qrem Uşaq Tədqiqatları İnstitutu fəaliyyət göstərir.

Hüquq Məktəbi hüquq və qanunlar üzrə tədqiqatlar aparır, Bank İşi və Maliyyə; Vətəndaş Hüquqları; Mübarizə, İş və İmkanlar; Hüquq, Ətraf Mühitin Mühafizəsi, Uyğunlaşma və Resurslar; Hüquq və Hökumət; Fənlərarası; İntellektual Mülkiyyət Təşəbbüsü mərkəzlərindən ibarətdir.

İctimai Fəaliyyət Məktəbi Cordan Ailə İnstitutu ilə əməkdaşlıq edir. 1920-ci ildə yaradılan bu məktəb dünyada yoxsulluğun aradan qaldırılması, psixi sağlamlıq, zorakılıq, psixotrop maddələrin qəbulu, təbii fəlakət və digər qlobal məsələlər üzrə tədqiqatlar həyata keçirir.

Hökumət Məktəbində Vətəndaş təhsili, Ailə hüququ, Cəmiyyət və iqtisadi inkişaf, Səhiyyə və sosial xidmət, Problemlərin birgə həlli və əməkdaşlıq, İnsan resurslarının idarə olunması, Düzəlişlər, İnformasiya texnologiyaları, Məhkəmələr və məhkəmə administrasiyası, Həddi-buluğa çatmayanların hüququ, Kriminal hüquq, Torpaq istifadəsi planlaşdırması və inkişafı, Təhsil qanunu, Liderlik və idarəetmə, Əmək hüququ, Yerli maliyyə hökuməti, Ətraf mühit, Yerli qanunvericilik hökuməti, Qiymətləndirmə və ölçmə, Ştat hökuməti akademik proqramları təklif olunur.  

Kenan-Fleqler Biznes Məktəbi biznes, maliyyə, menecment, iqtisadiyyat və s. üzrə akademik proqramlar təklif edir. Məktəbdə Hava Ticarəti, Biznes Proqnozlaşdırması, Korporativ Maliyyə, Qarşılıqlı Mədəni və Xarici Dil Təhsili, İqtisadi İnkişaf, Sahibkarlıq Tədqiqatları,  Beynəlxalq Biznes Təhsili və Tədqiqatı, Logistika və Rəqəmsal Strategiya, Daşınmaz Əmlakın İnkişafı, Sabit Müəssisələr, Akademik Vergi Tədqiqatları, Şəhər İnvestisiya Strategiyaları mərkəzləri, Davranış Laboratoriyası, Kenan Asiya İnstitutu fəaliyyət göstərir.

Jurnalistika və Kütləvi Kommunikasiya Məktəbi jurnalistika, reklam, ictimaiyyətlə əlaqə, kommunikasiya, eləcə də qrafik dizayn, redaktə etmə, elektron kommunikasiya (televiziya və radioyayım), multimedia, fotojurnalistika, hesabat, strateji əlaqə sahələri üzrə müxtəlif akademik proqramlar təklif edir. Burada Biznes-jurnalistika, Tibb və jurnalistika elmləri, İdman kommunikasiyası, Fənlərarası səhiyyə kommunikasiyası, Latın Amerikası jurnalistikası və media tədqiqatları, eləcə də digər xüsusu proqramlar mövcuddur. 

İnformasiya və Kitabxanaçılıq İşi Məktəbində tələbələrə informasiya axtarışı, davranış informasiyası, istehlakçı sağlamlığı,  metadata, uşaq ədəbiyyatı, elektron kitabxanalar, arxiv və rəqəmsal qoruma, kiberinfrastruktur, elmi kitabxana işi, informasiya agentliklərinin idarə olunması, tarix və folklor, eləcə də digər bir çox sahələr üzrə təhsil verilir. Məktəb Muzey və Kitabxana Xidmətləri, Milli Səhiyyə institutları, Milli Elmi Fond, Arxiv və Sənədlərin İdarə olunması, Milli Tarixi Nəşrlər və Hesabat Komissiyası mərkəzləri ilə əməkdaşlıq edir.

Yuxarıda sadalanan məktəblərlə yanaşı, universitetdə Yay Məktəbi, magistr, doktorant və diplomdan sonra təhsil üzrə mütəxəssislər hazırlayan Ali Məktəb, eləcə də Uilyam və İd  Cümə Əlavə Təhsil Mərkəzi fəaliyyət göstərir.

Çapel-Hill Şimali Karolina Universitetinin 6 milyona yaxın kitab və digər kolleksiyaya malik kitabxana sistemi ölkənin ən zəngin kitabxanalarından biridir. Kitabxanada ədəbiyyat, vizual və təsviri incəsənət, tarix, mədəniyyət sahələrinə aid misilsiz material toplanıb. Əsas Devis kitabxanasından başqa universitetin kitabxana sisteminə digər bölmə kitabxanaları-Uilson, Nadir kitablar və Cənubi Folkloristika, RB Haus Bakalavr kitabxanaları daxildir. Devis kitabxanası ali məktəbin nəhəng akademik fonduna malikdir və 1984-cü ildə açılıb. Bu kitabxana Şimali Karolina ştatının məşhur xeyriyyəçisi Uolter Royal Devisin şərəfinə belə adlandırılıb. Robert Hausun şərəfinə adlandırılmış RB Haus Bakalavr kitabxanası 1968-ci ildə açılıb və Devis kitabxanası yaradılanadək ali məktəbin əsas kitabxanası kimi fəaliyyət göstərib. Hazırda bu kitabxana xüsusi tədbirlərin, sərgilərin keçirildiyi və nadir kitabların toplandığı əsas məkandır.

2002-ci ilin yazında Çapel-Hill Şimali Karolina Universitetinin kitabxanası iki hissədən ibarət kolleksiya (Parisdəki qədim rus kitabları satılan mağazanın sahibi Andrey Savinin sağlığında və onun ölümündən sonra mağazanın anbarında qalmış materialları) əldə edib. Bütün bu kolleksiya ümumilikdə 60000 kitab, jurnal və digər dövri nəşrlər, əlyazma və çap sənədləri, şəkillər, səsyazmalar, poçt açıqçaları, pul kupürləri nümunələri və s. materiallardan ibarətdir. Bu kolleksiyaya aid 16000 kitab dünyanın müxtəlif şəhərlərində rus diasporu tərəfindən nəşr edilmiş kitablardır. Çapel-Hill Şimali Karolina Universitetinin kitabxanasında həmin kolleksiyaya İnternet vasitəsi ilə çıxış yaratmaq məqsədi ilə "Rusiyadan kənarda Rusiya" mərkəzi yaradılıb.

Çapel-Hill Şimali Karolina Universitetinin 10-cu kansleri hazırda kimya üzrə professor Herbert Holden Torpdur. Ali məktəb Qəyyumlar Şurası tərəfindən idarə olunur. Şuraya III Robert Uinston rəhbərlik edir. Onun müavini isə xanım Barbara Rosser Hayddır. Universitetdə ümumilikdə 12500-ə yaxın işçi çalışır. Onların 4000-ə qədəri akademik, qalanları isə inzibati heyətdir.

Ali məktəbdə təhsil alan tələbələrin sayı 30000 nəfərə qədərdir. Tələbələrin 20000-ə yaxını bakalavr, qalanları isə magistrant və doktorantlardır.

Çapel-Hill Şimali Karolina Universitetinin kampusunda 13 müxtəlif yaşayış ərazilərinə bölünmüş 32 yataqxana kompleksi fəaliyyət göstərir. Yataqxana kompleksi bir və bir neçə binadan ibarətdir, əsasən Qədim Şərq və Qədim Qərb yataqxana kompleksləri ərazilərinə bölünüb. Kompleksin direktor, menecer, məsləhətci, köməkçi daxil olmaqla xüsusi işçi personalı mövcuddur. Ali məktəbin Cənub kampusunda Meyson Farm Roud, Beyli Hill, Kreyc, Erinqus, Hardin, Horton, Kori, Morrison yataqxanaları, Odum, Ram tələbə kəndləri, Şimali kampusda Oldermen, Aleksandr, Aykok, Kobb, Konnor, Everett, Qrehem, Qrayms, Coyner, Kenan, Lyuis, Manqam, Spenser, Steysi və s., Mərkəzi kampusda isə Eyveri, Karmaykl, Parker, Tiq yataqxanaları yerləşir.

Bütün ABŞ universitetləri kimi, Çapel-Hill Şimali Karolina Universiteti də əvəzolunmaz idman nailiyyətlərinə malikdir. Ali məktəbin idman üzrə ən məşhur yetirməsi əfsanəvi basketbolçu Maykl Cordandır. Universitetin digər çempionları arasında basketbolçular Fil Ford, Tayler Hansbro, Antuan Ceymison, Vins Karter, Ceyms Uorti,  otüstü xokkey oyunçusu Reyçel Douson, qadın futbolçular Mia Hamm, Kristin Lilli, Tişa Venturini və digərlərinin adlarını sadalamaq olar. Universitetdə, əsasən,  idmanın basketbol, futbol, reqbi, otüstü xokkey, tennis, beysbol, lakross və s. növləri inkişaf etdirilib. Çapel-Hill Şimali Karolina Universitetinin idman komandaları ümumilikdə "Tar Heels" (Qatran dabanlar) adlandırılır. Komandaların talismanı isə Ramzes (buynuzlu qoç), İribuynuzlu Ramdır (Şimali Amerikada xırda buynuzlu heyvan, qoyun növü). 

Çapel-Hill Şimali Karolina Universitetinin missiyası tədqiqatların aparılması, müxtəlif ixtisas bacarıqlarına malik bakalavr, magistr və doktorlar, gələcək liderlər nəsli yetişdirmək, ölkə və dünya əhalisinin həyat tərzini yüksəltmək üçün ən müasir xidmətlər göstərmək, mövcud olan əsas problemlərin həllini tapmaqdır. Əsas prinsipi və şüarı "İşıq və azadlıq" sözlərindən ibarət olan Çapel-Hill Şimali Karolina Universiteti sürətlə inkişaf edərək gələcəyin lider elmi-tədqiqat mərkəzinə çevrilmək niyyətindədir.  

Universitetin məşhur məzunları 

  Ceyms Noks Polk ABŞ-ın 11-ci prezidenti  
  Uilyam Kinq ABŞ-ın 13-cü vitse-prezidenti  
  Con Henri İton ABŞ-ın Hərbi məsələlər üzrə 13-cü dövlət katibi  
  Con Meyson ABŞ-ın Hərbi dəniz donanmasının sabiq rəhbəri, ABŞ-ın 18-ci baş prokuroru  
  Pol Kolton Amerika Fond Birjasının sədri  
  Markus Smit  ABŞ-ın "Speedway Motorsports" şirkətinin prezidenti  
  Hyu Mak-Kol  "Bank of America"nın sabiq baş direktoru  
  Meri Syu Koulman Miçiqan Ştat Universitetinin prezidenti  
  Elson Floyd Vaşinqton Ştat Universitetinin prezidenti  
  Kerol Qarrison Birminhem Alabama Universitetinin prezidenti  
  Hizer Monro-Blyum MakGill Universitetinin vitse-kansleri  
  Robert Furçqott  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Sara Koen jurnalistika tədqiqatları üzrə Pulitzer mükafatı laureatı  
  Horasi Karter  dövlət qulluğu üzrə Pulitzer mükafatı laureatı  
  Cef  MakNelli cizgi filmləri redaksiyası üzrə üçqat Pulitzer mükafatı laureatı  
  Maykl Cordan dünya üzrə tanınmış ABŞ basketbolçusu   

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov