Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

Beynəlxalq statuslu "Dünya" məktəbi

 

Tərkibində ali, orta ixtisas, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələri olan təhsil kompleksləri dünyada çoxdan mövcuddur və özünü artıq doğruldub. Son illər ölkəmizdə həyata keçirilən təhsil islahatları, təhsilimizin beynəlxalq təhsil məkanına inteqrasiyası yönündə atılan addımlar nəticəsində Azərbaycanda da belə təhsil strukturları yaranmışdır. Hazırda ölkəmizdə tərkibində orta ixtisas, orta ümumtəhsil məktəbləri, hətta uşaq bağçaları olan xeyli ali məktəb fəaliyyət göstərir. Onlardan biri də Xəzər Universitetidir. Ölkəmizdə ilk ingilisdilli özəl ali təhsil müəssisəsi olan bu universiteti həm də öz nəzdində orta ümumtəhsil məktəbi yaratmaq ideyasını ilkin gerçəkləşdirən ali məktəblərimizdəndir.

1998-ci ildə universitetin nəzdində fəaliyyətə başlamış "Dünya" məktəbi artıq çoxdan bu ideyanın faydalı olduğunu təsdiq etmiş və bir sıra sanballı uğurlara imza atmışdır. 

Yeni dərs ilində "Dünya" məktəbinə şagird qəbulunun başlanması ilə əlaqədar, habelə bu ümumtəhsil müəssisəsinin ictimaiyyətə daha yaxından tanıtdırılması məqsədi ilə mayın 7-də məktəbdə bir qrup KİV əməkdaşı ilə görüş keçirilmişdir. Görüşdə Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, universitetin rektoru, professor Con Rayder, "Dünya" məktəbinin təsisçisi Nailə İsayeva, direktoru Mərufə Mədətli, beynəlxalq İB proqramının koordinatoru Rəna Musayeva iştirak edirdilər.

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı jurnalistləri salamlayıb, 1991-ci ildə təsis olunmuş Xəzər Universitetini təhsil kompleksinə çevirmək, onun nəzdində müasir təhsil modelinin tətbiq olunduğu, yeni təlim forma və metodları ilə işləyən ümumtəhsil məktəbi yaratmaq ideyası və onu gerçəkləşdirmək üçün gördükləri işlər barədə onlara qısa məlumat verdi. Bildirdi ki, dərsdə müəllimin fəal, şagirdlərin isə passiv iştirakçı olduğu ənənəvi təlimdən fərqli olaraq əsasını uşaqlara sevgi təşkil edən, müəllimə istiqamətverici, məşqçi rolu ayıran, şagirdləri isə dərsin fəal iştirakçısına çevirən, onların yaradıcı axtarışlarına geniş meydan verən yeni ümumtəhsil məktəbi yaratmaq ideyasını həyata keçirmək üçün universitetin əməkdaşları bir sıra xarici ölkələrdə olmuş, bu sahədə dünyada mövcud olan təcrübəni öyrənmişlər. Nəticədə 1998-ci ildə universitetdə eksperimental ümumtəhsil sinifləri açılmış və həmin siniflərin bazasında "Dünya" məktəbi yaradılmışdır. Dünyada əsas beynəlxalq ünsiyyət vasitəsi olan ingilis dilinin öyrədilməsinə məktəbdə xüsusi diqqət yetirilir.

H.İsaxanlı "Dünya" məktəbinə beynəlxalq status vermək üçün göstərdikləri fəaliyyətlərdən də söz açdı. Qeyd etdi ki, bu məqsədlə dünyada ən geniş yayılmış məktəb tipləri öyrənilmiş və seçim zamanı Beynəlxalq Bakalavr Təşkilatının beynəlxalq məktəb tipinə üstünlük verilmişdir. Məktəb özünün çox yüksək standartları və pedaqoji dəyərləri ilə bütün dünyada tanınan Beynəlxalq Bakalavr Təşkilatı (İnternational Baccalaurate Organization) - İBO-nun çətin akkreditasiyasından keçərək 2009-cu  il yanvarın 16-da "Beynəlxalq İB məktəbi" statusu almış və İBO-ya üzv olmuşdur. Bu status məktəbin eyni zamanda həm beynəlxalq İB diplomu, həm də orta təhsil haqqında attestat alan məzunlarına birbaşa dünyanın bir çox ölkələrinin ali məktəblərinə imtahansız qəbul olunmaq imkanı açıb. İBO-nun proqramları hazırda "Dünya" məktəbinin tam orta təhsil pilləsində tətbiq olunur. Məktəbin həmin proqramla işləyən müəllimləri xarici ölkələrdə xüsusi treninqlərdən keçmişlər.

Sonra "Dünya" məktəbinin təsisçisi Nailə İsayeva, direktoru Mərufə Mədətli təhsil ocağının məqsədi, vəzifələri, strukturu, burada aparılan təlim-tərbiyə işləri, İB proqramının özəllikləri ilə bağlı jurnalistləri məlumatlandırdılar. Qeyd olundu ki, "Dünya" məktəbinin məqsədi təhsilin bütün pillələrində hərtərəfli inkişaf edən fərdlər, cəmiyyəti irəli apara bilən vətəndaşlar yetişdirmək, şagirdlərə fikirləşməyi öyrətmək, onlara milli mənəvi və bəşəri dəyərləri aşılamaq, uşaqlarda özünəinam hissi yaratmaqdır.

Müasir təlim-tərbiyə ocağı kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən "Dünya" məktəbinə qəbul bilik, bacarıq və qabiliyyət nümayişinə əsaslanan imtahan və müsahibə yolu ilə həyata keçirilir. Məktəbə qəbulda uğur qazanmayan şagirdlərə xüsusi təyin olunmuş vaxtda özlərini yenidən sınamaq imkanı verilir.

Şagirdlərlə yanaşı, müəllimlər də məktəbdə tədris aparmaq üçün müsabiqə yolu ilə seçilirlər. Hər bir şagirdin fərqli xüsusiyyətlərini öyrənmək üçün valideynlərlə fərdi söhbətlər aparılır.

Təlim və tərbiyənin müxtəlif pillələrinə uyğun olaraq "Dünya" məktəbi dörd şöbəyə bölünür: məktəbəqədər (3-5 yaş), ibtidai (1-5-ci siniflər), əsas və ya natamam orta (6-9-cu siniflər) və tam orta (10-11-ci siniflər) təhsil şöbələri.

"Dünya" məktəbi tam orta təhsil dövründə (X, XI siniflərdə) şagirdlərin ixtisasyönümlü təhsilini həyata keçirir. İxtisas seçimlərini etmiş şagirdlərə ixtisas fənləri üzrə hazırlıq dərsləri təşkil edilir.

Xarici ölkələrin təhsil sisteminə inteqrasiyanın vacibliyini nəzərə alaraq məktəbdə ən çox tədris edilən fənlərdən biri də ingilis dilidir. Təhsil ocağında ingilis dili departamenti yaradılmışdır. İngilis dili dərsləri dünya standartlarına uyğun təşkil olunur. 2010-2011-ci tədris ilindən "Dünya" məktəbində ingilis dilində İB Diplom Proqramı fəaliyyət göstərir. Məktəbi bitirənlər Beynəlxalq İB diplomu və eyni zamanda Azərbaycan tam orta təhsil attestatı alırlar.

Şagirdlərin ingilis dilində şifahi nitqinin inkişaf etdirilməsinə xüsusi fikir verilir. "Dünya" məktəbində ingilis, rus dillərindən başqa, şagirdlərin seçimi ilə italyan və ərəb dilləri də tədris olunur.

Məktəbdə monitorinq və qiymətləndirmə şöbəsi fəaliyyət göstərir. Bu şöbənin yaradılmasında əsas məqsəd il boyu müntəzəm olaraq fənlər üzrə şagirdlərin bilik səviyyəsinin yoxlanılmasını təşkil etmək və onun qiymətləndirilməsində obyektivliyi təmin etməkdir. Şagirdlərə yüksək mədəniyyət vərdişləri aşılamaq məqsədi ilə məktəbdə etika tədris olunur. Bundan əlavə, məqsədli ədəbi-bədii gecələrin, xeyriyyə tədbirlərinin keçirilməsi məktəbin şagirdlərinə yüksək əxlaqi keyfiyyətlər aşılayır.

"Dünya" məktəbində peşəkarlığa, məsuliyyət və əməkdaşlığa, qarşılıqlı hörmətə, dostluğa və səmimiyyətə əsaslanan gözəl iş şəraiti və mənəvi mühit hökm sürür. Zəngin və rahat kitabxana, müasir kompüterlər, laboratoriyalar, işıqlı və geniş sinif otaqları, incəsənət studiyası, müasir işıq və səs sistemi olan yaraşıqlı konsert salonu, idman zalı, yeməkxana, həkim nəzarəti, şagirdlərin evdən məktəbə və məktəbdən evə hərəkətini təmin edən nəqliyyat xidməti sayəsində məktəb bənzərsiz bir təhsil-təlim ocağına çevrilmişdir.

Görüşün sonunda universitetin və məktəbin rəhbərləri jurnalistləri maraqlandıran sualları cavablandırdılar.

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov