Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

"Azəri inciləri"nin festivalda növbəti uğurları

 

Bakının Nizami rayonundakı  Uşaq-Gənclər Yaradıcılıq  Mərkəzinin "Azəri  inciləri"  rəqs kollektivi  Türkiyədə keçirilən  23 Nisan  Beynəlxalq Uşaq  Festivalında  dəfələrlə iştirak edib. Bu il də  mərkəz Türkiyənin Fəthiyə şəhərində keçiriləcək IV Beynəlxalq Uşaq Festivalında  iştirak etmək üçün  dəvət almışdı. Aprel ayında  mərkəzin "Azəri inciləri"  rəqs qrupu və "Çiçəyim" uşaq teatr studiyasının üzvləri həmin şəhərdə olublar. Festivalın açılış mərasimi böyük meydanda  keçirilib. Minlərlə tamaşaçının toplaşdığı  meydanda  15 ölkənin nümayəndələri  milli geyimlərdə  öz xalqlarının  rəqslərini nümayiş etdiriblər.

"Azəri inciləri" rəqs qrupu  maraqlı proqramlarla çıxış edərək  "İgidlər", "Məzəli rəqs", "Cəngi", "Qaval" rəqslərini nümayiş etdiriblər. Gərgin keçən yarışmada  rəqs qrupu "Ən gözəl performans" nominasiyası üzrə  yer qazanıb. Balaca rəqqaslar  təşkilat komitəsi tərəfindən  hədiyyələr  və fəxri fərmanlarla  təltif olunublar.

"Çiçəyim" uşaq teatr studiyası üzvlərinin hazırladığı  "Xeyir və Şər"  kompozisiyası  da  hamıda maraq doğurub. Balaca aktyorlar  xeyirin şər üzərində qələbəsini öz çıxışlarında  məharətlə nümayiş etdiriblər. Maraqlı çıxışlarına görə  teatr studiyasının üzvlərinə  ödül verilib.

Festivalın proqramında  ən maraqlı tədbirlərdən biri isə  gənc rəssamlar arasında keçirilən  rəsm müsabiqəsi olub. Bu müsabiqədə  respublikamızı mərkəzin   rəsm dərnəyinin üzvü Nicat Məmmədov təmsil edib. "Yaponiya  uşaqlarını necə xoşbəxt etmək olar" mövzusunda keçirilən rəsm müsabiqəsində Nicatın çəkdiyi rəsm əsəri  münsiflər heyətini  heyrətə gətirib və  o, 15 ölkənin uşaqları  arasında  I yeri qazanaraq medal və ödül qazanıb.

Festival iştirakçıları tərəfindən "Dostluq parkı"nın salınmasında, ağacəkmə aksiyasında mərkəzin uşaqları fəal iştirak edərək çoxlu sayda  ağac əkiblər. Fəthiyə şəhərinin  tarixi, mədəniyyəti və incəsənəti  ilə   yaxından tanış olan "Azəri inciləri" rəqs kollektivi  bu festivaldan da Vətənə yüksək uğur və nailiyyətlərlə qayıdıb. 

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov